SlideShare a Scribd company logo
1 of 27
ŞƏHƏR ƏHALİSİNƏ TİBBİ
XİDMƏTİN TƏŞKİLİ
İCTİMAİ SAĞLAMLIQ VƏ SƏHİYYƏNİN
TƏŞKİLİ
Şəhər əhalisinə tibbi xidmət 2
istiqamətdə göstərilir:
1. Ambulator – poliklinika;
2. Stasionar.
Şəhər əhalisinə ambulator – poliklinika
xidməti əsasən poliklinikalar tərəfindən
həyata keçirilir.
Şəhər əhalisinə ambulator-poliklinika xidmətinin təşkili
 Xəstələrə ambulator-tibbi yardımın bəsit formalarının
təşkili hələ qədim dövrlərindən məlum idi.
 Rusiyada bu xidmətin başlanğıcını XI əsrə aid edirlər.
 1620-ci ildə Rusiyada ilk vətəndaş ambulotoriyası
yaradıldı, burada həkim və feldşer işləyirdi.
 1738-ci ildə yoxsullar üçün baş aptekdə həkim vəzifəsi
təyin olundu.
 1804-cü ildə poliklinika təcrübəsi tibb fakültələrinin tədris
proqramına daxil edildi.
Şəhər əhalisinə ambulator-poliklinika xidmətinin təşkili
 Son zamanlara qədər xəstələrə ambulator tibbi yardım
xəstəxanaların nəzdində göstərilirdi.
 Sərbəst ambulatoriya idarələri XIX əsrin 80-ci illərindən
inkişaf etməyə başlamışdır.
 1913-cü ildə Rusiyada cəmi 1230 ambulatoriya var idi.
 Hazırda əhaliyə ambulator-poliklinika yardım sərbəst
poliklinikalar və xəstəxanaların tərkibində olan poliklinika
şöbələri tərəfindən göstərilir.
 Ambulatoriya-poliklinika idarələri ölkədə ən geniş
yayılmış tibb idarələrindəndir.
 Xəstələr ən çox bu idarələrə müraciət edirlər.
 Əhaliyə göstərilən tibbi yardım təhlil edilərkən
ayırd edilməlidir:
 Nisbi risk – öyrənilən amilin təsirinə məruz qalan xəstələn-
mə göstəricilərinin, bu amilin təsirinə məruz qalmayan şəxs-
lərin xəstələnmə göstəricilərinin həcminə olan nisbətidir
(siqaret çəkənlər və çəkməyənlərdə xora xəstəliyi,
çəkənlərdə-2,5 dəfə çoxdur).
 Mütləq risk – öyrənilən amilin təsirinə məruz qalanlar və
bu amilin təsirinə məruz qalmayan şəxslərin xəstələnmə
göstəriciləri arasındakı fərqdir.
POLİKLİNİKA
 Poliklinika - xüsusi müalicə proflaktik idarəsi olub, ona
müraciət edən xəstələrə, eləcə də evdə yatan xəstələrə bütün
ixtisaslar üzrə tibbi yardım göstərir, xəstəliklərin və onların
ağırlaşmalarının müalicəsi üzrə kompleks tədbirləri həyata
keçirir.
 Şəhər əhalisinə tibbi yardımı əsasən şəhər poliklinikası
göstərir.
 Əgər poliklinika ancaq sənaye müəssisələri, tikinti
təşkilatları və nəqliyyat idarələri işçilərinə tibbi yardım
göstərmək üçün yaradılmışsa o tibbi-sanitariya hissəsi adlanır.
Adətən ambulatoriyada əsas ixtisaslar üzrə-terapiya, cərrahiyə,
mama-ginekologiya, pediatriya üzrə tibbi yardım göstərirlər.
POLİKLİNİKALARIN
FORMALARI
İşin təşkilinə
görə:birləşmiş
və birləşməmiş
(xəstəxanalar)
Şəhər və kənd
poliklinikaları
Ümumi və
xüsusi
poliklinikalar
Şəhər poliklinikasının əsas struktur
bölmələri
Poliklinikanın rəhbərliyi (baş həkim, onun müavinləri)
Qeydiyyat bölməsi, arayış stolu ilə
Müalicə-proflaktika bölmələri
Yardımçı - diaqnostika bölmələri
terapiya
cərrahiyə
travmatologiya nevrologiya
oftalmologiya
stomatologiya fizioterapiya
reabilitasiya
kardiologiya
Müalicə-proflaktika bölmələri
Yardımçı - diaqnostika bölmələri
Rentgen
şöbəsi
Endoskopiya
kabinəsi
Təsərrüfat
hissəsi
Statistika
kabinəsi
Labaratoriya
 Şəhərlərdə və qəsəbələrdə təşkil olunan poliklinikalar öz işini sahə
prinsipi üzrə qurur.
 Əgər poliklinikaya sənaye müəssisələrinin, tikinti təşkilatları,
nəqliyyat idarələri işçilərinə xidmət həvalə olunarsa, bu xidmət sex-
sahə prinsipi üzrə aparılır.
 Poliklinikanın müəyyən ərazisində yaşayan əhalini əhatə edən hər
bir terapevtik sahəyə bir həkim və bir tibb bacısı təhkim olunur.
 Poliklinikalarda sahə prinsipi ilə öz işini terapevtlər, pediatrlar,
mama-ginekoloqlar, ftiziatrlar və mümkün olarsa digər mütəxəssis
həkimlər də qurur.
 Poliklinikada ən geniş yer tutan ambulatoriya-poliklinika yardım
sahəsi terapiya xidmətidir.
 Sahə həkimi yaxşı mütəxəssis olmaqla bərabər, həm də səhiyyənin
İlkin Tibbi Sosial Yardım səviyyəsində mütəxəssisi və yaxşı səhiyyə
təşkilatçısı olmalıdır.
Sahə terapevti aşağıdakı işləri görməlidir:
- özünün xidmət sahəsindəki əhaliyə poliklinikada və evdə ixtisaslı
terapiya yardımını göstərmək
- kəskin xəstəliklər, zədələnmələr, zəhərlənmələr olduqda, ona müraciət
edən xəstələrə yaşayış yerindən asılı olmayaraq tibbi yardım göstərmək
- öz işində müalicə və proflaktikanın müasir üsullarından istifadə
etmək
- öz xidməti ərazisində dispanserizasiya tədbirlərini həyata keçirmək
- yoluxucu xəstəliklərin müalicə və proflaktikasını həyata keçirmək
- daima öz ixtisasını və sahə tibb bacısının tibbi biliklərini artırmaq
üşün tədbirlər görmək
 Sahə terapevti poliklinikada şöbə müdiri tərəfindən təsdiq olunmuş
qrafik üzrə işləyir: poliklinikada qəbul, evdə tibbi yardım,
proflaktika və başqa işlərin aparılması vaxtı nəzərdə tutulur.
 Poliklinikada qəbul, evdə tibbi yardım və digər işlərin görülməsi
üçün ayrılan vaxt əslində xidmət ərazisində yaşayan əhalinin sayı,
onların poliklinikaya müraciət etməsində adətlər və başqa şərtlərdən
asılı olur.
 Poliklinikada sahə terapevtlərinin işi əsasən ardıcıl əvəzolunmaya
uyğun aparılır: sahədə və evdə.
 Birləşmiş xəstəxanalarda həkimlər poliklinikada və stasionarda
əsasən növbəli işləməyi həyata keçirirlər.
 Son illərdə bir çox səhiyyə təşkilatları və tibb müəssisələri
ambulatoriya-poliklinika müəssisələrində sahə terapevti əvəzinə
ümumi ixtisas həkimi vəzifəsini daxil etməyin lazım olduğunu qeyd
edirlər.
 Ailə həkimi vəzifəsi hətta inkişaf etmiş ölkələrdə belə tətbiq
olunmasına baxmayaraq keçmiş sovet ölkələri ərazisində çoxlu
mübahisələrə səbəb olmuşdur.
Ümumi ixtisas həkiminin vəzifələri:
- xidmət etdiyi ərazidə müalicə proflaktika
yardımını keyfiyyətli və lazımi həcmdə həyata
keçirmək
- xidmət göstərdiyi ailələrin üzvlərinə
ixtisaslaşdırılmış tibbi yardım göstərmək
- əhali arasında proflaktika tədbirlərini həyata
keçirmək
 Ailə həkiminin vəzifəsini təkcə poliklinikalarda ştata daxil
edilməsi ilə iş tamam olmur, bununla yanaşı həm də ali tibb
idarələrində bu ixtisas üzrə həkimlərin hazırlanması,
onların sonradan ixtisasının artırılması da tədris
proqramına əlavə edilməlidir.
 Sahə həkimləri vaxtaşırı həkimləri təkmilləşdirmə
instutlarına göndərilməklə diplomdan sonrakı təhsil yolu ilə
ixtisaslarını daima artırmalıdırlar.
 Poliklinikalarda sahə terapevtləri üçün proflaktika işi
dispanser üsulu vasitəsilə də həyata keçirilir.
 Dispanserizasiyanın əsas məqsədi xəstəliklərin erkən aşkara
çıxarılmasıdır.
Əmək fəaliyyəti üzrə qəbul olunmuş bir neçə normativ:
 Hər 10000 nəfər əhaliyə 11,8 həkim vəzifəsi təyin edilir.
 Sahə həkimi ilkin müayinəyə 22 dəqiqə, təkrari müayinəyə 16
dəqiqə sərf etməlidir.
 Həkim bir saat ərzində poliklinikada 3 pasiyent qəbul etməlidir.
 Poliklinikanın gücü, ştatlarının sayı əhalinin ümumi miqdarı və
gəlişlərin miqdarından asılıdır (bir növbədə 250-1200 gəliş).
 Poliklinikada həkimlər əsasən 5 günlük iş həftəsində çalışırlar.
Şənbə və bazar günlərində növbətçi həkimlər və təxirə salınmaz
tibbi yardım şöbələri tərəfindən yerinə yetirilir.
 Həkimin iş günü 6,5 saat olub, onun 3,5 saatı evdə, 3,0 saatı isə
poliklinikada müalicə - proflaktika, dispanserizasiya və diaqnos-
tika işlərinin görülməsinə sərf olunmalıdır.
 Son zamanlar işə qəbulun kontrakt əsasında qəbul forması da
tətbiq olunur.
 Onlara verilən əmək haqqı işin xüsusiyyətinə görə müvafiq
miqdarda artıq təyin edilir.
PROFİLAKTİKA İŞİ
 Profilaktika işinin əsasını profilaktik müayinələr,
məsləhətlər, dispanserizasiya tədbirləri təşkil
edir:
 Profilaktik müayinələrə aiddir: boy, çəki, görmə itiliyi,
gözdaxili təzyiq, eşitmə itiliyi, pnevmotaxometriya,
arterial təzyiq, EKQ, dişlərin vəziyyəti, analizlər,
flüoqrafiya və s.
 Profilaktika işi ayrılır:
 Birincili profilaktika- xəstəliklərin yaranmasının
qarşısının alınması tədbirləri, sağlam həyat tərzi
müddəalarının (vaksinasiya, immunizasiya, siqaret
çəkmə, narkomaniya, alkoqolizm, abort və s.) həyata
keçirilməsi yolu ilə aparılır.
 İkincili profilaktika- xəstəliklərin erkən aşkarlanması
və səmərəli müalicəsini, ağırlaşmaların qarşısının
alınmasını (şəkərli diabetin profilaktikazı zamanı
korluğun, böyrək çatışmazlığının, göz və ürək
xəstəliklərinin, insultun profilaktikası) nəzərdə tutur.
 Üçüncülü profilaktika- ağırlaşmaların, əlilliyin və ya
gözləniməz nəticələrin qarşısının alınması, keçirilmiş
xəstəlikdən sonra orqanizmin optimal funksiyalarının
bərpa olunması (insult, infarktdan sonrakı bərpaedici
terapiya).
 DİSPANSERİZASİYA ÜSULU- əhalinin sağlamlıq vəziy-
yəti üzərində aktiv dinamik müşahidədir. Xəstəliyin erkən
aşkar edilməsi, onlar üzərində mütəmadi nəzarət olunması,
müalicəsinin aparılması, əmək və məişət şəraitinin sağlam-
laşdırılması məqsədini daşıyır.
 Ümumxalq dispanserizasiyası- əhalinin sağlamlığı naminə
dövlətin yerinə yetirdiyi qayğının bariz nümunəsidir.
 Dispanserizasiya- həkimin əlavə yükü deyil, onun başlıca
vəzifəsidir, sahə həkimlərinin, terapevtlərin və həm də digər
ixtisas həkimlərinin bu işi həyata keçirməsi tələb olunur.
 Dispanserizasiya prosesində ayırd edilən mərhələlər:
 Aktiv aşkarlanma.
 Nəzarət altında saxlamaq.
 Sosial-profilaktik və müalıcə tədbirlərinin aparılması.
 Səmərəliliyin qiymətləndirilməsi.
 Dispanserizasiyanın aparılmasının metodikası:
 Bütün poliklinika üçün vahid dispanserizasiya günlərinin qəbulu.
 Şöbələr üçün vahid dispanserizasiya günlərinin qəbulu.
 Gündəlik qəbula 2-3 nəfərin çağrılması.
 Dispanserizasiyadan keçən şəxslər 3 qrupa bölünür:
I qrup. Sağlamlar - onların əmək və məişət şəraitinin sağlamlaşdırıl-
ması, sağlam həyat tərzi (SHT) uğrunda mübarizə, sanitariya-gigiyena
qaydalarının təbliği ilə birlikdə hər il dispanser müşahidədən
keçməlidirlər.
II qrup. Praktik sağlamlar - onlar üzərində dinamik müşahidlər risk
amillərinin aradan qaldırılması, orqanizmin rezistentliyinin və
kompensator imkanlarının yüksəldilməsi məqsədini daşıyır.
III qrup. Xroniki xəstəliklərlə xəstə olanlar – onlar üzərində
dinamik müşahidələrin aparılması residivlərin, ağırlaşmaların,
kəskinləşmələrin qarşısının alınması məqsədini daşıyır.
Poliklinikanın illik fəaliyyət göstəriciləri:
1. Əhalinin həkimlə təmin olunması – tutulmuş həkim vəzifələrinin
əhalinin orta illik miqdarına olan nisbətidir. Hər 10000 nəfərə görə
həm ümumi poliklinika, həm də ayrı-ayrı ixtisaslar üzrə hesablanır.
2. Əhalinin hər nəfərinə düşən illik davamiyyətin sayı (gəlişlər) – il
ərzində poliklinikanın xidmət ərazisində yaşayan əhalinin poliklini-
kaya etdiyi gəlişlər ilə həkimlərin evə etdiyi gedişlərin cəminin əha-
linin orta illik sayına olan nisbəti (poliklinika və ixtisaslar üzrə).
3. Həkimin üzərinə düşən iş (hər saatda həkimin qəbulu)- il ərzində
poliklinikada həkimlərin yanına edilən gedişlərin (və ya həkimlərin
evə etdiyi gedişlər), həkimlərin həqiqi iş saatlarının sayına olan nisbəti.
4. Tibbi yardımın göstərilməsində sahə prinsipinin gözlənilməsi- il
ərzində poliklinika rayonunda yaşayan əhalinin poliklinikada öz sahə
terapevtlərinə etdiyi gəlişlərin sayının, həmin əhalinin sahə
terapevtlərinə etdiyi gəlişlərin ümumi sayına olan faiz nisbəti.
5. Ayrı-ayrı xəstəliklər üzrə dispanser müşahidə ilə əhatə olunma-
müəyyən xəstəlik üzrə ilk dəfə aşkar edilənlərdən dispanser müşahidə-
sinə götürülənlərin, həmin xəstəlik üzrə ilk dəfə aşkar edilənlərin ümu-
mi sayına olan faiz nisbətidir.
Bu əsas göstəricilərdən başqa poliklinikanın
fəaliyyətini qiymətləndirmək üçün digər
göstəricilər də hesablanır:
a) həkim vəzifələrinin tutulması;
b) hər bir terapevtik sahədə xidmət olunan əhalinin
miqdarı;
c) profilaktik tibbi müayinə ilə əhatə olunma;
d) tibbi müayinə edilənlərin içərisində aşkar olunan
xəstəliklərin xüsusi çəkisi;
e) fəaliyyət rayonunda yaşayan əhali içərisində qeyd
olunan xəstəliklərin tərkibi və səviyyəsi.
 Təxirəsalınmaz tibbi yardımın təşkil olunmasında məqsəd əhaliyə evdə,
küçədə, işdə, gecə vaxtı baş verən və onların həyatı üçün təhlükə törədə
bilən bədbəxt hadisələr və qəflətən başlanan kəskin xəstəliklər, kütləvi
zəhərlənmələr və s. zamanı təcili tibbi yardımı göstərmək, onların həyatını
təhlükədən qurtarmaqdır.
 Çox vaxt təxirəsalınmaz tibbi yardımı da təcili yardım ilə bir yerdə təşkil
edirlər.
 Təxirəsalınmaz tibbi yardım məntəqələri əsasən iri poliklinikaların
nəznində yaradılır.
 Təxirəsalınmaz tibbi yardım məntəqələrində həkimlər ilə bərabər tibb
bacıları və kiçik tibb işçiləri çalışırlar.
 Gecə vaxtı xəstələrə göstərilən tibbi yardım haqqında növbətçi həkimlər
səhər poliklinikada onların öz sahə həkimlərinə məlumat verməlidirlər.
 Tibbi yardım göstərən həkim xüsusi vərəqələrdə xəstəlik və göstərilən tibbi
yardım haqqında qeydlər edir və bu vərəqə xəstənin ambulatoriya
kartasına əlavə olunur.
ŞƏHƏR ƏHALİSİNƏ TƏCİLİ VƏ TƏXİRƏSALINMAZ
TİBBİ YARDIM
 Təcili tibb stansiyaları-sərbəst tibb idarəsidir.
 Son zamanlar əhaliyə bu cür tibbi xidməti yaxşılaşdırmaq məqsədilə
təcili yardım xəstəxanaları təşkil olunmuşdur.
 Təcili yardım stansiyalarının iş elementlərinə aiddir:
 təcili yardıma ehtiyacı olan bədbəxt hadisə və kəskin xəstələnmələr
haqqında vaxtında məlumat almaq, stansiyanın işçiləri və
nəqliyyatının qüsursuz işinin təmin etmək;
 əlavə ixtisaslar üzrə təcili yardıma ehtiyac olarsa, bu cür yardım
göstərən stasionarlarla əlaqədə olmaq;
 həkimlərin yüksək ixtisasını təmin etmək.
 təcili yardım maşınları ən yüksək səviyyədə vəsaitlə təchiz
olunmalıdır.
 Azərbaycan Respublikasının Səhiyyə sistemində 738
xəstəxana 68700 çarpayı ilə əhaliyə stasionar xidmət
göstərir.
 Xəstəxana çarpayıları ilə təmin olunma hər 10000 nəfərə
görə 85 çarpayı təşkil edir.
 Şəhər xəstəxanaları göstərdiyi tibbi yardımın növünə,
həcminə və xarakterinə görə bölünür:
 Profilinə görə - çoxprofilli və ixtisaslaşdırılmış;
 Təşkilinə görə - poliklinika ilə birləşmiş və birləşməmiş;
 Həcminə görə - müxtəlif ölçülü.
ŞƏHƏR ƏHALİSİNƏ STASİONAR YARDIMIN TƏŞKİLİ
SON

More Related Content

What's hot (20)

Epithelium tissue
Epithelium tissueEpithelium tissue
Epithelium tissue
 
Bağ dokusu
Bağ dokusuBağ dokusu
Bağ dokusu
 
Chapter 5: Tissues
Chapter 5:  TissuesChapter 5:  Tissues
Chapter 5: Tissues
 
сувгийн ломбоны материал
сувгийн ломбоны материалсувгийн ломбоны материал
сувгийн ломбоны материал
 
Cementum.
Cementum.Cementum.
Cementum.
 
Остеоартрит
ОстеоартритОстеоартрит
Остеоартрит
 
Tutor cover letter
Tutor cover letterTutor cover letter
Tutor cover letter
 
Necrosis
NecrosisNecrosis
Necrosis
 
Biologiya orqanlar sistemi
Biologiya orqanlar sistemiBiologiya orqanlar sistemi
Biologiya orqanlar sistemi
 
Biologiya insanın ifrazat sistemi
Biologiya insanın ifrazat sistemiBiologiya insanın ifrazat sistemi
Biologiya insanın ifrazat sistemi
 
Basement membrane
Basement membraneBasement membrane
Basement membrane
 
Hücre i̇skeleti̇
Hücre i̇skeleti̇Hücre i̇skeleti̇
Hücre i̇skeleti̇
 
Gingival Keratinization
Gingival KeratinizationGingival Keratinization
Gingival Keratinization
 
Alveolar bone
Alveolar boneAlveolar bone
Alveolar bone
 
Histology of glands
Histology of glandsHistology of glands
Histology of glands
 
гласс иономер
гласс иономергласс иономер
гласс иономер
 
Aris
ArisAris
Aris
 
Organlar ve sistemler
Organlar ve sistemlerOrganlar ve sistemler
Organlar ve sistemler
 
Dental enzymes
Dental enzymesDental enzymes
Dental enzymes
 
ургийн гажгийн ЭХО оношлогоо
ургийн гажгийн ЭХО оношлогоо ургийн гажгийн ЭХО оношлогоо
ургийн гажгийн ЭХО оношлогоо
 

İctimai Sağlamlıq Mühazirə

  • 1. ŞƏHƏR ƏHALİSİNƏ TİBBİ XİDMƏTİN TƏŞKİLİ İCTİMAİ SAĞLAMLIQ VƏ SƏHİYYƏNİN TƏŞKİLİ
  • 2. Şəhər əhalisinə tibbi xidmət 2 istiqamətdə göstərilir: 1. Ambulator – poliklinika; 2. Stasionar. Şəhər əhalisinə ambulator – poliklinika xidməti əsasən poliklinikalar tərəfindən həyata keçirilir.
  • 3. Şəhər əhalisinə ambulator-poliklinika xidmətinin təşkili  Xəstələrə ambulator-tibbi yardımın bəsit formalarının təşkili hələ qədim dövrlərindən məlum idi.  Rusiyada bu xidmətin başlanğıcını XI əsrə aid edirlər.  1620-ci ildə Rusiyada ilk vətəndaş ambulotoriyası yaradıldı, burada həkim və feldşer işləyirdi.  1738-ci ildə yoxsullar üçün baş aptekdə həkim vəzifəsi təyin olundu.  1804-cü ildə poliklinika təcrübəsi tibb fakültələrinin tədris proqramına daxil edildi.
  • 4. Şəhər əhalisinə ambulator-poliklinika xidmətinin təşkili  Son zamanlara qədər xəstələrə ambulator tibbi yardım xəstəxanaların nəzdində göstərilirdi.  Sərbəst ambulatoriya idarələri XIX əsrin 80-ci illərindən inkişaf etməyə başlamışdır.  1913-cü ildə Rusiyada cəmi 1230 ambulatoriya var idi.  Hazırda əhaliyə ambulator-poliklinika yardım sərbəst poliklinikalar və xəstəxanaların tərkibində olan poliklinika şöbələri tərəfindən göstərilir.  Ambulatoriya-poliklinika idarələri ölkədə ən geniş yayılmış tibb idarələrindəndir.  Xəstələr ən çox bu idarələrə müraciət edirlər.
  • 5.  Əhaliyə göstərilən tibbi yardım təhlil edilərkən ayırd edilməlidir:  Nisbi risk – öyrənilən amilin təsirinə məruz qalan xəstələn- mə göstəricilərinin, bu amilin təsirinə məruz qalmayan şəxs- lərin xəstələnmə göstəricilərinin həcminə olan nisbətidir (siqaret çəkənlər və çəkməyənlərdə xora xəstəliyi, çəkənlərdə-2,5 dəfə çoxdur).  Mütləq risk – öyrənilən amilin təsirinə məruz qalanlar və bu amilin təsirinə məruz qalmayan şəxslərin xəstələnmə göstəriciləri arasındakı fərqdir.
  • 6. POLİKLİNİKA  Poliklinika - xüsusi müalicə proflaktik idarəsi olub, ona müraciət edən xəstələrə, eləcə də evdə yatan xəstələrə bütün ixtisaslar üzrə tibbi yardım göstərir, xəstəliklərin və onların ağırlaşmalarının müalicəsi üzrə kompleks tədbirləri həyata keçirir.  Şəhər əhalisinə tibbi yardımı əsasən şəhər poliklinikası göstərir.  Əgər poliklinika ancaq sənaye müəssisələri, tikinti təşkilatları və nəqliyyat idarələri işçilərinə tibbi yardım göstərmək üçün yaradılmışsa o tibbi-sanitariya hissəsi adlanır. Adətən ambulatoriyada əsas ixtisaslar üzrə-terapiya, cərrahiyə, mama-ginekologiya, pediatriya üzrə tibbi yardım göstərirlər.
  • 8. Şəhər poliklinikasının əsas struktur bölmələri Poliklinikanın rəhbərliyi (baş həkim, onun müavinləri) Qeydiyyat bölməsi, arayış stolu ilə Müalicə-proflaktika bölmələri Yardımçı - diaqnostika bölmələri
  • 10. Yardımçı - diaqnostika bölmələri Rentgen şöbəsi Endoskopiya kabinəsi Təsərrüfat hissəsi Statistika kabinəsi Labaratoriya
  • 11.  Şəhərlərdə və qəsəbələrdə təşkil olunan poliklinikalar öz işini sahə prinsipi üzrə qurur.  Əgər poliklinikaya sənaye müəssisələrinin, tikinti təşkilatları, nəqliyyat idarələri işçilərinə xidmət həvalə olunarsa, bu xidmət sex- sahə prinsipi üzrə aparılır.  Poliklinikanın müəyyən ərazisində yaşayan əhalini əhatə edən hər bir terapevtik sahəyə bir həkim və bir tibb bacısı təhkim olunur.  Poliklinikalarda sahə prinsipi ilə öz işini terapevtlər, pediatrlar, mama-ginekoloqlar, ftiziatrlar və mümkün olarsa digər mütəxəssis həkimlər də qurur.  Poliklinikada ən geniş yer tutan ambulatoriya-poliklinika yardım sahəsi terapiya xidmətidir.  Sahə həkimi yaxşı mütəxəssis olmaqla bərabər, həm də səhiyyənin İlkin Tibbi Sosial Yardım səviyyəsində mütəxəssisi və yaxşı səhiyyə təşkilatçısı olmalıdır.
  • 12. Sahə terapevti aşağıdakı işləri görməlidir: - özünün xidmət sahəsindəki əhaliyə poliklinikada və evdə ixtisaslı terapiya yardımını göstərmək - kəskin xəstəliklər, zədələnmələr, zəhərlənmələr olduqda, ona müraciət edən xəstələrə yaşayış yerindən asılı olmayaraq tibbi yardım göstərmək - öz işində müalicə və proflaktikanın müasir üsullarından istifadə etmək - öz xidməti ərazisində dispanserizasiya tədbirlərini həyata keçirmək - yoluxucu xəstəliklərin müalicə və proflaktikasını həyata keçirmək - daima öz ixtisasını və sahə tibb bacısının tibbi biliklərini artırmaq üşün tədbirlər görmək
  • 13.  Sahə terapevti poliklinikada şöbə müdiri tərəfindən təsdiq olunmuş qrafik üzrə işləyir: poliklinikada qəbul, evdə tibbi yardım, proflaktika və başqa işlərin aparılması vaxtı nəzərdə tutulur.  Poliklinikada qəbul, evdə tibbi yardım və digər işlərin görülməsi üçün ayrılan vaxt əslində xidmət ərazisində yaşayan əhalinin sayı, onların poliklinikaya müraciət etməsində adətlər və başqa şərtlərdən asılı olur.  Poliklinikada sahə terapevtlərinin işi əsasən ardıcıl əvəzolunmaya uyğun aparılır: sahədə və evdə.  Birləşmiş xəstəxanalarda həkimlər poliklinikada və stasionarda əsasən növbəli işləməyi həyata keçirirlər.  Son illərdə bir çox səhiyyə təşkilatları və tibb müəssisələri ambulatoriya-poliklinika müəssisələrində sahə terapevti əvəzinə ümumi ixtisas həkimi vəzifəsini daxil etməyin lazım olduğunu qeyd edirlər.  Ailə həkimi vəzifəsi hətta inkişaf etmiş ölkələrdə belə tətbiq olunmasına baxmayaraq keçmiş sovet ölkələri ərazisində çoxlu mübahisələrə səbəb olmuşdur.
  • 14. Ümumi ixtisas həkiminin vəzifələri: - xidmət etdiyi ərazidə müalicə proflaktika yardımını keyfiyyətli və lazımi həcmdə həyata keçirmək - xidmət göstərdiyi ailələrin üzvlərinə ixtisaslaşdırılmış tibbi yardım göstərmək - əhali arasında proflaktika tədbirlərini həyata keçirmək
  • 15.  Ailə həkiminin vəzifəsini təkcə poliklinikalarda ştata daxil edilməsi ilə iş tamam olmur, bununla yanaşı həm də ali tibb idarələrində bu ixtisas üzrə həkimlərin hazırlanması, onların sonradan ixtisasının artırılması da tədris proqramına əlavə edilməlidir.  Sahə həkimləri vaxtaşırı həkimləri təkmilləşdirmə instutlarına göndərilməklə diplomdan sonrakı təhsil yolu ilə ixtisaslarını daima artırmalıdırlar.  Poliklinikalarda sahə terapevtləri üçün proflaktika işi dispanser üsulu vasitəsilə də həyata keçirilir.  Dispanserizasiyanın əsas məqsədi xəstəliklərin erkən aşkara çıxarılmasıdır.
  • 16. Əmək fəaliyyəti üzrə qəbul olunmuş bir neçə normativ:  Hər 10000 nəfər əhaliyə 11,8 həkim vəzifəsi təyin edilir.  Sahə həkimi ilkin müayinəyə 22 dəqiqə, təkrari müayinəyə 16 dəqiqə sərf etməlidir.  Həkim bir saat ərzində poliklinikada 3 pasiyent qəbul etməlidir.  Poliklinikanın gücü, ştatlarının sayı əhalinin ümumi miqdarı və gəlişlərin miqdarından asılıdır (bir növbədə 250-1200 gəliş).  Poliklinikada həkimlər əsasən 5 günlük iş həftəsində çalışırlar. Şənbə və bazar günlərində növbətçi həkimlər və təxirə salınmaz tibbi yardım şöbələri tərəfindən yerinə yetirilir.  Həkimin iş günü 6,5 saat olub, onun 3,5 saatı evdə, 3,0 saatı isə poliklinikada müalicə - proflaktika, dispanserizasiya və diaqnos- tika işlərinin görülməsinə sərf olunmalıdır.  Son zamanlar işə qəbulun kontrakt əsasında qəbul forması da tətbiq olunur.  Onlara verilən əmək haqqı işin xüsusiyyətinə görə müvafiq miqdarda artıq təyin edilir.
  • 17. PROFİLAKTİKA İŞİ  Profilaktika işinin əsasını profilaktik müayinələr, məsləhətlər, dispanserizasiya tədbirləri təşkil edir:  Profilaktik müayinələrə aiddir: boy, çəki, görmə itiliyi, gözdaxili təzyiq, eşitmə itiliyi, pnevmotaxometriya, arterial təzyiq, EKQ, dişlərin vəziyyəti, analizlər, flüoqrafiya və s.  Profilaktika işi ayrılır:  Birincili profilaktika- xəstəliklərin yaranmasının qarşısının alınması tədbirləri, sağlam həyat tərzi müddəalarının (vaksinasiya, immunizasiya, siqaret çəkmə, narkomaniya, alkoqolizm, abort və s.) həyata keçirilməsi yolu ilə aparılır.
  • 18.  İkincili profilaktika- xəstəliklərin erkən aşkarlanması və səmərəli müalicəsini, ağırlaşmaların qarşısının alınmasını (şəkərli diabetin profilaktikazı zamanı korluğun, böyrək çatışmazlığının, göz və ürək xəstəliklərinin, insultun profilaktikası) nəzərdə tutur.  Üçüncülü profilaktika- ağırlaşmaların, əlilliyin və ya gözləniməz nəticələrin qarşısının alınması, keçirilmiş xəstəlikdən sonra orqanizmin optimal funksiyalarının bərpa olunması (insult, infarktdan sonrakı bərpaedici terapiya).
  • 19.  DİSPANSERİZASİYA ÜSULU- əhalinin sağlamlıq vəziy- yəti üzərində aktiv dinamik müşahidədir. Xəstəliyin erkən aşkar edilməsi, onlar üzərində mütəmadi nəzarət olunması, müalicəsinin aparılması, əmək və məişət şəraitinin sağlam- laşdırılması məqsədini daşıyır.  Ümumxalq dispanserizasiyası- əhalinin sağlamlığı naminə dövlətin yerinə yetirdiyi qayğının bariz nümunəsidir.  Dispanserizasiya- həkimin əlavə yükü deyil, onun başlıca vəzifəsidir, sahə həkimlərinin, terapevtlərin və həm də digər ixtisas həkimlərinin bu işi həyata keçirməsi tələb olunur.  Dispanserizasiya prosesində ayırd edilən mərhələlər:  Aktiv aşkarlanma.  Nəzarət altında saxlamaq.  Sosial-profilaktik və müalıcə tədbirlərinin aparılması.  Səmərəliliyin qiymətləndirilməsi.
  • 20.  Dispanserizasiyanın aparılmasının metodikası:  Bütün poliklinika üçün vahid dispanserizasiya günlərinin qəbulu.  Şöbələr üçün vahid dispanserizasiya günlərinin qəbulu.  Gündəlik qəbula 2-3 nəfərin çağrılması.  Dispanserizasiyadan keçən şəxslər 3 qrupa bölünür: I qrup. Sağlamlar - onların əmək və məişət şəraitinin sağlamlaşdırıl- ması, sağlam həyat tərzi (SHT) uğrunda mübarizə, sanitariya-gigiyena qaydalarının təbliği ilə birlikdə hər il dispanser müşahidədən keçməlidirlər. II qrup. Praktik sağlamlar - onlar üzərində dinamik müşahidlər risk amillərinin aradan qaldırılması, orqanizmin rezistentliyinin və kompensator imkanlarının yüksəldilməsi məqsədini daşıyır. III qrup. Xroniki xəstəliklərlə xəstə olanlar – onlar üzərində dinamik müşahidələrin aparılması residivlərin, ağırlaşmaların, kəskinləşmələrin qarşısının alınması məqsədini daşıyır.
  • 21. Poliklinikanın illik fəaliyyət göstəriciləri: 1. Əhalinin həkimlə təmin olunması – tutulmuş həkim vəzifələrinin əhalinin orta illik miqdarına olan nisbətidir. Hər 10000 nəfərə görə həm ümumi poliklinika, həm də ayrı-ayrı ixtisaslar üzrə hesablanır. 2. Əhalinin hər nəfərinə düşən illik davamiyyətin sayı (gəlişlər) – il ərzində poliklinikanın xidmət ərazisində yaşayan əhalinin poliklini- kaya etdiyi gəlişlər ilə həkimlərin evə etdiyi gedişlərin cəminin əha- linin orta illik sayına olan nisbəti (poliklinika və ixtisaslar üzrə). 3. Həkimin üzərinə düşən iş (hər saatda həkimin qəbulu)- il ərzində poliklinikada həkimlərin yanına edilən gedişlərin (və ya həkimlərin evə etdiyi gedişlər), həkimlərin həqiqi iş saatlarının sayına olan nisbəti. 4. Tibbi yardımın göstərilməsində sahə prinsipinin gözlənilməsi- il ərzində poliklinika rayonunda yaşayan əhalinin poliklinikada öz sahə terapevtlərinə etdiyi gəlişlərin sayının, həmin əhalinin sahə terapevtlərinə etdiyi gəlişlərin ümumi sayına olan faiz nisbəti. 5. Ayrı-ayrı xəstəliklər üzrə dispanser müşahidə ilə əhatə olunma- müəyyən xəstəlik üzrə ilk dəfə aşkar edilənlərdən dispanser müşahidə- sinə götürülənlərin, həmin xəstəlik üzrə ilk dəfə aşkar edilənlərin ümu- mi sayına olan faiz nisbətidir.
  • 22. Bu əsas göstəricilərdən başqa poliklinikanın fəaliyyətini qiymətləndirmək üçün digər göstəricilər də hesablanır: a) həkim vəzifələrinin tutulması; b) hər bir terapevtik sahədə xidmət olunan əhalinin miqdarı; c) profilaktik tibbi müayinə ilə əhatə olunma; d) tibbi müayinə edilənlərin içərisində aşkar olunan xəstəliklərin xüsusi çəkisi; e) fəaliyyət rayonunda yaşayan əhali içərisində qeyd olunan xəstəliklərin tərkibi və səviyyəsi.
  • 23.  Təxirəsalınmaz tibbi yardımın təşkil olunmasında məqsəd əhaliyə evdə, küçədə, işdə, gecə vaxtı baş verən və onların həyatı üçün təhlükə törədə bilən bədbəxt hadisələr və qəflətən başlanan kəskin xəstəliklər, kütləvi zəhərlənmələr və s. zamanı təcili tibbi yardımı göstərmək, onların həyatını təhlükədən qurtarmaqdır.  Çox vaxt təxirəsalınmaz tibbi yardımı da təcili yardım ilə bir yerdə təşkil edirlər.  Təxirəsalınmaz tibbi yardım məntəqələri əsasən iri poliklinikaların nəznində yaradılır.  Təxirəsalınmaz tibbi yardım məntəqələrində həkimlər ilə bərabər tibb bacıları və kiçik tibb işçiləri çalışırlar.  Gecə vaxtı xəstələrə göstərilən tibbi yardım haqqında növbətçi həkimlər səhər poliklinikada onların öz sahə həkimlərinə məlumat verməlidirlər.  Tibbi yardım göstərən həkim xüsusi vərəqələrdə xəstəlik və göstərilən tibbi yardım haqqında qeydlər edir və bu vərəqə xəstənin ambulatoriya kartasına əlavə olunur. ŞƏHƏR ƏHALİSİNƏ TƏCİLİ VƏ TƏXİRƏSALINMAZ TİBBİ YARDIM
  • 24.  Təcili tibb stansiyaları-sərbəst tibb idarəsidir.  Son zamanlar əhaliyə bu cür tibbi xidməti yaxşılaşdırmaq məqsədilə təcili yardım xəstəxanaları təşkil olunmuşdur.  Təcili yardım stansiyalarının iş elementlərinə aiddir:  təcili yardıma ehtiyacı olan bədbəxt hadisə və kəskin xəstələnmələr haqqında vaxtında məlumat almaq, stansiyanın işçiləri və nəqliyyatının qüsursuz işinin təmin etmək;  əlavə ixtisaslar üzrə təcili yardıma ehtiyac olarsa, bu cür yardım göstərən stasionarlarla əlaqədə olmaq;  həkimlərin yüksək ixtisasını təmin etmək.  təcili yardım maşınları ən yüksək səviyyədə vəsaitlə təchiz olunmalıdır.
  • 25.  Azərbaycan Respublikasının Səhiyyə sistemində 738 xəstəxana 68700 çarpayı ilə əhaliyə stasionar xidmət göstərir.  Xəstəxana çarpayıları ilə təmin olunma hər 10000 nəfərə görə 85 çarpayı təşkil edir.  Şəhər xəstəxanaları göstərdiyi tibbi yardımın növünə, həcminə və xarakterinə görə bölünür:  Profilinə görə - çoxprofilli və ixtisaslaşdırılmış;  Təşkilinə görə - poliklinika ilə birləşmiş və birləşməmiş;  Həcminə görə - müxtəlif ölçülü.
  • 26. ŞƏHƏR ƏHALİSİNƏ STASİONAR YARDIMIN TƏŞKİLİ
  • 27. SON