Ce diaporama a bien été signalé.
Le téléchargement de votre SlideShare est en cours. ×

1. Human rights - intro.pptx

Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Chargement dans…3
×

Consultez-les par la suite

1 sur 27 Publicité

Plus De Contenu Connexe

Publicité

1. Human rights - intro.pptx

  1. 1. THE PLACE OF HUMAN RIGHTS IN LEGAL SYSTEM
  2. 2. Mammadrzali Shahin Sabir memmedrzali@gmail.com +994 55 482 19 71 (10:00 – 22:00) Specilization: Public International Law and Human Rights Primary courses(research areas): - Human rights fields - Public international law fields - International economic law - Information law
  3. 3. P LA N: 1. Meaning, primary features and development trends of human rights 2. Human nature and the problem of human rights 3. Human rights phenomenon as a new criteria of approach to international and national law 4. The problem of individual as a legal subject 5. Human rights and democracy 6. Globalization, global problems and human rights 7. Human rights, legal state and social state 8. The principle of respect to human rights and fundamental freedoms – normative content 9. The link of the principle of respect to human rights with the other international law principles
  4. 4. HUMAN RIGHTS 1. Hər hansı bir fərdin hüquqlara malik olması məhz həmin fərdin insan olması ilə bağlıdır. Yəni ki, insan hüquqları bütün insan fərdlərinə təbiətən məxsusdur – insanın ayrılmaz hissəsidir. 2. İnsan hüquqlarını müxtəlif cür xarakterizə etmək olar. Əgər insan hüquqlarına dair sənin izahın obyektiv hüquqa, etik-fəlsəfi normalara, mənəvi dəyərlərə və məntiqə əsaslanırsa, qəbul edilir. 3. İnsan hüquqlarının mövcud olması qanunla, hüquq sahələri ilə, hüquqi normalarla bağlı deyil. Qanun, norma, qayda olmadığı halda belə, insan hüquqları mövcuddur. 4. İnsan hüquqları qanundan asılı deyil. Lakin qanun insan hüquqlarından asılıdır. Çünki insan hüquqlarını müdafiə etməyən qanun, insan hüquqlarını pozan qanun məhv olmağa məhkumdur. 5. Və ən əsası.......
  5. 5. - təsbit etmək (yazılı hala salmaq, dəqiqləşdirmək, mənasını tam təyin etmək) - tənzimləmək (hədlərini, qarşılıqlı əlaqələrini, istifadə sərhədlərini təyin etmək) (nə qədər istifadə etmək olar, nəyi etmək olar, nəyi olmaz) - yerinə yetirmək (istifadəni istiqamətləndirmək, vasitələr və şərait yaratmaq) - qorumaq (sanksiyaların tətbiqi, xəbərdarlıq etmə, hüquq-mühafizə fəaliyyəti) - və inkişaf etdirmək (yeni hüquqları sistemləşdirmək, yenilikləri dəqiqləşdirmək) İnsan Hüquqları üzrə Ali Komissarlığın Ofisi BMT-in İŞÇİ HEYƏTİ ÜÇÜN ƏSAS TƏLİMAT KİTABI, səh. 2-3 https://www.ohchr.org/Documents/Publications/HRhandbooken.pdf ....üçün vacibdir. Qanunlar (hüquq normaları) - ........ İnsan hüquqları və qanunun əlaqəsi
  6. 6. İnsan hüquqlarının tərifi – «İnsan hüquqları nədir?» sualını versək, müxtəlif cavablar almış olarıq. Çünki insan hüquqlarını hər bir fərd istədiyi kimi başa düşür. Cavabları ümumiləşdirsək, insan hüquqları – hər bir şəxsə məhz həmin şəxs insan fərdi olduğuna görə ona aid olan, nəyisə etmək, etməmək və ya etməkdən çəkinmək sərbəstliyidir. (https://www.humanrights.com/what-are-human-rights/) İnsan hüquqlarının bir çox digər hüquqi, sosial, siyasi, iqtisadi, fəlsəfi tərifləri də mövcuddur. İnsan hüquqları – bütün şəxslərə aralarında heç bir fərq qoyulmadan və bərabər şəkildə aiddir. Məhz buna görə insan hüquqları cəmiyyət ilə dövlətin, şəxs ilə hökumət qurumlarının arasındakı ictimai münasibətləri hüquqi cəhətdən tənzim edir. 1. İnsan hüquqlarının mahiyyəti və xüsusiyyətləri Gələcək dərslərdə də öyrənəcəyimiz kimi – insan hüquqları rəngarəngdir. Hüquqlar ictimai və fərdi həyatın bütün sahələrində vardır. «İnsan hüquqları ilə bağlı ən əsas nə etməliyik? – Sadəcə, imkan yaradın ki, insanlar onları öyrənsin....» Volter (Fransa maarifçisi) Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilib və onlar bir-birinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar.. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, maddə 1.
  7. 7. İnsan hüquqlarının 5 əsas əlaməti Bu əlamətlər daha öncədən pərakəndə şəkildə məlum olmuşdur. 1993-cü ildə keçirilən İnsan Hüquqları üzrə İkinci Ümumdünya Konfransında qəbul edilən Vyana Bəyannaməsində sistemli şəkildə təsbit edilmişdir. 1. Universaldır - 2. Ayrılmazdır - 3. Məxsusidir - 4. Bölünməzdir - 5. Qarşılıqlı asılıdır - Yəni, hamıya aiddir Yəni, kənara qoymaq mümkün deyil Yəni, şəxsiyyətin daxilindən irəli gəlir Yəni, hüquqlar arasında konflikt yoxdur, balanslaşdırma vardır Bir hüququn dəyişməsi bütün sistemi dəyişir
  8. 8. Müasir tendensiyalar və inkişaf problemləri İnsan hüquqları və yaxşı idarəetmə İnsan hüquqları və qlobalizasiya İnsan hüquqları və biznes Yaşıl hüquqlar – ekologiya Yeni bərabərsizlik formaları Dayanıqlı inkişaf hüquqları Səhiyyə sahəsində hüquqlar Əmək hüquqları Inanc və dini etiqad Terrorizm təhlükəsi Ailə daxilində hüquqlar Xüsusi qrup şəxslərin hüquqları Əyləncə, idman və istirahət Keyfiyyətli təhsil Hüquqlar və biotexnologi yalar İnsan alveri Miqrant və qaçqınların hüquqları Sülh və təhlükəsizlik Informasiya hüquqları Milli-etnik azlıqların hüquqları Sosial təminat, demoqrafik problem
  9. 9. 1. Beynəlxalq və milli hüququn qarşılıqlı münasibətinə dair bir neçə ənənəvi yanaşma vardır 2. İnsan hüquqları bu ənənəvi fikirləri kənara qoyaraq, alternativ təklif edir 3. İnsan hüquqları beynəlxalq və milli hüquq ayırmayıb-onları birlikdə nəzərdən keçirir 4. Müasir dövrün insan hüquqları, adətən, beynəlxalq hüquq normalarıdır 5. Bu normalar beynəlxalq təşkilatlar çərçivəsində dövlətlərin ümumi razılığı əsasında qəbul edilir 6. Beynəlxalq hüququn bütün subyektlərinə (həm ənənəvi, həm yeni) ünvanlanır 7. Ənənəvi subyekt olan dövlətlərin üzərində, həmçinin bir sıra yeni subyektlər üzərində insan hüquqları öhdəlikləri var 8. Bu öhdəliklərə əsasən beynəlxalq insan hüquqları milli hüquqa implementasiya olmalıdır 9. İmplementasiyanın effektivliyi üzrə dövlətlər beynəlxalq təşkilatlara məruzələr edir 10. Beynəlxalq nəzarətin əsasında milli mexanizmlər durur 11. İnsan hüquqları pozuntularına görə dövlətlər, hüquqi və fiziki şəxslər məsuliyyət daşıyır 12. Bu məsuliyyət ilk əvvəl milli, daha sonra beynəlxalq olur 3. İnsan hüquqları, beynəlxalq və milli hüquqa yeni yanaşma
  10. 10. BMT-in keçmiş Baş Katibi Kofi Annan yaxşı idarəetmədə 5 əsas prinsipin vacibiyyətini vurğulamışdır 5. İnsan hüquqları və demokratiya əlaqəsi
  11. 11. Lakin bu anlayışların birbaşa tətbiqi aşağıdakı konkret elementlərdən asılıdır Yaxşı idarəetmənin əsas elementləri Əhalinin iştirakı Şəffaflıq Hüquq qaydası Həssaslıq cavabdehlik Razılıq (uzlaşma) Ədalət və cəlb olunma Effektivlik və keyfiyyət Məsuliyyət
  12. 12. 6. İnsan hüquqları və qlobalizasiya Qlobalizasiya – kapitalın, əmtəənin, xidmətlərin, insan resurslarının, mədəni dəyərlərin və informasiyanın ümumi dünya səviyyəsindəki sərhədisiz hərəkətidir Əslində, insan hüquqları üzrə beynəlxalq normalar özü qloballaşmanı dəstəkləyir, universal hüquqların və qlobal vətəndaşlığın yaranmasını təklif edir. • Hazırkı insan hüquqları problemlərinin əksəriyyəti də qlobal xarakter daşıyır. • İqtisadi hüquqlar, əmək hüquqları, mədəni hüquqlar və s. qloballaşmanın təsiri ilə inkişaf edir. • Yeni insan hüquqları sferaları – biznesdə insan hüquqları, beynəlxalq informasiya hüququ, inkişaf hüququ və s. yaranır • Lakin qlobalizasiya heç də həmişə insan hüquqlarını rəhbər tutmur. Müəyyən hallarda insan hüquqları qlobal iqtisadi maraqların qurbanına çevrilir. • Bu insan hüquqlarının siyasi, hüquqi, sosial və s. aspektlərində özünü göstərir. (Afrika regionu – bariz nümunədir)
  13. 13. Qloballaşmanın insan hüquqlarına təsiri mənfi və müsbət ola bilər Mənfi İnsan hüquqları yalnız daha sənayeləşmiş və inkişaf etmiş cəmiyyətlərə şamil edilir Bir çox yeni münasibətlər meydana gəlir ki, bu da tənzimlənməni zəiflədir Sosial-demoqrafik problemlər dərinləşir İnsan hüquqları iqtisadi maraqlara tabe edilir Fundamental ideya olan bərabərlik prinsipi zəifləyir Müsbət İnsan hüquqlarına beynəlxalq birliyin diqqəti artır Milli insan hüquqlarının ortaq standartları yaranır Qeyri-dövlət hüquq subyektləri də insan hüquqları öhdəliklərinə cəlb edilir Qlobal vətəndaşlıq konsepsiyası realizə olunur İnsan hüquqlarının tədqiqi və yeni nəzəriyyəsi inkişaf etdirilir
  14. 14. 6. Qlobal vətəndaş Qlobalizasiya nəticəsində dövlətlər arasında sərhədlər şərtiləşir. İctimai münasibətlər və hüquq normaları transmilli – qlobal xarakter alır. Bu zaman insanın hansı dövlətin vətəndaşı olması məsələsi böyük əhəmiyyət kəsb etmir. Yer kürəsində qlobal dünyanın sakini «qlobal vətəndaş» adlanır Qlobal vətəndaşın əsas tərkib elementləri aşağıdakılardır: • Qlobal vətəndaş hansısa dövlətin yox, Yer kürəsinin vətəndaşıdır. Qlobal vətəndaşın milli mənsubiyyəti, dövlət vətəndaşlığı böyük əhəmiyyət kəsb etmir. • Qlobal vətəndaş bütün dövlətlərin vətəndaşıdır. Yəni, bütün dövlətlər qlobal vətəndaşın hüquqlarını və azadlıqlarını qorumağa borcludur. • Qlobal vətəndaşın hüquqları və azadlıqları dünyanın hər bir nöqtəsində, hər bir küncündə qorunmalıdır. Bütün dövlətlər bu işdə əməkdaşlıq etməlid, bir-birinə yardım göstərməlidir. • Qlobal vətəndaşın bir dövlət qarşısında yox, bütövlükdə Yer kürəsi qarşısında (dövlətlər birliyi) qarşısında öhdəlikləri-vəzifələri vardır. (Məs., qlobal istiləşmə ilə mübarizə, ekologiyanın qorunması, içməli sudan qənaətlə istifadə, aclığın aradan qaldırılması, yoxsulluğun aradan qaldırılması və s.)
  15. 15. 7. İnsan hüquqları, hüquqi və sosial dövlət Hüquqi dövlət – idarəçiliyində hüquq qaydasının ali prinsip kimi rəhbər tutulduğu, hər kəsin bərabər səviyyədə qanuna tabe olduğu bir dövlətdir. Sosial dövlət – hüquqi dövlətin davamı olaraq, sosial rifah və sosial təminatın hüquq qaydası əsasında realizə olunduğu dövlətdir. Hüquq qaydasının və sosial rifahın təmin edilməsi insan hüquqlarının tətbiqi ilə şərtləşir.«yaxşı idarəetmə» termini ilə əhatə olunur. Yaxşı idarəetmə Dövlət idarəçiliyi Digər ictimai idarəetmə formaları Korporativ idarəçilik
  16. 16. 7. Hüquqi dövlət və qanunçuluq prinsipi Hüquqi dövlət qanunçuluq prinsipi vasitəsi ilə izah edilə bilər. Hüquqi dövlət – qanunçuluq prinsipinin tam qorunduğu, təmin edildiyi bir dövlətdir Qanunçuluq prinsipinin elementləri aşağıdakı kimidir: Hüquqi dövlətdə qanun hamıdan, hər kəsdən üstündür. Heç kim özbaşınalıq edə, qanunları poza bilməz. Qanun hamının hüquqlarını, azadlıqlarını bərabər şəkildə qoruyur. Yəni, qanun kiməsə üstünlük vermir, hamının hüquqlarına, azadlıqlarına bərabər yanaşır. Hamı qanun qarşısında, dövlət orqanları qarşısında, xüsusilə məhkəmə qarşısında bərabərdir. Bütün şəxslərin hüquqlarını və azadlıqlarını, səlahiyyətlərini qanun müəyyən edir. Bütün şəxslərin vəzifələrini, öhdəliklərini qanun müəyyən edir. Qanun pozulduqda, hamı qanun əsasında cəzalanır. Qanun pozuntuya görə cəzanı, məsuliyyəti müəyyən edir. Heç kim qanunsuz şəkildə cəzalana bilməz.
  17. 17. 8. İnsan hüquqları və əsas azadlıqlarına hörmət prinsipi Hüququn prinsipi - ən əsas hüquq normalarıdır. Digər normalar ona tabedir. Ən ümumi normalardır. Beynəlxalq hüququn prinsipi – beynəlxalq xarakterli ən vacib, ən ümumi hüquq normalarıdır
  18. 18. Öhdəlik kimi – növbəti mühazirəmizdə geniş təhlil ediləcəkdir Bundan əlavə:  Bir çox istiqamətləri, məna çalarları və elementləri vardır ki, insan hüquqlarının gələcək inkişafını müəyyən edir  İnsan hüquqları üzrə həm universal, həm də regional sənədlərin hamısında qeyd olunmuşdur  Xüsusi qrupların hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlərdə açıq şəkildə təkrar- təkrar bəyan edilmişdir Prinsip kimi:  Beynəlxalq hüququn bütün sahələrinə şamil olunur  Xüsusilə, beynəlxalq təhlükəsizlik və sülhün qorunmasına rəhbər prinsiplərdən biridir  İnsan hüquqları sahəsindəki digər prinsipləri müəyyən edir və onların əsasında durur
  19. 19. Bəs beynəlxalq hüquq nədir? Beynəlxalq hüquq ayrıca hüquq sahəsidir. Beynəlxalq hüquq – beynəlxalq sferada dövlətlər, təşkilatlar və digər subyektlər arasında ictimai münasibətləri tənzimləyən normalar sistemidir. İnsan hüquqları sahəsi- ............... Hüquq nəzəriyyəsi və beynəlxalq hüquq haqqında Hüquq subyekti – hüquq münasibətlərində iştirak edən, vəzifələr, hüquqlar və məsuliyyət daşıyan şəxslər və qurumlardır. Məsələn, şirkət, fiziki şəxs, universiteti və s. Beynəlxalq hüququn subyekti – beynəlxalq sferada olan ictimai münasibətlərdə iştirak edən şəxslər və qurumlardır. Onların da vəzifələri, hüquqları və məsuliyyəti vardır. Məsələn,.......... İnsan hüquqlar sahəsində subyektlər - ................... Hüquq norması – hüquq münasibətlərini nizama salan (tənzimləyən) normalardır. Beynəlxalq hüquq norması – beynəlxalq münasibətləri nizama salan normalardır. İnsan hüquqları norması - ..............
  20. 20. Beynəlxalq hüququn mənbəyi Hüququn mənbəyi – hüquq normasının əks olunduğu formadır. Məsələn, qanun, fərman, sərəncam, hüquqi adət və s. Beynəlxalq hüququn mənbəyi – beynəlxalq hüquq normasının əks olunduğu formalardır. Məsələn, konvensiya, beynəlxalq məhkəmə işi və s. İnsan hüquqlarının mənbəyi - ................. Beynəlxalq hüquqda mənbələr Beynəlxalq müqavilə Beynəlxalq hüquqi adət Hüququn ümumi prinsipləri Məhkəmə qərarları Tanınmış alimlərin rəyləri Milli hüquq normaları
  21. 21. Beynəlxalq hüququn subyektləri Beynəlxalq hüququn subyekti – beynəlxalq xarakterli hüquqları və vəzifələri olan, məsuliyyət daşıyan, beynəlxalq hüquq münasibətlərində iştirak edən qurumlar və ya şəxslərdir. Məsələn,..... Beynəlxalq hüququn subyektləri Dövlət Beynəlxalq təşkilat Dövlətəbənzər qurum Fiziki şəxs Biznes təşkilatları QHT-lər Və s.
  22. 22. 9. İnsan hüquqlarına hörmət prinsipi və digər beynəlxalq hüquq prinsiplərinin əlaqəsi Qısa xatırlatma: İnsan hüquqlarına hörmət prinsipi də daxil olmaqla beynəlxalq hüququn prinsplərinin əks olunduğu konkret sənədlər mövcuddur Dövlətlər arasında dostluq münasibətlərinə dair 1970-ci il BMT Bəyannaməsi BMT Nizamnaməsi Helsinki Yekun Aktı (1975)
  23. 23. Beynəlxalq hüququn prinsipləri ilə əlaqə nəyə görə ayrıca təhlil olunur? İnsan hüquqları İlkin mərhələdə beynəlxalq hüququn tərkibində nəzərdən keçirilmişdir Ius cogens normalardan hesab olunur Beynəlxalq hüququn subyektlərinə ünvanlanmışdır Beynəlxalq hüquq institutları olmadan, effektiv deyil Problemləri və inkişafı beynəlxalq hüququn bütün sahələrinə təsir edir
  24. 24. İnsan hüquqları və əsas azadlıqlarına hörmət Güc tətbiq etməmək və hədələməmək Mübahisələrin dinc yolla həlli Dövlətlərin daxili işlərinə qarışmamaq Dövlətlərin bir- - biri ilə əməkdaşlıq etmək prinsipi Xalqların hüquq bərabərliyi və özünü təyin etmə Dövlətlərin suveren bərabərliyi Beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi Sərhədlərin toxunulmazlığı Dövlətlərin ərazi bütövlüyü
  25. 25. Yekun (xülasə) 1. İnsan hüquqlarının tərifi izahedici xarakterdədir, 5 əsas əlaməti və prinsiplər sistemi vardır 2. Öz inkişafında insan hüquqları cəmiyyətin bütün innovativ ideyalarını, bütün yeni siyasi, sosial, mədəni və s. ideyaları birləşdirir 3. İnsan hüquqları beynəlxalq və milli hüquqa 1 tam məfhumun 2 hissəsi kimi baxır 4. İnsan hüquqlarına qloballaşmanın neqativ təsirləri olsa da, ümumilikdə, qloballaşma özü universal insan hüquqlarını təbliğ edir 5. Dövlət idarəçiliyində keyfiyyət və effektivlik insan hüquqlarına riayət etməkdən asılıdır 6. İnan hüquqları və əsas azadlıqlarına hörmət həm beynəlxalq, həm milli hüquq münasibətlərini tənzim edir 7. İnsan hüquqlarına hörmət ayrılıqda deyil, bütün digər beynəlxalq hüquq prinsipləri ilə bir yerdə araşdırılmalıdır.
  26. 26. DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR !

×