3. TƏRZİ-HƏRƏKƏT
ZƏRFLƏRİBu zərf növləri hərəkətlə bağlı olub onun icra tərzini
bildirir.Məsələn:
Qızlar yavaş-yavaş dağılışdılar.
Bu cümlədə “yavaş-yavaş” zərf olub “dağılışmaq” felinin icra
olunma tərzini bildirir.
Tərzi-hərəkət zərfləri necə? Nə cür? Nə tərzdə? Suallarına cavab
verir.Bu zərflər həm sadə (asta), həm düzəltmə (təəccüblə), həm
də mürəkkəb (yavaş-yavaş) ola bilir.
ZAMAN
4. ZAMAN
Bu zərf növü hərəkətin icra olunduğu zamanı bildirir.Məsələn:
İndicə onunla görüşüb gəlmişəm.
Yuxarıdakı cümlədə “indicə” zərfi “gəlmişəm” felinin vaxtını bildirir.
Beləliklə,zaman zərfləri felin icra olunduğu vaxtı bildirib nə vaxt?, nə
zaman?, haçan? Suallarına cavab olur.Bu zərflər quruluşca çox vaxt sadə
olur.
YER
5. YER
Yer zərfləri felin icra olunduğu yeri bildirir.Məsələn:
Səhv etmirəmsə, oğlan sağa qaçdı.
Cümlədəki “sağa” sözü “qaçdı” felinin yerini bildirir.
Yer zərfləri felin yerini bildirib hara?,haraya?,haradan?, harada?suallarına
cavab olur.Bu zərflər də zaman zərfləri kimi çox vaxt sadə olur.
MİQDAR
6. MİQDAR
Miqdar zərfləri hərəkətin miqdarını,sayını bildirir.
O, çox qaçmamışdı ki,əldən düşüb yıxıldı.
Burada “çox” zərfi “qaçmamışdı” felinin miqdarını, yəni qədərini bildirir.
Miqdar zərfləri nə qədər?, nə dərəcədə? Suallarına cavab verir.Bu
zərflər daha çox mürəkkəb
olur.
Gəlin,tapşırıqları yerinə
yetirək!
7. Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik
bir dirəyə sakitcə bağlayır. Turist yanındakı tərcüməçidən təəccüblə soruşur:
- Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən çox böyükdür. Bircə dəfə dartsa
asanlıqla dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım.
Tərcüməçi özü də təəccüblənir. O da dirəyin nə qədər nazik və davamsız olduğunu görüb bunu
qəbilə adamından maraqla soruşur. Qəbilə adamı yaxınlaşıb fili nəvazişlə sığallayır sonra isə deyir:
- Bu fil balaca olanda mən həmişə onu bu dirəyə bağlayırdım. Balaca olanda, o illərlə bu dirəyi
dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi, dirəyi qoparmaga gücü
çatmırdı. İndi güclüdür, bircə dəfə dartsa dirəyi yerindən qopara bilər. Amma o, taleyi ilə çoxdan
barışıb. Artıq inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm.
Tapşırıq: Mətndəki zərfləri seçib məna növünə görə qruplaşdırın.
TƏRZİ-HƏRƏKƏT ZAMAN YER MİQDAR
9. 2
1
Krossvordu həll edin.Bunun üçün verilmiş cümlələrdəki zərfləri xanalara yazın
(zərflərin mənaca növlərini şifahi şəkildə demək mütləqdir).
7
1) Sevil qaça-qaça evə gəlib həyəcanla
xəbəri çatdırdı.
2) Əsgər ətrafa baxıb içəri girdi.
3) Onlar birbaşa mətləbə keçdilər.
4) Samir əslində Vüqarı qəsdən vurmuşdu.
5) Əsirləri qəbrin başına tək-tək,sanki
mirvari düzürlərmiş kimi düzmüşdülər.
6) Bu il yığılan məhsul keçən ilkinə
nisbətən birə-beş artmışdı.
7) Əcnəbi qonaqlar təəssüf ki,yalnız
türkcə danışırdılar.
2 3
4
5
6
10. bayaq, sağa, az-maz, üzüaşağı, bura, qismən, gec-tez, xəfifcə,azacıq,
xəlvətcə, ora-bura, əvvəl,hərdən-birdən,birdən-
birə,
astadan.
Srağagün,
TƏRZİ-
HƏRƏKƏ
T
ZAMAN YER MİQDAR
Zərfləri məna növlərinə görə qruplaşdırıb
qablara doldurun.