Ce diaporama a bien été signalé.
Le téléchargement de votre SlideShare est en cours. ×

Teqdimat_IS-nin_layihelendirilmesi.pptx

Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Publicité
Chargement dans…3
×

Consultez-les par la suite

1 sur 20 Publicité

Plus De Contenu Connexe

Publicité

Teqdimat_IS-nin_layihelendirilmesi.pptx

  1. 1. Tələbə: Sona Həşimova Müəllim: Kənan Məmmədov İxtisas: İnformasiya Təhlükəsizliyi Qrup: 693.19 Fənn: İnformasiya sistemlərinin layihələndirilməsi
  2. 2. Normal formalar metodu ilə verilənlər bazasının layihələndirilməsi
  3. 3. Struktur layihələndirmənin hansı üsulla aparılmasından asılı olmayaraq, relasiya modeli VB-də obyektlər və ya mahiyyətlər son nəticədə nisbət şəkilində ifadə olunur. Nəzəri baxımdan VB-nin struktur layihələndirilməsi verilənlərin modelinin tipindən asılı olmamalıdır. Lakin praktiki nöqteyi nəzərdən struktur layihələndirmədə relasiya modelinin xüsusiyyətlərinin nəzərə alınması faydalıdır.
  4. 4. Çox da böyük olmayan relasiya modelli verilənlər bazasının layihələndirilməsində normal formalar metodu daha səmərəlidir. Normal formalar metodu ilə verilənlər bazasının layihələndirilməsi aşağıdakı mərhələrlə aparılır: 1. Əvvəlcə struktur layihələndirmənin hər hansı üsulu ilə verilənlər bazasının ilkin nisbətləri formalaşdırılır.
  5. 5. 2.Sonra ilkin nisbətlər normallaşdırılır, yəni normallaşdırma qaydalarına uyğun olaraq ilkin nisbətin kompazisiyası-dekompozisiyası aparılır. 3. Yeni yaradılmış nisbətlərə açarlar təyin olunur. Praktikada VB-nın 3-cü normal formaya (3NF) və ya Boys-Kodd normal formasına (BKNF) uyğun gələn strukturu ilə kifayətlənmək olur. Odur ki, normal formalar metodu ilə nisbətlərin normallaşdırılması prosesi aşağıdakı ardıcıllıqla yerinə yetirilir.
  6. 6. -əgər ilkin nisbətdə tərkibli atributlar varsa, onları tərkib hissələrinə ayırıb, atomar şəkilə salmaqla nisbəti 1-ci normal formaya (1NF) gətirmək; -Açar olmayan atributların açardan qismən asılılığını aradan qaldırmaqla nisbəti 2-ci normal formaya (2NF) gətirmək; -Açar olmayan atributların açardan tranzitiv asılılığını aradan qaldırmaqla nisbəti 3-cü normal formaya (3NF) gətirmək;
  7. 7. -Tərkibli açarın atributlarının açara daxil olmayan atributlardan asılılığını aradan qaldırmaqla nisbəti Boys-Kodd normal formasına (BKNF) gətirmək; Mahiyyətin nisbətlərlə ifadə edilməsində ümumi qəbul edilmiş qayda <<hər bir mahiyyətə-ayrıca cədvəl>> qaydası hesab olunur. Açar kimi atributdan istifadə edilməsi məsləhət görülür. Xüsusi hallarda bir neçə atributdan ibarət tərkibli açardan istifadə etmək olar.
  8. 8. Açar təyin edilmədikdə bəzi VBİS-lərin (məsələn: Access) özləri cədvəlin sətirlərinin nömrələrinə görə açar (sayğac) yaradırlar. Əgər nisbətlərdə təkrarlanan və bir-birilə qarşılıqlı əlaqəli atributlar varsa və bu informasiya böyük həcmə malikdirsə, həmin atributları ayrıca nisbətlə ifadə etmək məqsədəuyğundur.
  9. 9. Bunu başqa sözlə belə ifadə etmək olar: mahiyyət haqqındakı informasiyanı elə təsvir etmək lazımdır ki, açar olmayan atributlar bir-birindən asılı olmasınlar və bütövlükdə açardan asılı olsunlar (3NF-in tələbi).
  10. 10. Mahiyyətlərə uyğun cədvəllərin emalı zamanı aşağıdakı amili nəzərə almaq vacibdir: cədvəlin silinməsi zamanı ona olan bütün istinadları silmək lazımdır, əks halda əlaqələr cədvəli düzgün olmayacaq. Müasir VBİS-lərin əksəriyyəti belə hallarda düzgün olmayan əməliyyatlara icazə vermirlər.
  11. 11. Mahiyyətlər (cədvəllər) arasında əlaqə 2 cür yaradıla bilər: 1) Xarici açarlar vasitəsilə; 2) Əlaqə cədvəlləri vasitəsilə;
  12. 12. Hər iki halda əlaqə açar vasitəsilə yaradılır və yalnız 2 cədvəl bir-birilə əlaqələndirilir. 1-ci halda əlaqələndirilən cədvəllərin birində (valideyn cədvəldə) xarici açar təyin olunur, digərində isə (törəmə cədvəldə) həmin xarici açar əsas açar kimi çıxış edir.
  13. 13. 2-ci halda isə mahiyyətlər arasında əlaqə yaratmaq üçün əlavə olaraq rabitə cədvəli adlanan cədvəl qurulur. Əlaqələndirilən iki cədvəlin hər birində bir əsas açar olur. Həmin açarlar rabitə cədvəlində yerləşdirilir.
  14. 14. Beləliklə, rabitə cədvəli 2 açara malik olur: Onlardan biri 1-ci cədvəlin açarı, ikincisi isə 2-ci cədvəlin açarıdır. Onlardan hər hansı birinə görə rabitə cədvəlindən digəri seçilir.
  15. 15. DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR!

×