1. 18 – 28 sentyabr tarixləri arasında AMSED təşkilatının Strasburqun Roshaym vilayətində keçirdiyi
miqrantlara və milli azlıqlara qarşı diskrminasiya ilə mübarizə proqramı üzrə təlim seminarı keçirildi. 12
ölkənin qatıldığı tədbirdə Qafqaz ölkəsi olaraq Azərbaycan AGAT təşkilatının 4 üzvü ilə təmsil olundu.
Tədbirdə rəsmi hissə ilə yanaşı gənclərin əyləncə xarakterli fəaliyyətlərinə yer verilmişdi.
Tədbirin 2-ci günü iştirakçı ölkələrin mədəniyyət gecələri keçirildi. Müxtəlif xalqların mədəniyyətləri ilə
tanış olmaq Azərbaycan gənclərinin digər ölklələrlə mədəni əlaqələrinin inkişafı üçün mühüm rol
oynayır.
Avropa ölkələri ilə yanaşı bəzi afrika ölkələri də fəal gəncləri ilə təmsil olunurdular. Tədbir
müxtəlif milliyyətli və müxtəlif dilli iştirakçılardan ibarət olsa da, hər kəsin danışa biləcəyi iki dildən
istifadə olunurdu. Müxtəlif ölkələrdən olan gənclər qrup çalışmalarında ingilis və fransız dillərindən
istifadə edərək öz fikirlərini ifadə etməkdə çətinlik çəkmirdilər.
Tədbir diskriminasiya ilə mübarizə mövzusunda olmağına baxmayaraq gənclərin layihə təklifi və
layihə idarə olunması ilə bağlı biliklərinin artırılması istiqamətində çalışmalara da xüsusi yer verilirdi.
Tədbirin keçirildiyi müddətdə dəvət olunmuş qonaqlar iştirakçılara miqrantlar və milli azlıqlar barədə
ətraflı və əhəmiyyətli məlumatlar verirdilər. Bu da Avropada miqrantların və milli azlıqların real vəziyyəti
ilə yaxından tanış olmaq üçün və bu mövzuda layihə təklifi irəli sürmək üçün iştirakçılara yardımçı oldu.
Tədbirin sonunda müxtəlif ölkələrin təmsilçiləri qrup şəklində birləşərək layihə təklifləri irəli
sürdülər. AMSED təşkilatı iştirakçıları bu layihələrin həyata keçirilməsi ilə bağlı imkanlar və dəstəklərlə
tanış etdi. Bu layihələrdən bir neçəsinin növbəti il ərzində həyata keçirilməsi nəzərdə tutulur.