Ce diaporama a bien été signalé.
Le téléchargement de votre SlideShare est en cours. ×

Proqramlaşdırılan məntiqi kontroller

Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Chargement dans…3
×

Consultez-les par la suite

1 sur 14 Publicité

Plus De Contenu Connexe

Publicité

Proqramlaşdırılan məntiqi kontroller

  1. 1. AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNIVERSITETI TƏQDIMAT FAKÜLTƏ: İTİF KAFEDRA: İSM FƏNN: PROQRAMLAŞDIRILAN MƏNTIQI KONTROLLER MÜƏLLIM: DOS.S.F.CƏFƏROV TƏLƏBƏ: QARAŞOV CAHANGIR MÖVZU: PLC-LƏR VƏ ONLARIN TƏTBIQI
  2. 2. PLC-nin tarixi • İlk PLC adı Modicon, Schneider firması tərəfindən GM (General Motors) və Landis üçün nəzərdə tutulmuşdur. PLC sayəsində yeni kabel qoyulması və əlavə avadanlıq ehtiyacı ortadan qalxdığından firmalarda bu parçanın effektini görmüş və sistemlərinin böyük əksəriyyətini PLC-lər ilə yeniləməyə başlayıb. İlk olaraq PLC 084 Modeli, Dik Morli tərəfindən 1969da icad edilmişdir. İlk kommersiya uğurlu lojik kontroller isə Maykl Greenberg tərəfindən 1973-ci ildə (PLC 184) qurulmuşdur.
  3. 3. PLC Nədir? • PMK (PMK) termini Proqramlaşdırılan məntiqi kontroller sözlərinin baş hərflərindən yaranmışdır. PMK- lar sənaye şəraiti üçün yaradılmış cihazlardır. Avtomatik və idarəetmə sistemlərində işlədilir. PMK bir sistemin həm idarəedicisi, həm də sistem idarə edilərkən lazım olan qida gərginlik siqnallarını yaradan sadə bir hesablama maşını kimidir. Əvvəllər sadə emallar üçün yaradılan PMK- lar günümüzdə daha mürəkkəb problemləri həll edəcək şəkildə bir cihaz şəklini almışdır. Sənayedə bir çox firmaların yaratdığı PMK- ya rast gəlmək olar. Bu firmalara Siemens, General Elektrik, Westinghose, Mitsubishi, Toshiba, Omron və s. misal göstərmək olar.
  4. 4. PLC Nədir? • Əslinə qalsa, bütün PMK- lar bir -birinə oxşardır və eyni bir məntiq əsasında işlədilirlər. PMK -lar ən çox sənaye avtomatik dövrələrində istifadə olunurlar. Burada söhbət gedən sənaye avtomatik dövrələr sayğac, zaman relesi, kontakt, köməkçi rele kimi elementlərin yaratdığı dövrələrdir. Sənaye idarəetmə dövrələrini PMK- larla həyata keçirmək üçün birinci olaraq problemin həll olunması üçün lazımi məntiqi funksiyaların yaradılması və ikinci bu məntiq funksiya proqramının PMK- yə yüklənməsi lazımdır. PMK- ni proqramlaşdırmaq üçün iki üsuldan istifadə olunur. Birinci hər bir firmanın istehsal etdiyi PMK üçün xüsusi bir proqram, ikinci DOS və Windows mühitində hazırlanmış paket proqramlardır. Aşağıdakı şəkil 4.1. də PMK – nın struktur sxemi göstərilmişdir.
  5. 5. Mərkəzi emal qurğusunun işləmə prinsipi • PMK böyük mənada bir mikrokontroller və ya mikro EHM, giriş və çıxış qurğuları, proqramlaşdırıcı qurğular, qida mənbəyi kimi əsas hissələrdən ibarətdir. Ayrıca PMK EEPROM (yaddaş qurğusu), genişlətmə qurğusu və ardıcıl məlumat mübadiləsi qurğularını birləşdirir. • Mərkəzi emal qurğusu ( CPU-Central Prosess Unit) isə PMK –nın ən mühüm qurğularından biridir. Şəkil 4.2-da PMK-nın daxili quruluşu göstərilib. Bu qurğunun məqsədi PMK proqramında yer alan məntiqi əməliyyatları gerçəkləşdirməkdən ibarətdir. Bu əməliyyatları həyata keçirərkən PMK qurğularla daimi əlaqə vəziyyətindədi,. yaddaşdan istifadə edir və yaddaşdakı verilənləri qiymətləndirir. Bir növ insan beynini xatırladır.
  6. 6. PLC-ləri proqramlaşdırma dilləri Ladder Diagram Function Block Diagram ST CFC
  7. 7. PLC-nin üstün cəhətləri • PLC-li sistemlər kompüter üzərindən proqramlarla simulə edildiyindən tez və səhvsiz olurlar. • Rele və ya kontaktorlar ilə gördüyümüz bütün işləri adi bir PLC ilə apardığımızdan vəsait avtomatik olaraq azalır. • Releli dövrlərə nisbətən PLC -lisistemlər sadə olduğundan az yer tutur. Şirkətlər PLC-li sistemlər üçün xüsusi yer tənzimləmək məcburiyyətində qalmırlar. • PLC-lər rele və ya kontaktorlar kimi manuel sistemlər deyil. Tamamilə rəqəmsal olan bu parçalar proqramlarında dəyişikliklər aparılmasına imkan verdiyindən dəyişiləbiləndir. • Sadə quruluşda olduqları üçün qəza etmə ehtimalları azdır. Hər hansı bir qəza vəziyyətində isə müəyyən PLC portları üzərindən asanlıqla qəzanın qarşısı alınır. • Pis ətraf mühit şəraitində, tozlu məkanlara PLC-lər dözümlüdür. Ancaq idarə edəcəyi sistemlər güc tələb edirsə soyutması yaxşı olmalıdr. • Kompüter və ya digər pult elementləri ilə kommunikasiyada olduğundan avtomatika proqramları asanlıqla rəqəmsal olaraq idarə olunur. Bu xüsusiyyəti sayəsində sistem qurulmadan əvvəl simulasiya üzərində sınanır. Dəyişdirilməsi lazım olan parçalar dəyişdirilir. Çıxa biləcək səhvlər sıfıra endirilir.
  8. 8. TPAİS-lərdə PLC-lər Günümüzdə bir çox firmalar müxtəlif marka və model PLC-lər üçün simülasyon proqramları istehsal edir və bunları istifadəçilərə satırlar. Amma bu simülasyon proqramları adətən girişlərə 0-1 butonlama aparılaraq çıxışların müşahidə edilməsi şəklindədir. Bu da tam olaraq maraqlıları qane etmir.Bəzi firmalar PLC, ya da mikroprosessor nəzarətli təcrübə mərkəzləri istehsal edir. Bu təcrübə mərkəzləri həqiqi bir təcrübənin kiçildilərək maketleştirilmiş hallarıdır. Bunlar üzərində aparılan təcrübələrdə həqiqətən peşəkarlığa keçiddə çox faydalıdır. Bunların arasında lift, şüşə dolum sistemi, işıqfor, avtomobil parkı, içəcək maşını, paketləmə sistemi və bir sənaye sistem var.
  9. 9. PLC-nin istifadə sahələri • Zavodların Avtomatika Sistemlərində • Lift Pult Lövhələrində • Avtomatik Paketləmə Maşınlarının Pult Sistemlərində • Enerji Paylama Şəbəkələrinin Rəhbərliyində • Daşıma (Konveyer) Sistemlərdə • Şüşə Doldurma Maşınlarında və s. Sistemlərdə • Avtomobil Sənayesində • Gips Maşınlarında (İnkişaf Etmiş Olanlar) • Qaz Ötürücü Xətlərinin Rəhbərlik Panellərində
  10. 10. PLC istehsal edən əsas şirkətlər • Siemens, Delta, Omron, Telemecanique PLC, ABB, Enda PLC, Ladder Türk, Mikrodev PLC, Fatek PLC, Panasonic, Allen Bradley PLC, LG PLC, Mitsubishi PLC, Toshiba PLC, Remository, Hitachi PLC, Fuji PLC, Idec PLC, Vipa PLC, Moeller, Beckhoff, Wago, Cimon, Fanuc, Pheonix, Vigor kimi bir çox firmalar PLC istehsalı ilə məşğuldur. • Ən çox bildiyimiz və bazarda istifadə edilən iki marka var. Simens və Delta PLC məktəblərdə dərslərdə də bu iki markanın PLC-ləri xaricində hər hansı bir məhsul göstərilmir. Simens ödənişli olaraq məhsullarına təminat dəstəyi təmin edir, çox geniş təchizat kitabxanasına malikdir. Delta isə WPL Soft adında pulsuz bir proqram təminatı ilə asanlıqla hər platformadan programlanabilir. Delta PLC-lər ucuzdur, ancaq istifadə demək olar ki, Simens ilə birəbir eynidir. Hər hansı bir sistemdə proqramlanmasını öyrəndikdən sonra Delta istifadə etmək bazarda qalmaq daha yaxşıdır.
  11. 11. PLC istehsal edən əsas şirkətlər • Siemens Delta PLC ABB • Panasonic Allen Bradley PLC LG PLC • Mitsubishi PLC Omran Pheonix
  12. 12. Şüşə doldurma sistemi Sistemə gələn boş süd şüşələri PLCNİN uyğun ünvanına bağlı sensor tərəfindən müəyyən edildikdə uyğun çıxışa bağlı porşen işləyərək şüşənin dayanmasını təmin edir. Daha sonra digər çıxış işləyərək şüşəni doldurmağa başlayır və sensor səviyyəsinə qədər süd dolduqdan sonra bu sensor tərəfindən süd doldurma prosesi bitir və porşen qapağı taxır. Qapaq taxılarkən sərhəd açarı qapağın taxılma prosesində porşenin məhdudlaşmasını təmin edir. Bu işlər bitdikdən sonra dolan şüşə dayandırma porşeni açılaraq konveyerdə yoluna davam edir. Proqramm məzmununa görə iş davam edir.
  13. 13. PLC istifadə olunan sənaye sahəsi
  14. 14. Diqqətiniz üçün təşəkkürlər.

×