SlideShare a Scribd company logo
1 of 1
XASİYYƏTNAMƏ
Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai və
məktəbəqədər təhsilin metodikası” kafedrasının
dosent əvəzi , 1968-ci il təvəllüdlü, azərbaycanlı,
YAP-nın üzvü Yeganə Qələndər qızı Cəlilovaya
Yeganə Qələndər qızı Cəlilova orta təhsilini Sumqayıt şəhərində almış və
1984-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil
olmuşdur. 1988-ci ildə oranı bitirərək Sumqayıt şəhərində C.Cəbbarlı adına klubda
rəssam işləmiş və 1989-cu ildə N.Tusi adına ADPU-nə “Rəsmxət, təsviri incəsənət
və əmək” fakultəsinə daxil olmuşdur. 1994-cü ildə universiteti fərqlənmə diplomu
ilə bitirərək pedaqoji fəaliyyətə başlamışdır.
1997-ci ildə ETPEİ-nin (indiki TPİ) dissertantı olmuş və “İbtidai siniflərdə
naturadan rəsmin tədrisi üzrə işin təşkili” mövzusunda dissertasiya müdafiə edərək
19 may 2009-cu il tarixdə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini
almışdır. 2010-cu ildən Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai və
məktəbəqədər təhsilin metodikası” kafedrasına təsviri incəsənət müəllimi keçmiş,
hal-hazırda “İbtidai və məktəbəqədər təhsilin metodikası” kafedrasında dosent
əvəzidir. Y.Q.Cəlilova institutda təsviri incəsənəti yüksək səviyyədə tədris edir,
tədris prosesində yeni pedaqoji yanaşmalardan istifadə edir. Onun 20-dən çox
müxtəlif pedaqoji fəaliyyətinə kömək edən sertifikatları var. Səmimidir,
qayğıkeşdir, diqqətlidir, nəzakətlidir. Özünü səriştəli, intizamlı, elmi cəhətdən
hazırlıqlı müəllim kimi göstərə bilmiş və bununla da tələbələrin hörmət və
rəğbətini qazanmışdır. Y.Q.Cəlilovanın 5 dərsliyi, 7 müəllim üçün metodik vəsaiti,
1 metodik tövsiyəsi, 7 məqaləsi dərc olunmuşdur.
Y.Q.Cəlilova pedaqoji işlə yanaşı, eyni zamanda rəssam kimi də fəaliyyət
göstərir və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O respublikamızda keçirilən
sərgilərin fəal iştirakçılarından biridir. 2001-ci ildə Azərbaycan Rəssamlar
İttifaqında fərdi sərgisi keçirilmişdir.
Ünsiyyətdə nəzakətli, institutun ictimai, mədəni həyatında həmişə fəal
iştirak edən Y.Q.Cəlilova işlədiyi müddət ərzində professor- müəllim heyətinin
dərin hörmətini qazana bilmişdir.
Xasiyyətnamə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali
Attestasiya Komissiyasına təqdim edilməsi üçün verilir.

Azərbaycan Müəllimlər
İnstitutunun Rektoru:

prof.A.H.Naxçıvanlı

More Related Content

What's hot (20)

Dede Qorqud icmal
Dede Qorqud icmalDede Qorqud icmal
Dede Qorqud icmal
 
Heydar aliyev
Heydar aliyevHeydar aliyev
Heydar aliyev
 
Heyder eliyev heyati
Heyder eliyev  heyatiHeyder eliyev  heyati
Heyder eliyev heyati
 
слайд мұқағали
слайд мұқағалислайд мұқағали
слайд мұқағали
 
History of turkey
History of turkeyHistory of turkey
History of turkey
 
prez.-1 FIZIKA.pptx
prez.-1 FIZIKA.pptxprez.-1 FIZIKA.pptx
prez.-1 FIZIKA.pptx
 
Si̇rac m
Si̇rac mSi̇rac m
Si̇rac m
 
Slaydlar
SlaydlarSlaydlar
Slaydlar
 
Sağlam həyat tərzi
Sağlam həyat tərziSağlam həyat tərzi
Sağlam həyat tərzi
 
Mothers are special
Mothers are specialMothers are special
Mothers are special
 
The tourism of Azerbaijan
The tourism of AzerbaijanThe tourism of Azerbaijan
The tourism of Azerbaijan
 
мухтар ауезов слайд 5
мухтар ауезов слайд 5мухтар ауезов слайд 5
мухтар ауезов слайд 5
 
To construct a_rhombus_of_a_given_area[1]
To construct a_rhombus_of_a_given_area[1]To construct a_rhombus_of_a_given_area[1]
To construct a_rhombus_of_a_given_area[1]
 
Сөйлем ішіне қойылатын тыныс белгілер
Сөйлем ішіне қойылатын тыныс белгілерСөйлем ішіне қойылатын тыныс белгілер
Сөйлем ішіне қойылатын тыныс белгілер
 
kurikulum
kurikulumkurikulum
kurikulum
 
Hovhannes tumanyan
Hovhannes tumanyanHovhannes tumanyan
Hovhannes tumanyan
 
Muəllim
MuəllimMuəllim
Muəllim
 
Toplananların yerdəyişmə xassəsi
Toplananların yerdəyişmə xassəsiToplananların yerdəyişmə xassəsi
Toplananların yerdəyişmə xassəsi
 
Turkey presentation II
Turkey presentation IITurkey presentation II
Turkey presentation II
 
Türk dilləri ailəsi
Türk dilləri ailəsiTürk dilləri ailəsi
Türk dilləri ailəsi
 

Xasiyyatnama vak

  • 1. XASİYYƏTNAMƏ Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai və məktəbəqədər təhsilin metodikası” kafedrasının dosent əvəzi , 1968-ci il təvəllüdlü, azərbaycanlı, YAP-nın üzvü Yeganə Qələndər qızı Cəlilovaya Yeganə Qələndər qızı Cəlilova orta təhsilini Sumqayıt şəhərində almış və 1984-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuşdur. 1988-ci ildə oranı bitirərək Sumqayıt şəhərində C.Cəbbarlı adına klubda rəssam işləmiş və 1989-cu ildə N.Tusi adına ADPU-nə “Rəsmxət, təsviri incəsənət və əmək” fakultəsinə daxil olmuşdur. 1994-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək pedaqoji fəaliyyətə başlamışdır. 1997-ci ildə ETPEİ-nin (indiki TPİ) dissertantı olmuş və “İbtidai siniflərdə naturadan rəsmin tədrisi üzrə işin təşkili” mövzusunda dissertasiya müdafiə edərək 19 may 2009-cu il tarixdə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2010-cu ildən Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai və məktəbəqədər təhsilin metodikası” kafedrasına təsviri incəsənət müəllimi keçmiş, hal-hazırda “İbtidai və məktəbəqədər təhsilin metodikası” kafedrasında dosent əvəzidir. Y.Q.Cəlilova institutda təsviri incəsənəti yüksək səviyyədə tədris edir, tədris prosesində yeni pedaqoji yanaşmalardan istifadə edir. Onun 20-dən çox müxtəlif pedaqoji fəaliyyətinə kömək edən sertifikatları var. Səmimidir, qayğıkeşdir, diqqətlidir, nəzakətlidir. Özünü səriştəli, intizamlı, elmi cəhətdən hazırlıqlı müəllim kimi göstərə bilmiş və bununla da tələbələrin hörmət və rəğbətini qazanmışdır. Y.Q.Cəlilovanın 5 dərsliyi, 7 müəllim üçün metodik vəsaiti, 1 metodik tövsiyəsi, 7 məqaləsi dərc olunmuşdur. Y.Q.Cəlilova pedaqoji işlə yanaşı, eyni zamanda rəssam kimi də fəaliyyət göstərir və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O respublikamızda keçirilən sərgilərin fəal iştirakçılarından biridir. 2001-ci ildə Azərbaycan Rəssamlar İttifaqında fərdi sərgisi keçirilmişdir. Ünsiyyətdə nəzakətli, institutun ictimai, mədəni həyatında həmişə fəal iştirak edən Y.Q.Cəlilova işlədiyi müddət ərzində professor- müəllim heyətinin dərin hörmətini qazana bilmişdir. Xasiyyətnamə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasına təqdim edilməsi üçün verilir. Azərbaycan Müəllimlər İnstitutunun Rektoru: prof.A.H.Naxçıvanlı