SlideShare une entreprise Scribd logo
1  sur  9
Ailə – qadın və kişinin qarşılıqlı meylli və istəyi ilə qurulan könüllü ittifaqdır.
Onların arasında formalaşan münasibətləri, insanın insana təbii münasibəti
kimi də qiymətləndirmək olar.Cəmiyyətin əsas özəyi olmaqla, ailə orada olan
bütün dəyişikliklərə öz münasibətini bildirir. Müasir dünyada ailənin üç
müxtəlif növü (tərkibi) daha geniş yayılmışdır:
1. Ər və arvad cütlüyü – övlad və övladsız (nuklear ailə)
2. Valideynlərdən biri övladları ilə (natamam nuklear ailə)
3. Ər və arvad cütlüyü övlad və ya övladsız, ər və arvad valideynləri və başqa
qohumları ilə (mürəkkəb ailə).
Nuklear ailə – iki əks cinsə mənsub yaşlı üzvü və onların himayəsində olan
uşaqları ilə təmsil
edilmiş ailədir. Bir çox sosioloqlar (xüsusilə funksionalistlər) belə ailə
formasını əsas, ailənin universal növü kimi qeyd edirlər (ailə şəklində yaşayan
insan qruplarının tərkibi). Bundan əlavə, funksionistlər, xüsusilə də T.Parsons
hesab edir ki, nuklear ailə sənaye cəmiyyətində üstünlük təşkil edən daha
müvafiq, yəni ictimai tələblərə daha çox cavab verən ailə kimi nuklear ailə
genişləndirmiş ailəni əvəz etmişdir. Yəni genişləndirilmiş ailədə baza nuklear
struktur ya şaquli (məsələn valideynlər, uşaqlar vəvalideynlərin valideynləri
daxil olmaqla) və yaxud da üfüqi (iki və ya daha artıq qardaşlar öz arvadları və
uşaqları ilə birlikdə yaşayırlar) olaraq tamamlanır və ya genişləndirilir.
Sosial institut kimi ailənin cəmiyyətdə tarixi dəyişmələri müxtəlif templərlə baş
verirdi. Onun inkişafında həm tədricən, həm də sərt dəyişən dövrlərinə rast
gəlmək olur. Ailə tədqiqatlarının çətinliyi ondadır ki, müxtəlif cəmiyyətlərdə o,
siyasət, din, hüquq kimi müxtəlif institutların çox böyük təsiri altındadır.
Ailənin fuksiyaları:
Reproduktiv funksiya həm ailədə uşağın anadan olması ilə ifadə olunur, əlavə
olaraq, böyüklərin
üzərinə uşağın düzgün böyüməsi ilə bağlı, nigah və ailənin strukturunu
tənzimləyən qaydalara riayət olunması məsuliyyəti qoyulur. Bununla uşağın və
ümumiyyətlə cəmiyyətin sağ qalmasına təminat verilir. Uşağa qayğı, onları
tərbiyə etmək – hər iki valideynin həm hüququ, həm də borcudur.
Tərbiyəvi funksiya xüsusi əhəmiyyətli hesab edilir, burada cəmiyyətin
mədəniyyəti bir nəsildən
digərinə keçirilməsində müvafiq cəmiyyətin üzvü olan uşağın davranışını təmin
edən proses nəzərdətutulur.
İqtisadi funksiya kimi ailədə aparılan işlər nəzərdə tutulur. Bir çox sosioloqlar
hesab edir ki, sənaye cəmiyyətində iqtisadi funksiya bir o qədər istehsala deyil,
daha çoz istehlaka çıxarır; yəni birbaşa malları hazırlamaqla deyil, malları satın
almaqla və onların istifadəsi ilə məşğul olan ailələr.
Tədqiqatçıları nigah münasibətlərinin dörd
növünün: 1) qrup nigahının;
2) poliqamiyanın (bir kişi və bir neçə qadın);
3) poliandriyanın (bir qadın və bir neçə kişi);
4) monoqamiyanın (bir kişi və bir qadın) iki
formatda: ömürlük və boşanmanı mümkün
hesab edən
mövcudluğunu qeyd edirlər.
Hal-hazırda poliandriya, demək olar ki, artıq
itmişdir; qrup şəklində nigah yalnız bir neçə
qəbilədəqalmışdır, poliqamiya çox azalsa da,
lakin o milyonlarla islama sitayiş edənlərdə və
minlərlə mormon sektalarında qalmışdır,
monoqamiya isə genişlənmişdir.
Ailəni möhkəmləndirən üç dəyər hüququ sistemin
simvoludur: bu qanun, ədalət və hüquq
dəyərləridir. Azərbaycanda ailə-nigah hüquqları
ailə və nigah haqqında Məcəllədə öz əksini
tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının
Konstitusiyasında qoyulmuş qaydalara əsasən
nigahıtənzimləyir. Azərbaycanın Əsas Qanununun
34-cü maddəsinə uyğun olaraq «nigah qarşılıqlı
razılıq əsasında bağlanır», «nigah dövlətin
himayəsi altındadır», «ər və arvadın hüquqları
bərabərdir».Ailə insan yarandığı gündən meydana
gəlmiş və məlum insan nəsli həmin birliyin
nəticəsidir.Cəmiyyətin davamı, insanların sağlam
mühitdə yaşaması üçün ailə həyatının davamı
zəruridir.
Ailə həyatı içində bəzən insanlar bir sıra problemlər ilə rastlaşa bilər.
Ailənin dəstək prosesinə qoşulması müsbət və davamlı dəyişiklərin baş
verməsi üçün çox vacibdir. Ailələrə müdaxilə prosesinin mərhələləri
aşağıdakilardır:
•Tanışma / Qarşılıqlı anlaşmanın qurulması
•İlkin qiymətləndirmə /İnformasiyanın yığılması
Problemin ailə üzvləri və ya valideyn tərəfindən qısa izahı, ailədəki uşaqlar
barədə məlumat, ailənin tərkibi haqqında məlumat
•Problemin müəyyələşdirilməsi
•İlkin müdaxilə
•Alternativlərin axtarıması
•Son Qiymətləndirmə
•Monitorinq
Ailə üçün etibarlı insana çevrilmək üçün aşağıdakiları etmək olar:
1)Səliqəli görünməli
2) Özünü, təmsil etdiyi qurumu və işin məqsədini təqdim etməli
3)Mənalı və mövzuya uyğun danışmalı
Ailə vərəsəlik tipinə görə( Patrenial, Matrenial,
Bilirelinial),Yaşayış yerinə görə(Patrilokal, Matrilokal, Unilokal,
Qeyri-Lokal), Hakimiyyət bölgüsünə görə(Patriarxal,
Matriarxal,Eqalita, Partnyor,Avtonom) fərqlənir. Ailə
modelləri dedikdə: Ənənəvi Ailə Modeli və Modernizm
modelini misal çekmək olar.Ənənəvi ailə modelində qohumluq
dəyərləri təşkil edir. Modernist model ev-işin ayırd edilməsi ilə
əlaqədardır.Əvvəllər kişi və qadından ibarət ailə tipləri var idi.
Və bu ailə tipinə bütün dünyadan fərqli Azərbaycanda daha
çox rast gəlinirdi. Amma indi tək qadın və tək kişidən, yaxud
qadın və uşaq, kişi və uşaqdan ibarət ailə tipi ilə rastlaşırıq.
Yaxud vətəndaş nikahı ilə evlənmiş insanlardan ibarət ailə
tipləri var.Bəs müasir ailə modeli necə olmalıdır?Normal
qəbul edib-etməməyimizdən asılı olmayaraq bu gün ailə
modelində aşınmalar baş verir. Bunun qarşısını almaq üçün
tarixdə və yaxın keçmişimizdə ən yaxşı ailə ənənələrimizi
dirçəltməli, möhkəmləndirməliyik. Əvvəllər çox uşaqlı, 5-10
uşaqlı ailə modelləri daha çox idi. Üstəlik, də əvvəllər ailələr
yaxın qohumların əhatəsində olurdular.Amma indi bunların
çoxu yoxdu.Digər tərəfdən, demək olmaz ki, klassik
Azərbaycan ailəsinin bütün dəyərləri idealdır
Hər ailənin psixoloqu olmalıdır
Bildiyinizə görə, bizdə ailəyə elmi yanaşma çox
zəifdir, dünyanın hər yerində ailə psixoloqları
deyilən böyük bir mütəxəssislər ordusundan
ibarət sistem var. ABŞ, Rusiya və digər ölkələri
nümunə göstərmək olar. Bu ölkələrdə məktəb
psixoloqundan tutmuş ailə psixoloquna qədər
var. Əlbəttə ki, ailə modelinin möhkəmliyində
bunlar böyük rol oynayır.Əslində problemlər
olanda psixoloq və psixoanalitikə müraciət
etmək lazımdır. Onlar ailənin qorunması ilə
bağlı müəyyən bilgilər verə bilərlər.
Ailə

Contenu connexe

Tendances

İki çevrənin qarşılıqlı vəziyyəti
İki çevrənin  qarşılıqlı vəziyyətiİki çevrənin  qarşılıqlı vəziyyəti
İki çevrənin qarşılıqlı vəziyyəti
mimio_azerbaijan
 
Vurma və bölmə vərdişləri
Vurma və bölmə vərdişləriVurma və bölmə vərdişləri
Vurma və bölmə vərdişləri
mimio_azerbaijan
 
гоо зүйн үндсэн категори
гоо зүйн үндсэн категоригоо зүйн үндсэн категори
гоо зүйн үндсэн категори
Suvdka
 
20 dairəsində toplama və çıxma
20 dairəsində toplama və çıxma20 dairəsində toplama və çıxma
20 dairəsində toplama və çıxma
mimio_azerbaijan
 
Onluq kəsrlər üzərində əməllər
Onluq kəsrlər üzərində əməllərOnluq kəsrlər üzərində əməllər
Onluq kəsrlər üzərində əməllər
mimio_azerbaijan
 
амьтны эсийн бүтэц
амьтны эсийн бүтэцамьтны эсийн бүтэц
амьтны эсийн бүтэц
byamba-1
 

Tendances (20)

"Малчин" эмхэтгэл Цуврал - 2: "Малын халдваргүй өвчин"
"Малчин" эмхэтгэл Цуврал - 2: "Малын халдваргүй өвчин""Малчин" эмхэтгэл Цуврал - 2: "Малын халдваргүй өвчин"
"Малчин" эмхэтгэл Цуврал - 2: "Малын халдваргүй өвчин"
 
Az.dili
Az.diliAz.dili
Az.dili
 
Coiol
CoiolCoiol
Coiol
 
Lects8
Lects8Lects8
Lects8
 
İki çevrənin qarşılıqlı vəziyyəti
İki çevrənin  qarşılıqlı vəziyyətiİki çevrənin  qarşılıqlı vəziyyəti
İki çevrənin qarşılıqlı vəziyyəti
 
Fəza fiqurları
Fəza fiqurlarıFəza fiqurları
Fəza fiqurları
 
Vurma və bölmə vərdişləri
Vurma və bölmə vərdişləriVurma və bölmə vərdişləri
Vurma və bölmə vərdişləri
 
гоо зүйн үндсэн категори
гоо зүйн үндсэн категоригоо зүйн үндсэн категори
гоо зүйн үндсэн категори
 
Kategori saihan
Kategori saihanKategori saihan
Kategori saihan
 
FS2
FS2FS2
FS2
 
20 dairəsində toplama və çıxma
20 dairəsində toplama və çıxma20 dairəsində toplama və çıxma
20 dairəsində toplama və çıxma
 
goo-zui-2.pptx
goo-zui-2.pptxgoo-zui-2.pptx
goo-zui-2.pptx
 
SS102 Монголын түүх хичээлд зориулав
SS102  Монголын түүх хичээлд зориулавSS102  Монголын түүх хичээлд зориулав
SS102 Монголын түүх хичээлд зориулав
 
Сүргийн бүтэц
Сүргийн бүтэцСүргийн бүтэц
Сүргийн бүтэц
 
Onluq kəsrlər üzərində əməllər
Onluq kəsrlər üzərində əməllərOnluq kəsrlər üzərində əməllər
Onluq kəsrlər üzərində əməllər
 
Magadlal
MagadlalMagadlal
Magadlal
 
Say sistemi
Say sistemiSay sistemi
Say sistemi
 
Жан Жак Руссо Нийгмийн гэрээ
Жан Жак Руссо Нийгмийн гэрээ Жан Жак Руссо Нийгмийн гэрээ
Жан Жак Руссо Нийгмийн гэрээ
 
Saglamliq1
Saglamliq1Saglamliq1
Saglamliq1
 
амьтны эсийн бүтэц
амьтны эсийн бүтэцамьтны эсийн бүтэц
амьтны эсийн бүтэц
 

Ailə

  • 1.
  • 2. Ailə – qadın və kişinin qarşılıqlı meylli və istəyi ilə qurulan könüllü ittifaqdır. Onların arasında formalaşan münasibətləri, insanın insana təbii münasibəti kimi də qiymətləndirmək olar.Cəmiyyətin əsas özəyi olmaqla, ailə orada olan bütün dəyişikliklərə öz münasibətini bildirir. Müasir dünyada ailənin üç müxtəlif növü (tərkibi) daha geniş yayılmışdır: 1. Ər və arvad cütlüyü – övlad və övladsız (nuklear ailə) 2. Valideynlərdən biri övladları ilə (natamam nuklear ailə) 3. Ər və arvad cütlüyü övlad və ya övladsız, ər və arvad valideynləri və başqa qohumları ilə (mürəkkəb ailə). Nuklear ailə – iki əks cinsə mənsub yaşlı üzvü və onların himayəsində olan uşaqları ilə təmsil edilmiş ailədir. Bir çox sosioloqlar (xüsusilə funksionalistlər) belə ailə formasını əsas, ailənin universal növü kimi qeyd edirlər (ailə şəklində yaşayan insan qruplarının tərkibi). Bundan əlavə, funksionistlər, xüsusilə də T.Parsons hesab edir ki, nuklear ailə sənaye cəmiyyətində üstünlük təşkil edən daha müvafiq, yəni ictimai tələblərə daha çox cavab verən ailə kimi nuklear ailə genişləndirmiş ailəni əvəz etmişdir. Yəni genişləndirilmiş ailədə baza nuklear struktur ya şaquli (məsələn valideynlər, uşaqlar vəvalideynlərin valideynləri daxil olmaqla) və yaxud da üfüqi (iki və ya daha artıq qardaşlar öz arvadları və uşaqları ilə birlikdə yaşayırlar) olaraq tamamlanır və ya genişləndirilir.
  • 3. Sosial institut kimi ailənin cəmiyyətdə tarixi dəyişmələri müxtəlif templərlə baş verirdi. Onun inkişafında həm tədricən, həm də sərt dəyişən dövrlərinə rast gəlmək olur. Ailə tədqiqatlarının çətinliyi ondadır ki, müxtəlif cəmiyyətlərdə o, siyasət, din, hüquq kimi müxtəlif institutların çox böyük təsiri altındadır. Ailənin fuksiyaları: Reproduktiv funksiya həm ailədə uşağın anadan olması ilə ifadə olunur, əlavə olaraq, böyüklərin üzərinə uşağın düzgün böyüməsi ilə bağlı, nigah və ailənin strukturunu tənzimləyən qaydalara riayət olunması məsuliyyəti qoyulur. Bununla uşağın və ümumiyyətlə cəmiyyətin sağ qalmasına təminat verilir. Uşağa qayğı, onları tərbiyə etmək – hər iki valideynin həm hüququ, həm də borcudur. Tərbiyəvi funksiya xüsusi əhəmiyyətli hesab edilir, burada cəmiyyətin mədəniyyəti bir nəsildən digərinə keçirilməsində müvafiq cəmiyyətin üzvü olan uşağın davranışını təmin edən proses nəzərdətutulur. İqtisadi funksiya kimi ailədə aparılan işlər nəzərdə tutulur. Bir çox sosioloqlar hesab edir ki, sənaye cəmiyyətində iqtisadi funksiya bir o qədər istehsala deyil, daha çoz istehlaka çıxarır; yəni birbaşa malları hazırlamaqla deyil, malları satın almaqla və onların istifadəsi ilə məşğul olan ailələr.
  • 4. Tədqiqatçıları nigah münasibətlərinin dörd növünün: 1) qrup nigahının; 2) poliqamiyanın (bir kişi və bir neçə qadın); 3) poliandriyanın (bir qadın və bir neçə kişi); 4) monoqamiyanın (bir kişi və bir qadın) iki formatda: ömürlük və boşanmanı mümkün hesab edən mövcudluğunu qeyd edirlər. Hal-hazırda poliandriya, demək olar ki, artıq itmişdir; qrup şəklində nigah yalnız bir neçə qəbilədəqalmışdır, poliqamiya çox azalsa da, lakin o milyonlarla islama sitayiş edənlərdə və minlərlə mormon sektalarında qalmışdır, monoqamiya isə genişlənmişdir.
  • 5. Ailəni möhkəmləndirən üç dəyər hüququ sistemin simvoludur: bu qanun, ədalət və hüquq dəyərləridir. Azərbaycanda ailə-nigah hüquqları ailə və nigah haqqında Məcəllədə öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nigahıtənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq «nigah qarşılıqlı razılıq əsasında bağlanır», «nigah dövlətin himayəsi altındadır», «ər və arvadın hüquqları bərabərdir».Ailə insan yarandığı gündən meydana gəlmiş və məlum insan nəsli həmin birliyin nəticəsidir.Cəmiyyətin davamı, insanların sağlam mühitdə yaşaması üçün ailə həyatının davamı zəruridir.
  • 6. Ailə həyatı içində bəzən insanlar bir sıra problemlər ilə rastlaşa bilər. Ailənin dəstək prosesinə qoşulması müsbət və davamlı dəyişiklərin baş verməsi üçün çox vacibdir. Ailələrə müdaxilə prosesinin mərhələləri aşağıdakilardır: •Tanışma / Qarşılıqlı anlaşmanın qurulması •İlkin qiymətləndirmə /İnformasiyanın yığılması Problemin ailə üzvləri və ya valideyn tərəfindən qısa izahı, ailədəki uşaqlar barədə məlumat, ailənin tərkibi haqqında məlumat •Problemin müəyyələşdirilməsi •İlkin müdaxilə •Alternativlərin axtarıması •Son Qiymətləndirmə •Monitorinq Ailə üçün etibarlı insana çevrilmək üçün aşağıdakiları etmək olar: 1)Səliqəli görünməli 2) Özünü, təmsil etdiyi qurumu və işin məqsədini təqdim etməli 3)Mənalı və mövzuya uyğun danışmalı
  • 7. Ailə vərəsəlik tipinə görə( Patrenial, Matrenial, Bilirelinial),Yaşayış yerinə görə(Patrilokal, Matrilokal, Unilokal, Qeyri-Lokal), Hakimiyyət bölgüsünə görə(Patriarxal, Matriarxal,Eqalita, Partnyor,Avtonom) fərqlənir. Ailə modelləri dedikdə: Ənənəvi Ailə Modeli və Modernizm modelini misal çekmək olar.Ənənəvi ailə modelində qohumluq dəyərləri təşkil edir. Modernist model ev-işin ayırd edilməsi ilə əlaqədardır.Əvvəllər kişi və qadından ibarət ailə tipləri var idi. Və bu ailə tipinə bütün dünyadan fərqli Azərbaycanda daha çox rast gəlinirdi. Amma indi tək qadın və tək kişidən, yaxud qadın və uşaq, kişi və uşaqdan ibarət ailə tipi ilə rastlaşırıq. Yaxud vətəndaş nikahı ilə evlənmiş insanlardan ibarət ailə tipləri var.Bəs müasir ailə modeli necə olmalıdır?Normal qəbul edib-etməməyimizdən asılı olmayaraq bu gün ailə modelində aşınmalar baş verir. Bunun qarşısını almaq üçün tarixdə və yaxın keçmişimizdə ən yaxşı ailə ənənələrimizi dirçəltməli, möhkəmləndirməliyik. Əvvəllər çox uşaqlı, 5-10 uşaqlı ailə modelləri daha çox idi. Üstəlik, də əvvəllər ailələr yaxın qohumların əhatəsində olurdular.Amma indi bunların çoxu yoxdu.Digər tərəfdən, demək olmaz ki, klassik Azərbaycan ailəsinin bütün dəyərləri idealdır
  • 8. Hər ailənin psixoloqu olmalıdır Bildiyinizə görə, bizdə ailəyə elmi yanaşma çox zəifdir, dünyanın hər yerində ailə psixoloqları deyilən böyük bir mütəxəssislər ordusundan ibarət sistem var. ABŞ, Rusiya və digər ölkələri nümunə göstərmək olar. Bu ölkələrdə məktəb psixoloqundan tutmuş ailə psixoloquna qədər var. Əlbəttə ki, ailə modelinin möhkəmliyində bunlar böyük rol oynayır.Əslində problemlər olanda psixoloq və psixoanalitikə müraciət etmək lazımdır. Onlar ailənin qorunması ilə bağlı müəyyən bilgilər verə bilərlər.