Inf opack ye from the bin to the gallery (11-2-2014)
Learning outcomes of the training course azerbaijan
1. Learning Outcomes of the training course
Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiyasının (AGAT) üzvü olaraq
mən Qismət Babayev həmkarlarım Nisə Hacıyeva və Elnur Tağızadə ilə birlikdə
4-14 may 2012 tarixində Ukraynanın Lvov şəhərində AMSED Fransa şəbəkəsinin
“Youth in Action” Proqramı çərçivəsində məcburi miqrasiya, cinsi istismar
məqsədi ilə insan alveri mövzusunda “Knowing, Understanding, Acting” adı
altında təşkil etdiyi training kursunda iştirak etdik.
Layihəyə 11 ölkə (Azərbaycan, Tükiyə, Ukrayna, Rumıniya, Moldova,
İtaliya, Fransa, İsveç, Yunanıstan, Əlcəzair və Mərakeş) cəlb olunmuşdur. Hər bir
ölkə 3 nümayəndə ilə təmsil edilirdi.
Layihə interaktiv və kreativ fəaliyyətlərdən komanda şəkilli müzakirə və
işlərdən, mövzu ətrafında müxtəlif yönlü təqdimatlardan (presentations), gənc
qadınların cinsi istismarına qarşı mübarizə aparan yerli ( Ukrayna), assosiasiyalarla
(Caritos Ukraine, Foundation Salus, Network COANET) dəyirmi masalardan,
Strazburqda yaşayan Burundi qaçqını Kabura Villi Brodun qaçqınlıq və insan
alveri bərasində statistika və qanunvericilik barədə mühazirələrindən,
mədəniyyətlər arası mübadilədən (İntercultural night), təşkilatların təqdimatından,
layihə iştirakçılarının öz ölkəsində qaçqınların problemləri ilə məşğul olan və insan
alveri ilə mübarizə mövzusunda təcrübələrinin təqdimatlarından ibarət oldu.
Proqramın sonunda iştirakçılar layihələr təklif etdi. Və “Youth in Action”
Proqramının ərizə formasını (application form) doldurdular. Layihəni işləmək çox
çətin olmadı. Belə ki, proqram gedişatında təşkilatçılar (Djilali və Myriam) layihə
yazmağın metodlarını, yollarını bizim üçün lazım olan bütün materialları, hansı
mərhələdə necə addım atmağın uğurlu ola biləcəyini izah etdilər. Bu üsullardan
istifadə etməklə öz potensiyalımızı və yaradıcı qabliyyətimizi qarşıya qoyub çox
maraqlı layihələr təklif etdik.
Öyrəndiklərimizə gəlincə Avropa, Aralıq dənizi və Qafqaz ölkələrində
qaçqınlıq və cinsi istismar məqsədli insan alverinin vəziyyəti barədə açıq və gizli
faktları, onlarla mübarizə aparmaq yollarını, gözlənilməz problemlərin peyda
olduğu halda necə hərəkət etməli olduğumuzu, hətta güc strukturlarının problemlə
mübarizə apararkən bizə təzyiq etdikləri və problemi “əməkdaş” olaraq
dərinləşdirdikləri təqdirdə hansı üsullara əl atacağımızı, habelə sözü gedən
ölkələrin viza rejimlərinin detallarını ( layihələr zamanı ölkələrə səfər edərkən
gözlənilməz situasiyalara düşməmək üçün) öyrəndik. Ən sonda deyə bilərəm ki, bu
proqramın sonunda ölkəmizə döndükdən sonra burda təklif elədiyimiz layihələri
həyata keçirməyi düşünürük. Və əminik ki, layihələrin ve yeni ideyalərın
köməkliyi ilə dünyada, xüsusi ilə Azərbaycanda mövcud olan insan alveri və
məcburi miqrasiya probleminin qarşısının alınmasında böyük sosial mənəvi
addımlar atacağıq. Bu proqrama və proqramın təşkilatçılarına öz təşəkkürümüzü
bildiririk...
Qismət Babayev, Nisə Hacıyeva, Elnur Tağızadə - AGAT, Azərbaycan