3. İnvestisiya layihəsi çərçivəsində görüləcək işlərə dair tövsiyələr:
- ölkəmizin milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyalarının
(tikiş, toxuma, heykəltəraşlıq və oyma sənəti nümunələri, aksesuarlar və s.) istehsalının,
qablaşdırılmasının və satışının təşkil olunması;
- investisiya layihəsi çərçivəsində suvenirlərin istehsalında yüksək dizayn xidmətlərinin təşkili.
İnvestisiya layihəsinin təqdim edilməsi: Sahibkarlıq subyektləri investisiya layihələrini müvəkkil
kredit təşkilatlarına təqdim edə bilərlər. Müvəkkil kredit təşkilatlarının siyahısı və ünvanını
Sahibkarlığa Kömək Milli Fondunun saytından (www.anfes.gov.az) əldə etmək olar.
İnvestisiya layihəsinə dair qərarın elan olunması: Təqdim edilmiş investisiya təkliflərinə
qanunvericiliyə uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondunda baxılacaqdır. Sahibkarların
istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri
hesabına maliyyələşdirilə bilər.
Son dövrlərdə Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin, idman yarışlarının, musiqi
festivallarının keçirildiyini, ölkəmizə gələn turistlərin ildən-ilə artdığını, eləcə də "Eurovision -
2012" mahnı müsabiqəsinin gələn il Bakıda təşkil olunacağını nəzərə alaraq, İqtisadi İnkişaf
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu milli, mənəvi və mədəni dəyərlərimizi özündə əks
etdirən suvenir və xatirə əşyalarının (tikiş, toxuma, heykəltəraşlıq, oyma sənəti nümunələri,
aksesuarlar və s.) istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə dair təkliflərin
qəbulunu
ELAN EDİR
4. Oyma sənəti Azərbaycanda ən qədim sənətkarlıq sahələrindən biri olub bu günə
qədər öz əhəmiyyətini saxlamışdır. Oyma sənəti müxtəlif ağacların hissələri üzərinə
şəkillərin həkk olunması, həmçinin ağac parçalarından müxtəlif fiqurların
hazırlanmasına əsaslanır.