konstruksiyaları zavodu”, Balaxanı qəsəbəsində “Balaxanı metal məmulatları zavodu” və Mingəçevir
şəhərində “Mingəçevir Maşınqayırma zavodu” daxildir.
Yuxarıda adları qeyd olunan zavodlarda əsasən Finlandiya, Almaniya, Türkiyə, ABŞ, Rusiya
istehsalı olan avadanlıqlar, 3 və 4 oxlu silindirlər (vals), plazma aparatları, X,Y,Z oxları üzrə kəsmə,
deşmə, yonma dəzgahları, kəsim mişarları, boru, bucaqlıq, şveller əyən dəzgahlar, tozaltı və qazaltı
qaynaq aparatları, torna, frezləmə, burğu, pardaxlama, dişaçma, isgənə dəzgahları, qumlama-boyama
xətti, hopturma metodu ilə boyama xətti fəalliyyət göstərir.
İstehsal olunan məhsulların keyfiyyəti İSO 9001-2010 beynəlxalq standartın tələblərinə tam
cavab verdiyini nəzərə alaraq Azərbaycan Respublikası Metrologiya və patent üzrə Dövlət Komitəsi
tərəfindən zavodlar uyğunluq sertifikatına layiq görülübdür.