Ce diaporama a bien été signalé.
Le téléchargement de votre SlideShare est en cours. ×

Adsiz_sunu.pptx

Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Chargement dans…3
×

Consultez-les par la suite

1 sur 14 Publicité

Plus De Contenu Connexe

Publicité

Adsiz_sunu.pptx

  1. 1. 2ci Qarabağ Müharibəsi Şəhidləri Müəllim: Fənn: Azərbaycan Tarixi Hazırladı: Əsgərov Əli Allah bütün şəhidlərimizə rəhmət eləsin
  2. 2. Nuriyev Hikmət Mübariz oğlu Hikmət Mubariz oğlu Nuriyev 23 fevral 2002-ci ildə Lerik rayonunun Tikəband kəndinə anadan olub. 3 qardaş olmaqla ailədə 5 nəfər olublar. Sonradan ata-anası ilə birgə Bakı şəhəri Buzovna qəsəbəsinə köçüb və uşaqlıq illərini orada keçirib. Orta təhsilini Buzovna qəsəbəsində yerləşən şəhid İftixar Tağıyev adına 26 saylı tam orta məktəbinə alıb. Orta təhsilini başa vurduqdan sonra 07 aprel 2020-ci ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınıb. 2020-ci il 27 sentyabr tarixində başlayan II Qarabağ müharibəsində Hikmət də bir vətənpərvər oğul kimi döyüşdə böyük həvəslə iştirak edir və nümunəvi qəhrəmanlıqlar göstərir.
  3. 3. Qəhrəman Hikmət Füzuli və Tərtər istiqamətində gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirir, xeyli sayda canlı qüvvəsini məhv edir. Sentyabr ayın 27-dən 28-nə keçən gecə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından və qanından keçməklə Tərtər istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi neytral zonada qaldığından bir müddət çıxarmaq mümkün olmur. Oktyabr ayının 3-də nəşi neytral zonadan çıxarılır və 4-də atasına təhvil verilir. Səhərisi gün, ayın 5-də səhər saatlarına boya-başa çatdığı Buzovna qəsəbəsinə gətirilir və orada yerləşən "Şəhidlər Xiyabanı"da böyük izdihamla torpağa tapşırılır. Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Hikmət Mubariz oğlu Nuriyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
  4. 4. Mövlanov Elgün Tahir oğlu Elgün Mövlanov 2002-ci il aprelin 5-də Lerik şəhərində anadan olub. Qardaşı Altay Mövlanovda Vətən müharibəsində şəhid olub. Azərbaycan Ordusunun əsgəri olan Elgün Mövlanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elgün Mövlanov sentyabrın 30-da şəhid olub
  5. 5. Əliyev Gündüz Etibar oğlu Gündüz Etibar oğlu Əliyev 08 fevral 2002-ci ildə Lerik rayonunun Loda kəndində anadan olmuşdur. 3 qardaş olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illəri doğulduğu Loda kəndində keçmişdir. Birinci sinifdən dördüncü sinfə kimi Loda kəndində oxuyan Gündüz təhsilini Lerik rayon Vılıq kəndinə davam edir və 9-cu sinfə kimi orada oxuyur, daha sonra Astara rayonunun Toradi kəndinə təhsilini davam etdirməyə gedir və 10-11-ci sinifləri orada oxuyur.Orta təhsilini başa vurduqdan sonra 08 may 2020-ci ildə (Covid-19 xəstəliyi ilə bağlı gecikmə olur)Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəyə yola salınır. "
  6. 6. Tovuz" döyüşlərinin iştirakçısı olan qəhrəman Gündüz II Qarabağ müharibəsində də böyük həvəslə iştirak edir və yüksək qəhrəmanlıqlar göstərərək adını qızıl hərflərlə tarixə yazır. Şiddətli döyüşlər gedən zaman, yaralı əsgər yoldaşlarını döyüş zonasından çıxarmaqla, düşmənə sarsıdıcı zərbələr endirməklə və xeyli sayda vanlı qüvvəsini məhv etməklə adını tarixə yazır. 30 sentyabrda Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonunun Loda kəndinə gətirilərək, kənd qəbiristanlığımmda torpağa tapşırılır. Gündüz döyüşə getməmişdən öncə anasına bir məktub yazır: "Məndə əsgər oldum Azərbaycana yolumu gözlə gələcəm Ana şəhid olsam qəbrim üstə ağlama bayramlarda bayram payı saxlama yolumu gözlə gələcəm ana gəlib göz yaşını siləcəm ana". Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunn Loda kəndində anadan olan Gündüz Etibar oğlu Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
  7. 7. Tahirov Firdovsi Balaxan oğlu Firdovsi Tahirov 1997-ci il fevralın 18-də Lerik rayonunun Dico kəndində anadan olub. 2003-2007-ci illərdə Dico kənd tam orta məktəbində, 2008-2015-ci illərdə isə N. Hacıyev adına Tikəband kənd tam orta məktəbində təhsil alıb. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tarix üzrə ali təhsil alıb. Subay idi.Firdovsi Tahirov 2019-cu ildə Lerik Hərbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində, sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib.
  8. 8. Firdovsi Tahirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Firdovsi Tahirov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Lerik rayonunun Dico kəndində dəfn olunub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif edilib
  9. 9. Şirvanov Davud Xeyrulla oğlu Vətən müharibəsinin qəhrəman oğullarından biri Davud Xeyrulla oğlu Şirvanov 1994-cü il aprelin 1-də Lerik rayonunun Livədirqə kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qalıb.Davud Şirvanov 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.Azərbaycan Ordusunun əsgəri olan Davud Şirvanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb .
  10. 10. Davud Şirvanov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Lerik rayonunun Livədirqə kəndində dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Şirvanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Şirvanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
  11. 11. Heydərov Amid Rəbbil oğlu Vətən müharibəsində idarə etdiyi tankla düşmənin müdafiə xəttini yararaq onların mövqelərini darmadağın edən cəsur zabitlərimizdən biri də şəhid mayor Amid Heydərovdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov məktəbinin davamçısı kimi, bu peşəyə dərindən yiyələnən Amid Heydərov döyüş meydanında göstərdiyi qəhrəmanlıq nümunəsinə görə ölümündən sonra Ali Baş Komandanın Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı " adına layiq görülüb.Amid Rəbbil oğlu Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub.
  12. 12. Uşaqlıqdan özünə Həzi Aslanovu örnək seçən Amidin böyüyəndə general olmaq arzusu onu Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə gətirib çıxarıb. Daha sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbində davam etdirib, hərb sənətinin sirlərinə mükəmməl yiyələnərək tankçı olmaq arzusunu reallaşdırıb.Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Heydərov oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Lerik şəhərində dəfn edilib.
  13. 13. İslamlı Ruhid Uğur oğlu Ruhid Uğur oğlu İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində anadan olub. Ailədə 4 nəfər olmaqla, 1 bacı və 1 qardaş böyüyüblər. 2000-ci ildə ailə Bakıya köçüb. Ruhid 4 yaşından bağçaya, 2005-ci ildən isə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə gedib. 2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 №-li məktəbdə təhsilini davam etdirib. Təhsil aldığı müddətdə hələ kiçik yaşlarından Ruhid cüdo, cuicutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və digər idman növləri ilə məşğul olub, yarışlarda iştirak edib.
  14. 14. Regional və Respublika səviyyəli rəsmi dövlət yarışlarına qatılıb, 1 və 2-ci yerləri qazanıb. Həmçinin məktəb fəaliyyəti dövründə də intellektual yarışlara, viktorinalara, olimpiadalara qatılıb, özü də bir sıra yarışlar, flaşmoblar və s. təşkil edib. Ruhid intellektual və vətənpərvər gənc olub. Naxçıvan Dövlət Universitetinin məzunu, ixtisasca psixoloq idi. Sosial şəbəkələrdəki təbliğatlarında, çıxışlarında həmişə şəhid mövzularına üstünlük verərdi.Ruhid 2020-ci ilin yayında hərbi xidmətə çağırılıb. Vətən müharibəsi dövründə Talış kəndi və Suqovuşan istiqamətlərində döyüşüb. Oktyabrın 6-ı müharibənin qızğın dövründə eyni istiqamətində şəhid olub.Ölümündən sonra şəhid Ruhid Uğur oğlu İslamlı Prezidentin Sərəncamları əsasında "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Vətən Müharibəsi iştirakçısı", "Cəsur döyüşcü" medalları ilə təltif edilib.

×