1. Məlumdur ki, ürək həm simpatik, həm
də parasimpatik innervasiya alır. Hər iki
sistemin normal fizioloji fəaliyyəti və
aralarında mövcud olan dinamik
qarşılıqlı əlaqə mexanizmi, ürəyin digər
parametrləri kimi, normal ritmik
fəaliyyətini də təmin edir. Adrenergik
sistemin oyanması ürək fəaliyyətinin
yüksəlməsi və periferiyaya qovulan
qanın miqdarının artması ilə müşahidə
olunur. Bu halda sinu-qulaqcıq və
qulaqcıq-mədəcik keçirici sistemlərində
impulsların ötürülmə sürəti artdığı,
avtomatizm yüksəldiyi üçün aritmiya
(taxiaritmiya) baş verə bilər.
2. Klinik müşahidələr göstərir ki,
aritmiyalar zamanı yüksək və dözümlü
farmakoterapevtik effekt, yalnız ürəyin
ritm pozğunluğuna səbəb olan əsas
faktorun aradan qaldırılması
istiqamətində aparılan müalicə zamanı
mümkün olur. Məsələn, emosional
gərginlik və ya zərərli adətlər (siqaret
çəkmə, spirtli içkilərin qəbulu və s.)
zamanı baş verə biləcək aritmiyalar
zamanı birinci halda sedativ maddələr
və trankvlizatorların təyini, ikinci halda
isə sadəcə olaraq bu adətlərdən
daşınma aritmiyaların aradan
qalxmasına səbəb ola bilər.
3. Antiaritmik təsir müxtəlif farmakoloji qruplardan
olan (məs. Efferent innervasiyaya təsir göstərən
maddələr, anestetiklər, qıcolmaəleyhinə
preparatlar, ion mübadiləsinin korrektorları və
s.) və tibbdə digər məqsədlərlə istifadə olunan
xeyli adda dərman maddələrində müəyyən
edilmişdir. Ürəyin ritm fəaliyyətini
normallaşdırmaq bu qruplardan olan bəzi
dərman preparatların əsas farmakoloji
xüsusiyyəti olduğuna görə, onları
«aritmiyaəleyhinə dərman maddələri» adı
altında birləşdirirlər.
4. Aritmiyaların müxtəlifliyi, bəzi aritmiya
tiplərinin elektrofizioloji xüsusiyyətlərinin biri-
birinin tamamiləəksinə olması, bu qrupdan
olan dərman maddələrinin istifadəsinə son
dərəcə ehtiyatlı yanaşması tələb edir. Nəzərə
almaq lazımdır ki, aritmiyanın bəzi tiplərində
effektiv olan bir dərman maddəsi aritmiyanın
digər tiplərini pisləşdirə və ya bir aritmiya
tipini aradan qaldırdığı halda digər aritmiya
tipi törədə bilər. Başqa sözlə desək,
antiaritmik dərman maddələri, həm də
aritmogen (proaritmik) təsir göstərə bilərlər;
yəni onların aritmiyalarda «təhlükəsizlik
diapazonu» qısadır. Odur ki, xüsusən, son
illərdə əksər alimlər bu preparatların, yalnız
həyat üçün təhlükə yarada bilən ağır
aritmiyalar zamanı istifadə olunmasını tövsiyə
edirlər.
5. Taxiaritmiyalar zamanı istifadə olunan
maddələr
I. Natrium kanallarının
blokatorları -
Ia.
Xinidin sulfat, Prokainamid,
Dizopiramod,
Aymalin
Ib.
Lidokain, Fenitoin,
Meksiletin,
Tokainid
Ic.Propaf
enon, Flekainid, Lorkainid,
Enkainid,
II. Kalium kanallarının
blokatorları - Amiodaron,
Bretilyum, Sotalol, Dofetilid
III.Kalsium kanallarının (L-
tipli) blokarorları -
Verapamil, Diltiazem
IV. β –adrenoblokatorlar -
Propranolol, Metoprolol,
Atenolol, Esmolol, Timolol,
Asebutolol
V. A. Taxiaritmiyalar zamanı
istifadə olunan digər
maddələr -
Va.
Ürək qlikozidləri Digitoksin,
Diqoksin, Selanid, Strofantin
K
Vb.
Kalium preparatları Kalium
xlorid, Panangin,
«Asparkam»
tableti
Vc.
Maqnezium preparatları
Maqnezium sulfat Vç. Purin
törəmələri Adenozin
7. Aritmiyaların farmokoloji korreksiyasında
preparatların seçilməsi, təkcə aritmiyaların
tipinə görə deyil, həm də müvafiq preparatların
fərdi farmokoloji xüsusiyyətləri nəzərə
alınmaqla aparılır. Taxiaritmiyaların
müalicəsində istifadə olunan birinci qrup
preparatların fərqli xüsusiyyətləri faza 0-da ürək
hüceyrələrinə Na+ ionlarının daxil olmasını
süstləşdirməklə, aksion potensialı amplitudasını
azaltmaqdır. Birinci qrupa daxil olan preparatlar
depolyarizasiyasında Na+-dan başqa, Ca2+
ionları da iştirak edən sinoatrial düyün və digər
anoloji hüceyrə toplularının avtomatizminə təsir
göstərmirlər. Onlar yalnız ürək əzələsində
meydana çıxan anormal avtomatizmi süstləşdirir
və ya onun generalizə olmasının qarşısını alırlar.
8. Ia yarımqrupundan olan preparatlar
Na+ kanallarının orta və yüksək
dərəcəli nlokatorlarıdır. Onlar bir çox
K+ kanllarını da blokada etməklə,
refrakter dövrü üzadırlar. Aksion
potensialının faza 0-nı orta dərəcədə
süstləşdirir, repolyarizasiyanı yavaşıdır
(QT-ni uzadır) və keçiriciliyi orta
dərəcədə ləngidirlər.
9. Ib yarımqrupundan olan preparatlar Na+
kanallarını zəif və orta dərəcədə blokada
edirlər. Onlar K+
kanallarını blokada etmədiklərindən refra
kter dövrü dəyişmir və ya qısaldırlar. Aksi
on potensialının faza 0-
a təsirləri zəifdir. Repolyarizasiyanı qısaldı
r, fibrilyasiyaya meyilliliyi artırır, işemik to
xumalardakı keçiriciliyi olduqca selektiv bi
r şəkildə süstləşdirdikləri halda,
normal toxumalardakı keçiriciliyə təsiri zə
ifdir
10. Ic yarımqrupundan olan
preparatlar Na+ kanllarını güclü blokada
edirlər. Onlar bayıra
(hüceyrə xaricinə) yönələn K+ kanllarını
da blokada etdiyindən,
refrakter dövrü üzadırlar. Aksion potensi
alının faza 0-
na süstləşdirici təsirləri güclüdür, aksion
potensialının müddətinə və repolyarizasi
yaya təsirləri zəifdir. Atrioventrikulyar lifl
ərdə və mədəcikdə keçiriciliyi süstləşdirir
lər.
11. Birinci qrupdan olan antiaritmik maddələrin klassik
nümayəndəsi xinidin preparatıdır. O,
malyariyaəleyhinə istifadə olunan xininin dekstro
izomeridir və kinə ağacının qabığından alınan
alkoloiddir. Xinidin mədə-bağırsaq traktından
sürətlə sorulur. Daxilə təyin edildikdə 1-2 saat
sonra qan plazmasından maksimal qatılıqda
toplanır və təsir effekti 6-8 saat davam edir. 80-
90%-i qan plazmasında albumin və α1 qlikoprotein
turşusu ilə birləşir. Qəbul olunan dozanın təqribən
20%-i orqanizmdən dəyişilməmiş şəkildə böyrəklər
vasitəsilə xaric olur. Sidiyin turşulaşdırılması xidinin
sidiklə ifrazını sürətləndirir, sidiyin
qələviləşdirilməsi isə onun ifrazını azalda və təsirini
artıra bilər.
12. Prokainamidin ürəkdəki hüceyrələrdə törətdiyi
elektrofizioloji dəyişikliklər demək olar ki,
xinidinin törətdiyi dəyişikliklər ilə eynidir.
Xinidinlə müqayisədə miokardin yığılma
aktivliyini daha zəif süstləşdirir. Yüksək dozada
atrioventriktulyar blok törədə bilir. Molekulunda
efir rabitəsi olmadığına görə plazma
psevdoxolinesterazasına qarşı dözümlüdür və
plazmada hidroliz prosesinə məruz qalmır.
Qaraciyərdə asetilləşmə yolu ilə metobolizmə
uğrayır. Bu halda əmələ gələn metabolit N-
asetilprokainamidin də antiaritmik təsiri vardır.
Preparatın qəbul olunan dozasının 60%-i
orqanizmdən dəyişilməmiş halda sidiklə xaric
olur
13. Ib yarımqrupundan olan preparatlardan, əsasən,
ventrikulyar taxiaritmiyaların müalicəsində
istifadə olunur. Bu mənşəli, lakin sürəkli
olmayan taxiaritmiyaların 50%-ni aradan
qaldırır. Sürəkli mədəcik taxiardiyaları və
mədəciklərin fibrilyasiyası zamanı təsirləri
zəifdir. Bu qrupdan olan lidokain preparatı tibbi
praktikaya lokal anestetik kimi tövsiyə olunmuş,
sonralar isə ondan antiaritmatik dərman
maddəsi kimi də istifadə olunmağa başlanmışdır.
Qulaqcıq mənşəli aritmiyalara təsir göstərmir.
Lidokainin miokard hüceyrələrində
avtomatizmilə əlaqəli törətdiyi əsas
elektrofizioloji effekt spontan diastolik
depolyarizasiyanın sürətini azaltmasıdır.
14. Fenitoin tibbi praktikaya böyük epileptik
tutmaların müalicəsində istifadə olunmaq üçün
tövsiyə edilmişdir.. Sonralar mədəcik mənşəli
aritmiyaları aradan qaldırdığı müəyyən
edilmişdir və ondan antiaritmik dərman
maddəsi kimi də istifadə olunmağa başlamışdır.
Hazırda fenitoindən, əsasən, ürək qlikozidlərilə
zəhərlənmələrdə (digital zəhərlənmələr) istifadə
olunur.
15. Meksiletin kimyəvi quruluşu və törətdiyi
elektrofizioloji effektlərə görə lidokainə oxşayır.
Ondan fərqli olaraq daxilə də təyin oluna bilir.
Mədəciklərdə avtomatizmi süstləşdirir. Qulaqcıq
və atrioventrikulyar düyün sistemlərinə güclü
depresiyaedici təsir göstərmir. Mədəcik mənşəli
taxiaritmiyalar, xüsusən, kəskin miokard infraktı
zamanı meydana şıxan aritmiyaların
müalicəsində istifadə olunur. Daxulə (8 saatdan
bir 200-300 mq dozada) və parenteral (v/d) yolla
təyin olunur. Mədə-bağırsaq traktında yaxşı
sorulur. İnaktivasiyaya qaraciyərdə məruz qalır.
Əlavə effektləri lidokainin əlavə effektlərinə
bənzəyir.
16. Ic yarımqrupundan olan preparatları təyini
sürəkli gedişə malik olmayan (nonsustained)
mədəcik aritmiyaların təqribən 75% aradan
qaldırır. Sürəkli mədəcik taxiardiyaları və
fibrilyasiyaası zamanı ancaq 25% hallarda
effekt törədə blir. Bu yarımqrupdan olan
preparatlar, əsasən, Purkinye lifləri və
mədəcik miokardı hüceyrələrinin
depolyarizasiya (faza 0) sürətini azaldır və
impulsların ötürülmə sürətini aşağı salırlar.
Atrioventrikulyar keçiricilik süstləşir. Onların
repolyarizasiyaya təsiri zəifdir.
17. Bu yarımqrupdan olan flekainid, enkainid və
lorkainid preparatları supraventrikulyar və
ventrikulyar taxiaritmiyaları güclü bir şəkildə
aradan qaldırır. Mənfi inotrop effekt törədə
bilirlər. Bu bu preparatlardan hazırda
flekainiddən istifadə olunmaqdadır. Farmakoloji
xüsusiyyətləri və istifadə olunduğu aritmiyalar
baxımından lidokainə oxşayır. Bəzi xəstələrdə
«torsades de pointes» tipli təhlükəli mədəcik
taxikardiyası törədə bilərş mədəcik mənşəli
aritmiyalarda gündə 2 dəfə, ağızdan 100-200 mq
dozalarda, supraventrikulyar aritmiyalarda isə
gündə 2 dəfə 50-150 mq dozalarda verilir. Ağır
hallarda EKQ-yə nəzarət etməklə yavaş sürətdə
venadaxili inyeksiya və ya infuziya oluna bilər.
18. Kalium kanalı blokatorları qrupundan olan antiaritmik
maddələrə (amiodaron, sotalol, dofetilid və bretilyum)
xas olan əsas xüsusiyyət optimal terapevtik dozalarda
faza 0-ın sürətinə, amplituda və istirahət membran
potensialına toxumadan, sürətli hüceyrələrdə aksion
potensialının davam etmə sürətini və effektiv refrakter
dövrü uzatmalarıdır. Hər iki proses, əsasən,
repolyarizasiya fazasının (faza3) süstləşməsindən irəli
gəlir. Bu sıradan olan maddələr birinci qrupdan olan
preparatlardan fərqli olaraq natrium kanllarına
toxunmurlar. Odur ki, impulsların ötürülməsini pozmur
və QRS intervalını çox az uzadırlar. Bu qrupdan olan
maddələrin proaritmik effektləri vardır. Onlar
repolyarizasiya müddətini uzatmaqla «torsades de
pointes» tipli təhlükəli polimorf mədəcik aritmiyasının
baş vermə riskini atrırılar
19. Taxiaritmiyaların müalicəsində xüsusi yeri olan dərman
maddələri qrupundan biri də β –adrenoblokatorlardır.
Onların antiaritmik təsiri simpatoadrenal sistemin ürəyə
göstərdiyi təsiri süstləşdirmələrilə izah olunur. Başqa
sözlə desək, onlar müvafiq lokalizasiyalı
adrenoreseptorları blokada etməklə, adrenergik sinir
liflərinin ucundan ifraz olunan qpinefrinin ürəyə
göstərdiyi stimuləedici təsirin qarşısını almaqla
taxiaritmiyaları aradan qaldırırlar. β- adrenoblokatorlar
içərisində antiaritmik maddə kimi ən çox istifadə olunan
propranolol preparatıdır. Dərman maddəsi olaraq raemat
formasından istifadə olunur. O, A-V düyündə
simpatoadrenal tonusu süstləşdirir və refrakter dövrü
xeyli dərəcədə uzadır. Antiaritmik maddə kimi 6 saatdan
bir 10-80 mq dozalarda daxilə təyin olunurş ağır hallarda
1mq/dəqiqə sürətilə v/d (1-5 mq dozada) təyin olunur.
20. Bradiartimiyaların müalicəsinə, əsasən,
Mxolinoblokatorlar (atropin sulfat) və β-
adrenomimetiklər (izoproterenol) qrupunun
nümayəndələrindən istifadə olunur. Atropin
parasimpatik sistemin blokatorudur. Ondan,
əsasən, sinus bradikardiyası və sinoartiral blok
zamanı, eləcə də A-V blokların müalicəsində
istifadə olunur. Preparatın digər istifadə olunduğu
sahə ürək qlikozidlərilə zəhərlənmələr zamanı
müydana çıxan ağır bradikardiyalardır. Venadaxili
və ya dəri altına 0,6 mq dozada inyeksiya olunur.
Təsir müddəti 3-4 saatdır. Ağır olmayan hallarda 1
mq dozada daxilə per oral yolla da təyin oluna
bilər.