Publicité
Publicité

Contenu connexe

Publicité

murad insaat mexanikası.pptx

  1. Fakültə:QNMF Qrup:221.18 Mövzu:Tirlərdə daxili qüvvələrin təyini Müəllim:Həməşəyeva Mətanət Tələbə:Hüseynzadə Murad
  2. İnşaat mexanikasında daxili qüvvələr məşhur kəsimlər üsulu vasitəsilə müəyyənləşdirilir. Bu üsula görə tikilinin elementinin yaxud hissəsinin birinin digərinə təsiri əvəzləyici adlanan xarici qüvvə və momentə çevrilir. Ona görə də daxili qüvvələr dedikdə onlara bərabər əvəzləyici qüvvələri nəzərdə tutacağıq. Tikilinin elementinin kəsimində tətbiq olunan bu əvəzləyici qüvvələr, adətən əyici və burucu momentlər, normal və kəsici qüvvələr şəklində meydana çıxır İnşaat mexanikasında daxili qüvvələr
  3. Daxili qüvvələr təyin olunan zaman, nəzərə almaq lazımdır ki, yükün təsirindən istənilən tikili öz formasını dəyişir, yəni deformasiyaya uğrayır. Deformasiya o vaxta kimi artır ki, bu zaman yaranan daxili qüvvələr, deformasiyanın artmasına mane ola bilmirlər. Bundan sonra isə onun deformasiya halındakı müvazinəti başlayır. Bu isə o deməkdir ki, tikilinin istənilən ayrılmış hissəsində, ona tətbiq olunan xarici qüvvələrlə kəsiklərdəki daxili qüvvələr (daxili qüvvələr, xaricdə keçirilmiş kəsikdə) qarşılıqlı müvazinətdə olacaqlar
  4. Əgər adi inşaat materiallarında deformasiyanın artım sürəti böyükdürsə, onda deformasiya halındakı müvazinət, ona tətbiq olunan qüvvə ilə eyni vaxtda başlanır və tikilinin materialı özünün fiziki xüsusiyyətlərinə görə, belə daxili qüvvələrin artım sürətinin qarşısını ala bilmirsə, yəni, deformasiyanın artmasına mane olub, deformasiya halında müvazinətli vəziyyət yarada bilmirsə, bu zaman deformasiya tikilinin dağılmasına kimi davam edir.
  5. Məsələnin dəqiq qoyuluşu zamanı deformasiya vəziyyətində olan tikilidə, daxili qüvvələrin tapılması, yükün vəziyyətindən asılı olaraq tikilinin deformasiyası zamanı qəbul edilmiş hesablama üsuluna əsasən təyin olunmalıdır. Lakin bu böyük çətinliklərlə əlaqədardır, belə ki, deformasiya vəziyyətində olan tikilidə daxili qüvvələr və onun deformasiyası qarşılıqlı əlaqəlidir. Bu zaman nəzərə almaq lazımdır ki, əgər material Hüq qanununa tabedirsə, onda bir qayda olaraq yerdəyişmə ilə yük arasındakı xətti asılılıq mövcud olsa belə daxili qüvvələrin təyin olunması çox mürəkkəb olur. Əgər material Hüq qanununa tabe deyilsə, yaxud onun təsirindən kənardadırsa, onda məsələnin həlli daha da çətinləşir.
  6. Ona görə də tikilinin deformasiyası zamanı onun formasının kiçik dəyişməsini nəzərə alaraq, hesablamanı sadələşdirmək üçün daxili qüvvələri adətən təqribi, yəni tikilinin başlanğıc deformasiyalanmayan halına uyğun təyin edilir. Əksər hallarda, daxili qüvvələrin bu qayda ilə təyin olunmasını qəbul etmək olar. Nəzərə almaq lazımdır ki, deformasiya olunmayan hala uyğun daxili qüvvələrin bu qayda ilə təyin olunması kifayətdir, amma yaddan çıxarmaq olmaz ki, bəzən tikilinin deformasiyası nəzərə çarpacaq dərəcədə böyük ola bilər. Tikilinin deformasiyalanmayan halı üçün daxili qüvvələrin təyin olunması zamanı nəzərə çarpacaq xəta alınırsa (məsələn, normal- kəsici əyilmədə) onda daxili qüvvələri tikilinin deformasiyasını nəzərə almaqla təyin etmək lazımdır.
  7. Tirlərdə daxili qüvvələrin hesablanması Tirlərdə daxili qüvvələrin qiymətini təyin edən zaman aşağıdakı qaydalardan istifadə edəcəyik Tirin sağ tərəfinin sol tinində kəsici Q qüvvəsi aşağıdan yuxarıya istiqamətlənirsə, müsbət hesab olunur və sol tərəfin sağ tinində isə əksinə, yəni yuxarıdan aşağıya yönəldikdə müsbətdir. Kəsici qüvvə qiymət və işarəcə tirin sol tərəfinə təsir edən bütün qüvvələrin, tirin oxunun normalı üzrə proyeksiyalarının cəminə bərabərdir, yaxud tirin sağ tərəfinə təsi edən qüvvələrin həmin normal üzrə proyeksiyalarının əks işarə ilə cəminə bərabərdir:      sağ sol Y Y Q
  8. Tirin sağ tərəfinin sol tininə təsir edən əyici moment-M saat əqrəbi istiqamətində yönəldikdə müsbət və tirin sol tərəfinin sağ tilində saat əqrəbinin əksinə yönəldikdə müsbətdir. Tirin sol tərəfinə təsir edən əyici moment sol tərəfə təsir edən bütün qüvvələrin z oxuna nəzərən momentlərinin cəminə bərabərdir, yaxud sağ tərəfə təsir edən bütün qüvvələrin z oxuna nəzərən əks işarə ilə momentlərinin cəminə bərabərdir (burada z oxu baxılan kəsiyin ağırlıq mərkəzindən keçir və xarici qüvvələrin təsir müstəvisinə perpendikulyardır):
  9. Tirə təsir edən qüvvələr onun oxunun normalı üzrə istiqamətlənməyibsə, onda kəsici və əyici momentdən başqa, tirin en kəsiyində normal qüvvələr də yaranır. Əgər normal qüvvə dartılma yaradırsa, müsbət, sıxılma əmələ gətirirsə, mənfi olur. Normal qüvvə tirin sol tərəfinə təsir edən bütün xarici qüvvələrin tirin oxu üzrə proyeksiyalarının cəminə bərabərdir, yaxud tirin sağ tərəfinə təsir göstərən bütün qüvvələrin həmin ox üzrə proyeksiyasının əks işarə ilə cəminə bərabərdir
  10. Tirə təsir edən əyici moment və kəsici qüvvənin epürləri arasında müəyyən asılılıqlar mövcuddur. Bu asılılıqlar epürlərin qurulması düzgünlüyünü və onların qurulmasını asanlaşdırır. Bu qanunauyğunluqlar təkcə tirlərə deyil və həm də çərşivəli sistemlərə tətbiq oluna bilər. Ona görə də inşaat mexanikası kursunda böyük əhəmiyyətə malikdir. Əsas asılılıqlar bunlardır :
  11. Yəni, kəsici qüvvə əyici momentdən absis oxuna görə birinci tərtib törəməsinə bərabərdir. Oxşar olaraq kəsici qüvvə ilə müntəzəm səpələnmiş qüvvələr arasında diferensial asılılıq mövcuddur
  12. Bu asılılıqları nəzərə alıb, bir sıra qaydaları söyləmək olar: 1. Əyici momentin M-epürlərinin artan ordinatlı sahələrində (yəni, M-in azalan qiymətləri ilə) Q-nun mənfi qiymətli sahələrinə uyğundur və M-epürünün ordinatlarının azalan qiymətləri Q-nün müsbət qiymətli sahələrinə uyğundur: 2. M-in epürünə toxunanı nə qədər dik olarsa, Q-nün mütləq qiyməti bir o qədər böyük olar. Kəsici qüvvənin ədədi qiyməti bu toxunan ilə tirin oxu arasındakı bucağın tangensinə bərabərdir. 3. Kəsici qüvvənin sıfra bərabər olan kəsiklərdə, əyici moment ya maksimal ya da minimaldır. 4. Topa qüvvələr arasında (onların arasında müntəzəm səpələnmiş yük yoxdursa) M-in epürü düz xətt ilə məhdudlaşır (ümumi halda maili xətlə), Q-nün epürü isə üfüqi xətt ilə; 5. Tirin müntəzəm səpələnmiş yüklər təsir edən sahələrində M-ikinci dərəcəli parabola ilə, Q-nün epürü isə maili düz xətt ilə məhdudlaşırlar; 6. Müntəzəm səpələnmiş yüklər təsir edən sahələrdə M-in epürü parabolanın çökəkliyi bu yükün təsiri istiqamətində olur; 7. Tirin oxuna perpendikulyar olan topa qüvvələrin tətbiq nöqtələri, M-in epüründə keçidə, Q-nün epüründə isə sıçrayışa uyğundur. Qüvvə aşağıya yönəlmişsə, soldan sağa hərəkət zamanı sıçrayış aşağıya, qüvvə yuxarıya yönəlmişsə, onda sıçrayış yuxarıya olur. Sıçrayışın qiyməti qüvvənin qiymətinə bərabərdir. 8. Tirin hər hansı hissəsində əyici moment kəmiyyətinin ədədi qiymətinin dəyişməsi, bu hissədə kəsici qüvvənin epürünün sahəsinə bərabərdir (bu şərtlə ki, həmin sahədə tirə xarici moment təsir etmir). 9. Tirin hər hansı hissəsində kəsici qüvvənin kəmiyyətinin ədədi qiymətinin dəyişməsi, bu hissədə müntəzəm paylanmış yükün-q- nün epürünün sahəsinə bərabərdir.
  13. Diqqətiniz üçün təşəkürlər
Publicité