SlideShare une entreprise Scribd logo
1  sur  29
Meyve ve terevezler
Meyve
Meyvə — bitkinin generativ orqanıdır. Fars köklü
olan "meyvə" sözü əski türk dillərində yemiş
adlanırmış. Hərçənd ki günümüzdə Azərbaycanın
bəzi bölgələrində Qovuna və Türkiyənin bəzi
bölgələrində Əncirə "yemiş" deyilir. Yemiş,
adətən 2 bölümdən oluşmuşdur:
meyvəyanlığı
toxumdan
Meyvəyanlığı yumurtalığın divarından, toxum isə
yumurtacıqdan yetkinləşir. Meyvəyanlığının
quruluşuna görə meyvələr iki yerə ayrılır:
şirəli
quru.
Yemişlər toxumun sayına görə birtoxumlu və
çoxtoxumlu meyvələr qrupuna bölünür. Əsil
meyvə dişiciyin yumurtalığından əmələ gəlir.
Ancaq yemişlərin yaranmasında çiçək yatağı,
erkəkciyin oturacağı, ləçəklər, kasayarpaqları,
çox zaman isə çiçək yatağının genişlənmiş
bölümü iştirak edə bilir. Bunlara yalançı meyvə
deyilir (alma, armud, heyva, quşarmudu,
yemişanın əmələ gətirdiyi yalançı meyvə — alma
meyvə.
Terevezler
Tərəvəz - insan tərəfindən şirəli
hissələrinə görə yetişdirilən və qidada
istifadə olunan birillik, ikiillik və çoxillik
ot bitkTərəvəz əslində bitkinin qida
məhsulu kimi istifadə olunan hissəsidir.
Bununla əlaqədar olaraq tərəvəz
bitkiləri 10 əsas qrupa bölünür:
meyvəli
soğanaqlı
köküyumrulu
meyvəköklü
yarpaqlı
gövdəmeyvəli
kökümsovlu
gövdəyarpaqlı (kormofit)
zoğlu
çiçəkliisidir.
Alma
Azərbaycanda almanın üç yüzə qədər müxtəlif
növü və çeşidi vardır. Bunlardan altmışı sənaye
üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən
almanın üstünlüyü odur ki, onu bütün il boyu
saxlayıb istifadə etmək mümkündür. Almanın
yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul,
avqust), payız (sentyabr, oktyabr), qış
(noyabrdan fevral ayına qədər). Eyni sort alma
iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü
dəyişə bilər. Almanın növündən və sortundan
asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur.
Almadan təbii halda istifadə etməklə yanaşı,
bir sıra qiymətli konservləşdirilmiş məhsullar –
kompot, mürəbbə, povidlo, şirə, püre və s.
hazırlanır.
Armud
Armud (lat. Pyrus) — gülçiçəyikimilər fəsiləsinə aid
bitki cinsidir.
Armud
Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin
meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli,
həzmi asan və mineral baxımından olduqca zəngin
bir meyvədir.
Vətəni Çindir. Hünd. 30 m-ədək, yarpağı tökülən ağac
və ya koldur; budaqları bəzən tikanlı olur. Kökü
milşəkillidir; torpağın dərinliklərinə gedir. Gövdəsi və
budaqları boz və ya qəhvəyi qabıqla örtülüdür.
Zoğları çılpaq, bəzən tükcüklüdür. Yarpaqları sadə,
bəzi hallarda dilimli, yaxud lələkvarı yarılmış olur.
Çiçəkləri ikicinsiyyətli, ağ və ya çəhrayıdır, qalxanvarı
çiçək qrupunda 4–15 ədəd çiçək (bəzən tək-tək)
yerləşir. Lətli meyvəsi uzunsov, yaxud dəyirmi
formadadır, çəkisi 25–300 qr gəlir. Ləti daşlaşmış
hüceyrələrdən ibarətdir. Əsasən, avqust–sentyabr
aylarında yetişir: Uzunömürlüdür. 4–5 (bəzən 8–10)
yaşında meyvə verməyə başlayır. Adi Armud və
Qafqaz Armudu 150–300 il, peyvənd edilmiş Armud
ağacı isə 50–70 il yaşayır. Avrasiyanın mülayim və
subtropik qurşaqlarında 60-adək, Azərb.-da 11 növü
məlumdur. Adi, yaxud becərilən Armud (P.communis)
və gecyetişən Armud (P.serotina) növləri yayılmışdır.
Adi Armudun yarpaq və meyvəsinin rənginə,
ölçüsünə, formasına, çiçəklərinin ləçəyinə, yetişmə
vaxtına və s. əlamətlərinə görə bir-birindən
fərqlənən 10 minə qədər sortu var.
Heyva
Kiçik ağac və ya koldur, hündürlüyü
1,5-5 m-dir. Yarpaqları yumurtavari-
oval və ya oval, tam kənarlı, üst
tərəfdən tünd yaşıl, (2) 4-5 (14) sm
uzunluğunda, (2) 3-5 (11) sm enində,
qısa saplaqlıdır. Kasayarpaqları oval, sıx
tükcüklüdür. Çiçəkləri iri, tək, diametri
5 sm-ə qədərdir. Ləçəkləri çəhrayı, və
ya demək olar ki, ağ rəngli,
tərsyumurtavari, uzunluğu 2-3 sm-dir.
Yetişməmiş meyvələri sıx keçə
tükcüklü, yetişmiş meyvələr çılpaq, sarı
rəngli, ətirli, armudvari və ya
yumurtavari-şarvaridir.
Nar
Nar punicaceae fəsiləsindəndir. Narın
elmi adı iki latın sözünün
birləşməsindən əmələ gəlmişdir.
"Punica" — tünd qırmızı və ya parlaq
qırmızı, "granatus" isə dənə deməkdir.
Nar çox qədimdən becərilən və istifadə
olunan bitkidir. Onun ən qiymətli sortu
eramızdan əvvəl Qədim Yunanıstanın
Karfagen vilayətində becərilmişdir.
Hündürlüyü 1,5–4 (5) m olan,
budaqları qarşı-qarşıya yerləşmiş
balaca ağac və ya koldur. Qısalmış
budaqları çox vaxt tikanlara çevrilir.
Qarpiz
Qarpız yüngül mexaniki tərkibli münbit və dənəvər
strukturlu torpaqlarda daha yaxşı böyüyür, inkişaf
edir, yüksək və keyfiyyətli məhsul verir. Bu bitki üçün
ən yaxşı xam torpaqlar və sələfi çoxillik otlar,
soğanaqlar, kartof və taxıl bitkiləri olan yerlərdir.
Səpiləcək toxum sort təmizliyinə görə üçüncü
kateqoriyadan, səpin keyfiyyətinə görə isə ikinci
sinifdən aşağı olmamalıdır. Toxumları qızdırdıqda
onların cücərmə faizi və cücərmə enerjisi artır. Bu
əməliyyat termostatlarda və günəş vasitəsilə də
aparıla bilər. Bu halda toxumlar günəşli yerdə nazik
qatla parça üzərinə sərilir və arabir qarışdırmaqla 7-
10 gün saxlanılır. Torpaqda toxumların cücərməsini
və tez kütləvi çıxış verməsini təmin etmək üçün
islatmaq və ya cücərtmək lazımdır. Toxumlar əl ilə
səpildikdə onların cücərməsi daha yaxşı nəticə verir.
Bunun üçün toxumlar 8-10 saat otaq temperaturlu
suda isladılır, sonra üzəri yaş örtüklə örtülür və
cücərmə başlayanadək isti yerdə saxlanılır. Cücərmiş
toxumlar tez əkilməli və cücərtilərin boy artmasına
yol verilməməlidir. Torpağın istiliyi 14-16⁰C-yə
çatdıqda səpinə başlamaq olar. Səpin Mərkəzi aran
rayonlarında (Kür kənarı düzən rayonlarda) aprelin
10-dan-15-dək, Quba-Xaçmaz bölgəsinin suvarılan
aran rayonlarında aprelin 25-dən 30-dək, dağətəyi
düzən rayonlarında mayın 1-dən 15-dək, Abşeron
yarımadasında isə aprelin 20-dən mayın 20-dək
aparmaq lazımdır. Səpin cərgə və lent üsulu ilə
aparıla bilər. Cərgəli üsulla səpin sxemi ortayetişən
sortlar üçün 2,1× 0,8-1,0 m-dir. Toxumun hər
hektarına səpin norması sortlardan asılı olaraq, 2,0-
3,5 kq-a qədərdir. Toxumlar 4-5 sm dərinlikdə
basdırılmalıdır.
Qovun
Qovun qarpıza nisbətən daha çox istisevən
bitkidir və quruluşuna görə qarpızdan fərqlənir.
Bunun toxumları içərisi boş olan toxum
kamerasında yerləşir. Əsasən Orta Asiya
respublikalarında və Zaqafqaziya
respublikalarında becərilir. Tərkibində şəkərin
miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5
mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri
vardır. Mineral maddələrdən ən çox rast gələni
dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə
bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən
yetişə bilir.
Qovunların təsərrüfat-botaniki sortları biri-
digərindən meyvəsinin ölçüsünə və kütləsinə,
qabığının rənginə və bərkliyinə, ətli hissəsinin
konsistensiyası və rənginə, dad və ətrinə,
yetişmə müddətinə və saxlanılmasına görə
fərqlənirlər. Qovunun qabığı açıq - yaşıl, narıncı,
qəhvəyi, ətli hissəsi isə ağ, yaşıl, narıncı və
çəhrayı rəngdə olur. Ətli hissəsi konsistensiyasına
görə lifli, yumşaq, xırda dənəli, xırçıldayan və sıx
ətli olurlar. Dadına görə çox şirin, şirin, az şirin,
dadsız, ətrinə görə çox ətirli, orta və zəif ətirli və
ətirsiz olur. Yetişmə müddətinə görə tezyetişən
(80 günə), ortayetişən (80-110 günə) və
gecyetişən (110 gündən çox) qruplarına bölünür.
Xurma
Xurma (lat. Diospyros) — Ebena-Ebenaceae
fəsiləsindən olub, bir sıra subtropik ölkələrdə
(Cənubi Asiya, Afrika, Amerika ölkələrində) geniş
yayılmışdır. Xurma birtoxumlu, ətirli və şirin dadlı
meyvədir. Yetişəndə qırmızı və ya qonur-qırmızı
rəng alır. Lət hissəsi şirin və dadlıdır. Xurma ağacı
çox məhsuldar bitkidir, onun müxtəlif növləri
vardır. Azərbaycanda becərilən xurma (Şərq
xurması - Diospyros kaki), əsasən Lənkəran
zonasında (Astara, Lənkəran, Masallı), bundan
başqa, Göyçay, Ağdaş, Ağdam, Gəncə,Balakən
Zaqatala rayonlarında becərilir. Şərq
xurmasından başqa Azərbaycanda iki növ yabanı
xurmaya da rast gəlinir. Bunlar da Qafqaz
xurması (Diospyros lotus) və Virgin xurması
(Diospyros virginiana) adlanır.
Azərbaycanda becərilən şərq xurmasının
tərkibində 13-16% qlükoza və fruktoza şəkəri,
0,8%-ə qədər üzvi turşular, aşı maddələri,
karotin, C vitamini və yod birləşmələri olduğuna
görə onun mühüm müalicəvi əhəmiyyəti vardır.
Şərq xurmasını zəiflik, qanazlığı, vitamin azlığı,
xroniki mədə-bağırsaq xəstəlikləri zamanı
yedikdə çox faydalıdır. O, həzm prosesinin
fəaliyyətini artırır, maddələr mübadiləsini
nizama salır, həmçinin triotoksikoz, ürək-damar
sistemi xəstəliklərinin müalicəsinə yaxşı təsir
göstərir.
Banan
Banan — banankimilər fəsiləsindən çoxillik ot
bitkisi cinsi.
Qısa gövdəli və iri kökümsovlu hündür, bəzən
də nəhəng otdur. Vətəni Asiya, Afrika və
Avstraliyanın tropik və subtropik bölgələridir.
70-ə yaxın növü var. İstisevən hibrid növləri
(M. paradisiaca və M. sapientum) daha çox
yayılmışdır. Kökdən çıxan iri, qınlı yarpaqları
çoxqatlı boru — yalançı gövdə əmələ gətirir.
Bircinsiyyətli və ikicinsiyyətli çiçəkləri nəhəng
salxımı xatırladır. Meyvələri salxımda toplaşır,
hər salxımda 300-ə qədər meyvə olur, ümumi
kütləsi 50–60 kq-a çatır. Yeyilir, qurudulur,
konserv, marmelad, şirə, şərab, banan unu və
s. hazırlamaq üçün istifadə edilir. Bar
verdikdən sonra yerüstü hissə quruyub məhv
olur. M. textilis növünün yalançı gövdəsindən
toxuçuluq sənayesi üçün lif, dəniz burazı,
balıq ovunda işlədilən ip alınır. Azərbaycanda
(Lənkəran, Zaqatala və Gəncədə) M. basjoo
növü dekorativ bitki kimi əkilir. Hazırda
Ensete (E. ventricosum) cinsinə aid edilən
Efiopiya bananı (M. ensete) Afrikada yeyinti
və toxuculuqda istifadə edilmək üçün
becərilir.
Ananas
Ananas (lat. Ananas) – bromeliyakimilər
fəsiləsinə aid olan çoxillik ot bitki cinsi.
Vətəni Mərkəzi Braziliyadır. Becərilən növü
kəkilli ananasdır (A. comosus). Hündürlüyü
40–120 sm-dir. Yarpaqları qalın, uzun (50–70
sm), ətli, üstdən tünd-yaşıl, altdan gümüşü
olub, rozetdə toplaşmışdır. Çiçək qrupu
sünbüldür. Çəkisi 0,9–10 kq (bəzən 15 kq-
adək) olur. Meyvənin qabığı bərk, ləti şirəli,
sarımtıl-ağ, spesifik ətirlidir, B vitamini və
karotinlə zəngindir. Meyvəsindən təzə və
konservləşdirilmiş halda istifadə olunur,
mürəbbə bişirilir və konfet hazırlanır.
Yarpaqlarından qiymətli əyirici lif alınır.
Qoltuq tumurcuqlarından alınan zoğlarla
çoxalır. Tropik ölkələrdə qədimdən becərilir.
Əsas sortları Kayenna, Kuin, qırmızı İspaniya
ananası (süfrə sortu), Santo-Dominqodur
(konservlik)
Ciyelek
Çiyələk (lat. Fragaria)[3] –
gülçiçəyikimilər fəsiləsinə aid bitki
cinsi.[4] Toxumları meyvənin üzərində
(xaricdə) yerləşən azsaylı meyvələrdən
biridir. Əksər meyvələrin toxumları
meyvənin içərisində yerləşdiyi halda
çiyələk istisnalıq təşkil edir.
Azərbaycanın dağ-meşə rayonlarında
çox geniş yayılmışdır. Quba, Xaçmaz,
Qusar, Şəki, Zaqatala, Lənkəran
rayonlarında bu bitkinin ehtiyatı
çoxdur. Xalq təbabətində çiyələyin
meyvəsindən podaqra və böyrəklərdə
daş əmələgəlmə xəstəliyində,
yarpaqlarında isə sidikqovucu dərman
kimi istifadə edilir. Çiyələk eyni
zamanda orqanizmin maddələr
mübadiləsini yaxşılaşdırır və
həzmolmanı asanlaşdırır, qaraciyərin
və kisəsinin iltihabını aradan qaldırır.
Çiyələk avitaminoz xəstəliyinə qarşı da
yaxşı təsir göstərir.
Portagal
Həmişəyaşıl, 7-12 m hündürlüyündə
enli-piramidal çətirli ağacdır. Qabığı
bozdur, cavan budaqları tikanlıdır.
Yarpaqları uzunsov-yumurtavarı, uca
doğru ensizləşən, kənarları hamar və
ya az dişlidir; saplaqları zəif qanadlıdır.
Çiçəkləri xırda, ağrəngli, ətirli olub,
tək-tək və ya qoltuqlarda dəstə ilə
yerləşmişdir. Kasayarpağı dəyirmi,
bəzən kənarı kirpikciklidir, ləçəkləri
ağdır. Erkəkciklər 20-25-i dəstə ilə
birləşir, bəzi sortlarda erkəkciklər
sterildir. May-iyun aylarında çiçəkləyir,
noyabr-dekabrda meyvəsi yetişir.
Meyvələrinin diametri 5-10 sm, qabığı
hamar, yumru və ya başından basıq,
sarı və ya qırmızımtıldır. Əsas məhsul
yaz çiçəklərindən əmələ gəlir. Meyvəsi
turşməzə olub, acılığı yoхdur.
Mandalin
Hündürlüyü 2–3 m-ə çatan, dağınıq
çətirə malik kol bitkisidir. Budaqları
tünd-yaşıl rəngli olub, çılpaqdır.
Yarpaqları ellips və ya yumurtavari
formada, tamkənarlı və ya sıх
mişardişlidir, üstdən tünd-yaşıl, altdan
isə açıq-yaşıldır. Yarpaq saplağı 2 sm-
dir. Çiçəkləri ağ rəngli, ətirlidir, tək-tək
və ya 2-5-i bir yerdə yerləşir. Subtropik
və tropik iqlim qurşaqlarında ildə bir
dəfə çiçəkləyir. Meyvələri
çiçəkləmədən 6-10 ay sonra yetişir.
Meyvələrinin diametri 6-8 sm-ə çatır,
yumru, narıncı rəngdədir, ləti şirin,
bəzən də bir az turş olur.
Uzum
Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra
müalicə əhəmiyyətli olan maddələr vardır.
Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza),
dəmir duzlarını, kalium-permanqanatı, C və B
qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin
maddələrini və s. göstərmək olar. Üzüm
tənəyinin yarpağının tərkibində çoxlu miqdarda
C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və
s. vardır.
Üzümün giləsi və şirəsi ürək-qan damar sistemi
xəstəliklərində, tənəffüs yolları iltihabında,
mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək
xəstəliklərində çox xeyirlidir.
Blauer Portugieser Weinsberg 20080921.jpg
Schoenburger Weinsberg 20080927.jpg
Gelber Muskateller Weinsberg 20060908.jpg
Üzümdən hazırlanan doşab qanazlığında, ümümi
zəiflikdə çox faydalı qüvvətverici vasitədir. Üzüm
qorasından hazırlanan "abqora" isə xəstəliyin ilk
dövründə çox yaxşı təsir göstərir. O, susuzluğun
qarşısını almaqla yanaşı, xəstənin tez
sağalmasını tezləşdirir. Qurudulmuş üzüm gilələri
isə qanazlığında çox xeyirlidir.
Yerkoku
Yerkökü (lat. Daucus)[3] – çətirkimilər
fəsiləsinə aid bitki cinsi.[4]
Yerkökü kökümeyvəlilər içərisində ən
çox yayılmış tərəvəzdir. Ondan təzə
halda aşpazlıqda, qurudulmaq, şirə
hazırlamaq, tərəvəz konservləri və
karotin istehsalı üçün istifadə olunur.
"Divanü Lüğat-it-Türk"də geşür
adlandırılan bu bitkiyə hal-hazırda
azərbaycanın bəzi bölgələrində xalq
arasında keşir, türkmən türkcəsində
kəşir, tatar və başqırd türkcəsində kişir,
qaraqalpaq türkcəsində geşir deyilir.
Həmçinin türkiyədə "keşir salatı" və
"keşir dolması" şəklində bu kəlmədən
istifadə edilir.
Sogan
Soğanın insan sağlığına çox böyük xeyri
varmış. ABŞ-ın Kaliforniya Universitetinin
əməkdaşı Dr.M.Lepinsky öz araşdırmaları
nəticəsində bu qənaətə gəlmişdir ki, soğan
istifadə olunması vacib olan qida məhsulları
arasında mühüm yerlərdən birini tutur.
Göy soğan
Soğan qanda şəkərin miqdarını və təzyiqi
aşağı salır
Həzmi asanlaşdırır
Bağırsağı təmizləyir
Bədəndəki yaraların yaxşılaşmasını
sürətləndirir
Ürəyin funksiyasını gücləndirir
Bütün bunlarla yanaşı soğanın antibakteriyal
təsirindən istifadə edərək epidemik
xəstəliklərin qarşısını almaq mümkündür. Bu
zaman 300 qram soğanı əzdikdən sonra
üzərinə 600 qram şərab əlavə edərək 100
qram balla qarışdırın və hər gün bir qaşıq
istifadə edin[3].
Kartof
Kartof badımcançiçəklilər fəsiləsinin Solanum
cinsindən çoxillik bitki növü. Əsasən, Cənubi
və Mərkəzi Amerikada bitən 200-dək yabanı
və mədəni növü məlumdur. Mədəni halda 2
növü – geniş yayılmış Çili kartofu (S.
tuberosum) və And kartofu (S. andigenum) var.
Çili kartofu 3-6 gövdədən ibarət, hündürlüyü
50-80 sm olan koldur. Yarpağı təklələkvarı
bölümlüdür. Kök yumrularının forması girdə,
oval, uzunsov, ləti ağ, sarı, çəhrayı, qırmızı və
göydür. Üzərində spiral istiqamətində 3-4
tumurcuğu olan gözcüklər yerləşir. Kartofun
tərkibində orta hesabla 76,3% su, 23,7% quru
maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər,
1-2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2,
B6, PP, K vitaminləri və karotinoidlər var. Xalq
təbabətində kartof şirəsindən vərəmin,
tənəffüs orqanlarının, mədə yarasının,
onikibarmaq bağırsağın müalicəsində də
istifadə edilir.
Xiyar
Xiyarın sarılqan xüsusiyyətli incə
quruluşlu, buğumlu 5 tinli gövdəsi, 3-5
loplu tüklü yarpaqları və yarpağın
qoltuğundan çıxan tək eşeyli sarı
çiçəkləri var. Bəzən tikanlı, parlaq yaşıl
rəngli qabıqla örtülü incə uzun və
silindir formasında meyvələrin içində
çoxlu toxum olur. Bu bitki hər cürə
iqlimdə yetişə bilər Lakin Tundrada
yetişə bilməz. Bol su sevən bu bitki
quraqlıq yerlərdə yetişmir. Gübrə
vasitəsi ilə məhsuldarlığı daha da
artırılır. Əgər aqrar dərman istifadəsi
təbiət və bitki üçün zərərlidirsə, bu
halda tövsiyə olunmur.
Pomidor
Pomidor (lat. Solanum lycopersicum; it. pomo
d'oro – qızıl alma sözündən) —
badımcankimilər fəsiləsinin quşüzümü cinsinə
aid bitki növü.
Birillik, yaxud çoxillik (tropiklərdə) ot və ya
yarımkollardır. Vətəni Cənubi Amerikadır. Yabanı
növləri Peru, Ekvador və Çilidə tapılmışdır.
Avropada XVI əsrin ortalarında meydana
gəlmişdir. Rusiyada 1780-ci ildən mövcuddur.
Pomidor cinsi üç növə bölünür: adi pomidor
(Lycopersicon esculentum), Peru pomidoru (L.
peruvianum) və tüklü pomidor (L. hirsutum).
Adi pomidorun üç yarımnövü, təxminən 2000
sort və forması var. Yarpaqları təklələkvarı
bölümlü, çiçəyi sarıdır. Müxtəlif çalarlı qırmızı,
çəhrayı, sarı və ağ meyvəsi yastı, yumru,
uzunsov-oval, armudvarı və ellipsvarıdır.
Diametri 3-dən 10 sm-dək, çəkisi 20–900 q-dək
və daha çox olur. Tərkibində 4,5–8,1% quru
maddə, o cümlədən 50% həllolan şəkərlər
(monozlar), 3,5–8,5% üzvi turşular, natrium,
kalium, kalsium, dəmir, fosfor, C, B1, B2, PP
vitaminləri, karotin və s. var. Meyvəsi 80–140
günə yetişir. Pomidor istisevən bitkidir, 15 °C-
dən aşağı temperaturda bitki, adətən,
çiçəkləmir. Quraqlığa nisbətən davamlıdır.
Pomidoru bütün torpaqlarda yetişdirmək olar.
Sarimsaq
Sarımsaq (lat. Allium sativum) — bitkilər
aləminin quşqonmazçiçəklilər dəstəsinin
nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid
bitki növü.
Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı
çox kəskin yandırıcı olmaqla yanaşı,
özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq
təbabətində çox qədim zamanlardan dərman
kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur.
Məsələn, xroniki mədə-bağırsaq xoralarının
müalicəsində, zəiflikdə, avitaminozda, zob
xəstəliklərində və s. Tərkibində "fitonsid"
maddəsinin mövcudluğundan, sarımsaq son
dərəcə qüvvətli bakterisid təsirə malikdir.
Sarımsaqdan alınan "allisin" maddəsinin çox
qüvvətli bakterisid təsiri vardır. Onun on mində
bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də
bakteriyalara öldürücü təsir göstərir, onların
inkişafını dayandırır. Son illərdə aparılan
tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir
sıra müalicə əhəmiyyətli maddələrin olduğu
müəyyən edilmişdir. Bunlardan ən mühümü
"dusulfid" adlanan kükürdlü üzvü birləşmələrdir.
Sarımsağın tərkibində olan efir yağında kükürd
olduğu üçün, onun iyi çox kəskindir və
yandırıcıdır.[2]
Balqabaq
Balqabağın dünyada 700-ə qədər növü vardır. Aşxana
sortlu balqabaqlar dadlı və xoş ətirlidir. Tərkibində
orta hesabla ətli hissədə 91,85% su, 0,95% sellüloza,
0,55% kül, 0,8% azotlu maddə, 0,1% yağ vardır.
Qabıq hissəsində isə sellülozanın miqdarı 3,3%-dir.
Yetişmiş balqabaqda şəkərin miqdarı orta hesabla
8%-dir. Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər
karotin olur. Toxumunun tərkibində 40% yağ, 28%
zülal vardır. Ümumi çəkisinin 75%-ni yeməli hissə
təşkil edir. Geniş yayılmış sortlarından boz rəngli
Volqa sortu orta gecyetişəndir. İri, yumru-yastı
formada və açıq boz rəngdədir. Saxlanılma və
daşınma üçün çox əlverişlidir. Sarı ətli hissəsi şirindir.
Mozoleyev sortu çox yayılmış sortlardandır. Orta
gecyetişəndir. Yumurtavari və ya uzunsov, rəngi
sarıdır. Üzəri tünd yaşıl cizgilidir, orta irilikdədir. Ətli
hissəsi dadlı, solğun çəhrayı rəngdədir.
Ukrayna sortu çoxmeyvəli, zəif qabırğalıdır. Çəhrayı
rəngdədir. Ətli hissəsi xırçıldayan çəhrayı rəngdə olur.
Perexvatka-69 muskat ətirli və gecyetişən sortdur.
Orta irilikdə və silindrik formada olub, ətli hissəsi
dənəli, xırçıldayan və çəhrayı rəngdədir. Tərkibində
12 mq% karotin və C vitamini vardır. Biryuçekut,
Başkir, Çərkəz, Altay sortları da var. Azərbaycanda
Palov-Kadu-268, Perexvatka-69 və yerli balqabaq
sortları yetişdirilir. Standart üzrə balqabaq təmiz,
təzə, yetişmə dərəcəsinə görə birnövlü, sağlam,
rəngi və forması təsərrüfat-botaniki sortuna müvafiq,
bütöv saplaqlı olmalıdır. Balqabağın ən böyük en
kəsiyinin diametri uzunsov formalılarda 12 smdən,
yastı və dairəvi formalılarda isə 15 sm-dən az
olmamalıdır.
Kelem
Kələmin elmi cəhətdən təsdiqlənmiş digər
faydası da mədə və on iki barmaq bağırsaqda
əmələ gələn yaralara müsbət təsir etməsidir.
Bunun üçün 4-5 həftə ağ kələm suyunu
içmək lazımdır. Kələm suyunu əldə etmək
üçün təzə kələm yarpaqları yaxşıca yuyulur,
suyu süzülür, nazik şəkildə doğranır və
mətbəx robotundan keçirilir. Mədədə
yaranan yanma və ağrı hissləri kələm suyunu
içdikdən sonra demək olar ki, yox olacaq.
Gündə bir litr kələm suyu yeməkdən sonra
içilməlidir. Amma kələm suyunun təzə
olmasına diqqət yetirilməlidir ki, tərkibindəki
maddələr organizmə müsbət təsir göstərsin.
Bəzi insanlarda kələm suyu qarında şişmə və
köp əmələ gətirir. Buna görə də 1 fincan
qaynar suya 1 çay qaşığı zirə qatmaq, üstünə
qapaq örtmək və 10 dəqiqədən sonra içmək
lazımdır. Antibiotiklərdən istifadə zamanı
yaranan bağırsaq puzontusunu aradan
qaldırmaq üçün kələm salatı yemək ya da
kələm suyu içmək faydalıdır.
Biber
Faydaları
İştahı açar, mədəni qüvvətləndirər və həzmi
asanlaşdırar. Romatizmə yaxşı gəlir. Qanamaları
önləyər. Cinsi arzunu artırar. Qırmızı bibər, insanı
rahatladır və nəfəs yollarını açır. Bronxit və qrip
kimi xəstəliklərdə faydalıdır. Ürək xəstəliklərinə
qarşı qoruyucudur. Acı bibər, ağciyərləri
təmizləyər və bəlğəm sökdürər. Oynaq
iltihablanması, diş və boğaz ağrıları, romatizm,
həzm sistemi pozuqluqları, soyuqdəymə kimi
narahatlıqlarda faydalıdır.
İstifadəsi
Tərəvəz olaraq yeməklərdə və salatlarda istifadə
edilir. Qızardılıb yeyilə bilir. Ayrıca, ədviyyatı da
əldə edilər. Hər gün yaşıl bibər yemək arıqladır
və immuniteti artırır. Buna görə də
xəstəliklərdən qoruyur. Bibər mədə-bağırsaq
sisteminin yaxşı işləməsinə kömək edir.
Haqqında
Amerika Kardiologiya Assosiasiyası tərəfindən
aparılan araşdırmalara görə, acı bibərdən (çili)
müntəzəm istifadə etmək ölüm riskini dörddə
birə qədər azalda bilir.
Aci biber
Acı biber farklı türlerden, tadı acı olan
biber çeşitlerine verilen ad. Uzun
olanları sivri, ufak olanları cin biber
olarak adlandırılır. Amerika kökenlidir.
Bütün dünyada yiyecek ve ilaç
malzemesi olarak kullanılmaktadır.
Kırmızı biber, Amerika'da MÖ 7500'lü
yıllardan beri insan beslenmesinin bir
parçasıdır. Amerika'ya Avrupalıların
gelmesiyle birlikte, önce İspanya ve
Portekiz'de, daha sonra tüm Avrupa ve
dünyada yayılmıştır.[1][2]
Badimcan
Badımcan (lat. Solanum melongena)[2] —
quşüzümü cinsinə aid bitki növü.[3]
Badımcançiçəklilər (Solanaceae)
fəsiləsindən olub, tərkibində karotin, A
vitamini, B qrupu vitaminlər, C vitamini,
şəkər [3,2 %] olmaqla yanaşı, xeyli
miqdarda kalium, fosfor, kalsium və dəmir
duzları da vardır.
Badımcan istisevən birillik bitkidir. Əsasən
Moldaviyada, Orta Asiya və Zaqafqaziya
respublikalarında becərilir. Badımcan
quruluşuna görə iri meyvə olub, qabıqla
örtülmüşdür. Daxilində qalın ətli hissəsi və
çoxlu toxumu vardır.
Badımcanın tərkibində 4,2% şəkər, 1,3%
sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6%
zülal, 0,5–0,7% pektin maddəsi, 0,0044–
0,093%-ə qədər solanin qlükozidi vardır.
Yetişib ötmüş badımcanın tərkibində
solanin qlükozidi nisbətən çoxdur. Kal
badımcanın tərkibində 0,8–3,7% nişasta
olur.
Meyve ve terevezler.pptx

Contenu connexe

En vedette

PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024Neil Kimberley
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)contently
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024Albert Qian
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsKurio // The Social Media Age(ncy)
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Search Engine Journal
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summarySpeakerHub
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next Tessa Mero
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentLily Ray
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best PracticesVit Horky
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project managementMindGenius
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...RachelPearson36
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Applitools
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at WorkGetSmarter
 
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...DevGAMM Conference
 

En vedette (20)

Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work
 
ChatGPT webinar slides
ChatGPT webinar slidesChatGPT webinar slides
ChatGPT webinar slides
 
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike RoutesMore than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
More than Just Lines on a Map: Best Practices for U.S Bike Routes
 
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
 

Meyve ve terevezler.pptx

  • 2. Meyve Meyvə — bitkinin generativ orqanıdır. Fars köklü olan "meyvə" sözü əski türk dillərində yemiş adlanırmış. Hərçənd ki günümüzdə Azərbaycanın bəzi bölgələrində Qovuna və Türkiyənin bəzi bölgələrində Əncirə "yemiş" deyilir. Yemiş, adətən 2 bölümdən oluşmuşdur: meyvəyanlığı toxumdan Meyvəyanlığı yumurtalığın divarından, toxum isə yumurtacıqdan yetkinləşir. Meyvəyanlığının quruluşuna görə meyvələr iki yerə ayrılır: şirəli quru. Yemişlər toxumun sayına görə birtoxumlu və çoxtoxumlu meyvələr qrupuna bölünür. Əsil meyvə dişiciyin yumurtalığından əmələ gəlir. Ancaq yemişlərin yaranmasında çiçək yatağı, erkəkciyin oturacağı, ləçəklər, kasayarpaqları, çox zaman isə çiçək yatağının genişlənmiş bölümü iştirak edə bilir. Bunlara yalançı meyvə deyilir (alma, armud, heyva, quşarmudu, yemişanın əmələ gətirdiyi yalançı meyvə — alma meyvə.
  • 3. Terevezler Tərəvəz - insan tərəfindən şirəli hissələrinə görə yetişdirilən və qidada istifadə olunan birillik, ikiillik və çoxillik ot bitkTərəvəz əslində bitkinin qida məhsulu kimi istifadə olunan hissəsidir. Bununla əlaqədar olaraq tərəvəz bitkiləri 10 əsas qrupa bölünür: meyvəli soğanaqlı köküyumrulu meyvəköklü yarpaqlı gövdəmeyvəli kökümsovlu gövdəyarpaqlı (kormofit) zoğlu çiçəkliisidir.
  • 4. Alma Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır.
  • 5. Armud Armud (lat. Pyrus) — gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsidir. Armud Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir. Vətəni Çindir. Hünd. 30 m-ədək, yarpağı tökülən ağac və ya koldur; budaqları bəzən tikanlı olur. Kökü milşəkillidir; torpağın dərinliklərinə gedir. Gövdəsi və budaqları boz və ya qəhvəyi qabıqla örtülüdür. Zoğları çılpaq, bəzən tükcüklüdür. Yarpaqları sadə, bəzi hallarda dilimli, yaxud lələkvarı yarılmış olur. Çiçəkləri ikicinsiyyətli, ağ və ya çəhrayıdır, qalxanvarı çiçək qrupunda 4–15 ədəd çiçək (bəzən tək-tək) yerləşir. Lətli meyvəsi uzunsov, yaxud dəyirmi formadadır, çəkisi 25–300 qr gəlir. Ləti daşlaşmış hüceyrələrdən ibarətdir. Əsasən, avqust–sentyabr aylarında yetişir: Uzunömürlüdür. 4–5 (bəzən 8–10) yaşında meyvə verməyə başlayır. Adi Armud və Qafqaz Armudu 150–300 il, peyvənd edilmiş Armud ağacı isə 50–70 il yaşayır. Avrasiyanın mülayim və subtropik qurşaqlarında 60-adək, Azərb.-da 11 növü məlumdur. Adi, yaxud becərilən Armud (P.communis) və gecyetişən Armud (P.serotina) növləri yayılmışdır. Adi Armudun yarpaq və meyvəsinin rənginə, ölçüsünə, formasına, çiçəklərinin ləçəyinə, yetişmə vaxtına və s. əlamətlərinə görə bir-birindən fərqlənən 10 minə qədər sortu var.
  • 6. Heyva Kiçik ağac və ya koldur, hündürlüyü 1,5-5 m-dir. Yarpaqları yumurtavari- oval və ya oval, tam kənarlı, üst tərəfdən tünd yaşıl, (2) 4-5 (14) sm uzunluğunda, (2) 3-5 (11) sm enində, qısa saplaqlıdır. Kasayarpaqları oval, sıx tükcüklüdür. Çiçəkləri iri, tək, diametri 5 sm-ə qədərdir. Ləçəkləri çəhrayı, və ya demək olar ki, ağ rəngli, tərsyumurtavari, uzunluğu 2-3 sm-dir. Yetişməmiş meyvələri sıx keçə tükcüklü, yetişmiş meyvələr çılpaq, sarı rəngli, ətirli, armudvari və ya yumurtavari-şarvaridir.
  • 7. Nar Nar punicaceae fəsiləsindəndir. Narın elmi adı iki latın sözünün birləşməsindən əmələ gəlmişdir. "Punica" — tünd qırmızı və ya parlaq qırmızı, "granatus" isə dənə deməkdir. Nar çox qədimdən becərilən və istifadə olunan bitkidir. Onun ən qiymətli sortu eramızdan əvvəl Qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir. Hündürlüyü 1,5–4 (5) m olan, budaqları qarşı-qarşıya yerləşmiş balaca ağac və ya koldur. Qısalmış budaqları çox vaxt tikanlara çevrilir.
  • 8. Qarpiz Qarpız yüngül mexaniki tərkibli münbit və dənəvər strukturlu torpaqlarda daha yaxşı böyüyür, inkişaf edir, yüksək və keyfiyyətli məhsul verir. Bu bitki üçün ən yaxşı xam torpaqlar və sələfi çoxillik otlar, soğanaqlar, kartof və taxıl bitkiləri olan yerlərdir. Səpiləcək toxum sort təmizliyinə görə üçüncü kateqoriyadan, səpin keyfiyyətinə görə isə ikinci sinifdən aşağı olmamalıdır. Toxumları qızdırdıqda onların cücərmə faizi və cücərmə enerjisi artır. Bu əməliyyat termostatlarda və günəş vasitəsilə də aparıla bilər. Bu halda toxumlar günəşli yerdə nazik qatla parça üzərinə sərilir və arabir qarışdırmaqla 7- 10 gün saxlanılır. Torpaqda toxumların cücərməsini və tez kütləvi çıxış verməsini təmin etmək üçün islatmaq və ya cücərtmək lazımdır. Toxumlar əl ilə səpildikdə onların cücərməsi daha yaxşı nəticə verir. Bunun üçün toxumlar 8-10 saat otaq temperaturlu suda isladılır, sonra üzəri yaş örtüklə örtülür və cücərmə başlayanadək isti yerdə saxlanılır. Cücərmiş toxumlar tez əkilməli və cücərtilərin boy artmasına yol verilməməlidir. Torpağın istiliyi 14-16⁰C-yə çatdıqda səpinə başlamaq olar. Səpin Mərkəzi aran rayonlarında (Kür kənarı düzən rayonlarda) aprelin 10-dan-15-dək, Quba-Xaçmaz bölgəsinin suvarılan aran rayonlarında aprelin 25-dən 30-dək, dağətəyi düzən rayonlarında mayın 1-dən 15-dək, Abşeron yarımadasında isə aprelin 20-dən mayın 20-dək aparmaq lazımdır. Səpin cərgə və lent üsulu ilə aparıla bilər. Cərgəli üsulla səpin sxemi ortayetişən sortlar üçün 2,1× 0,8-1,0 m-dir. Toxumun hər hektarına səpin norması sortlardan asılı olaraq, 2,0- 3,5 kq-a qədərdir. Toxumlar 4-5 sm dərinlikdə basdırılmalıdır.
  • 9. Qovun Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri- digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər. Qovunun qabığı açıq - yaşıl, narıncı, qəhvəyi, ətli hissəsi isə ağ, yaşıl, narıncı və çəhrayı rəngdə olur. Ətli hissəsi konsistensiyasına görə lifli, yumşaq, xırda dənəli, xırçıldayan və sıx ətli olurlar. Dadına görə çox şirin, şirin, az şirin, dadsız, ətrinə görə çox ətirli, orta və zəif ətirli və ətirsiz olur. Yetişmə müddətinə görə tezyetişən (80 günə), ortayetişən (80-110 günə) və gecyetişən (110 gündən çox) qruplarına bölünür.
  • 10. Xurma Xurma (lat. Diospyros) — Ebena-Ebenaceae fəsiləsindən olub, bir sıra subtropik ölkələrdə (Cənubi Asiya, Afrika, Amerika ölkələrində) geniş yayılmışdır. Xurma birtoxumlu, ətirli və şirin dadlı meyvədir. Yetişəndə qırmızı və ya qonur-qırmızı rəng alır. Lət hissəsi şirin və dadlıdır. Xurma ağacı çox məhsuldar bitkidir, onun müxtəlif növləri vardır. Azərbaycanda becərilən xurma (Şərq xurması - Diospyros kaki), əsasən Lənkəran zonasında (Astara, Lənkəran, Masallı), bundan başqa, Göyçay, Ağdaş, Ağdam, Gəncə,Balakən Zaqatala rayonlarında becərilir. Şərq xurmasından başqa Azərbaycanda iki növ yabanı xurmaya da rast gəlinir. Bunlar da Qafqaz xurması (Diospyros lotus) və Virgin xurması (Diospyros virginiana) adlanır. Azərbaycanda becərilən şərq xurmasının tərkibində 13-16% qlükoza və fruktoza şəkəri, 0,8%-ə qədər üzvi turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri olduğuna görə onun mühüm müalicəvi əhəmiyyəti vardır. Şərq xurmasını zəiflik, qanazlığı, vitamin azlığı, xroniki mədə-bağırsaq xəstəlikləri zamanı yedikdə çox faydalıdır. O, həzm prosesinin fəaliyyətini artırır, maddələr mübadiləsini nizama salır, həmçinin triotoksikoz, ürək-damar sistemi xəstəliklərinin müalicəsinə yaxşı təsir göstərir.
  • 11. Banan Banan — banankimilər fəsiləsindən çoxillik ot bitkisi cinsi. Qısa gövdəli və iri kökümsovlu hündür, bəzən də nəhəng otdur. Vətəni Asiya, Afrika və Avstraliyanın tropik və subtropik bölgələridir. 70-ə yaxın növü var. İstisevən hibrid növləri (M. paradisiaca və M. sapientum) daha çox yayılmışdır. Kökdən çıxan iri, qınlı yarpaqları çoxqatlı boru — yalançı gövdə əmələ gətirir. Bircinsiyyətli və ikicinsiyyətli çiçəkləri nəhəng salxımı xatırladır. Meyvələri salxımda toplaşır, hər salxımda 300-ə qədər meyvə olur, ümumi kütləsi 50–60 kq-a çatır. Yeyilir, qurudulur, konserv, marmelad, şirə, şərab, banan unu və s. hazırlamaq üçün istifadə edilir. Bar verdikdən sonra yerüstü hissə quruyub məhv olur. M. textilis növünün yalançı gövdəsindən toxuçuluq sənayesi üçün lif, dəniz burazı, balıq ovunda işlədilən ip alınır. Azərbaycanda (Lənkəran, Zaqatala və Gəncədə) M. basjoo növü dekorativ bitki kimi əkilir. Hazırda Ensete (E. ventricosum) cinsinə aid edilən Efiopiya bananı (M. ensete) Afrikada yeyinti və toxuculuqda istifadə edilmək üçün becərilir.
  • 12. Ananas Ananas (lat. Ananas) – bromeliyakimilər fəsiləsinə aid olan çoxillik ot bitki cinsi. Vətəni Mərkəzi Braziliyadır. Becərilən növü kəkilli ananasdır (A. comosus). Hündürlüyü 40–120 sm-dir. Yarpaqları qalın, uzun (50–70 sm), ətli, üstdən tünd-yaşıl, altdan gümüşü olub, rozetdə toplaşmışdır. Çiçək qrupu sünbüldür. Çəkisi 0,9–10 kq (bəzən 15 kq- adək) olur. Meyvənin qabığı bərk, ləti şirəli, sarımtıl-ağ, spesifik ətirlidir, B vitamini və karotinlə zəngindir. Meyvəsindən təzə və konservləşdirilmiş halda istifadə olunur, mürəbbə bişirilir və konfet hazırlanır. Yarpaqlarından qiymətli əyirici lif alınır. Qoltuq tumurcuqlarından alınan zoğlarla çoxalır. Tropik ölkələrdə qədimdən becərilir. Əsas sortları Kayenna, Kuin, qırmızı İspaniya ananası (süfrə sortu), Santo-Dominqodur (konservlik)
  • 13. Ciyelek Çiyələk (lat. Fragaria)[3] – gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.[4] Toxumları meyvənin üzərində (xaricdə) yerləşən azsaylı meyvələrdən biridir. Əksər meyvələrin toxumları meyvənin içərisində yerləşdiyi halda çiyələk istisnalıq təşkil edir. Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır. Quba, Xaçmaz, Qusar, Şəki, Zaqatala, Lənkəran rayonlarında bu bitkinin ehtiyatı çoxdur. Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və böyrəklərdə daş əmələgəlmə xəstəliyində, yarpaqlarında isə sidikqovucu dərman kimi istifadə edilir. Çiyələk eyni zamanda orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır və həzmolmanı asanlaşdırır, qaraciyərin və kisəsinin iltihabını aradan qaldırır. Çiyələk avitaminoz xəstəliyinə qarşı da yaxşı təsir göstərir.
  • 14. Portagal Həmişəyaşıl, 7-12 m hündürlüyündə enli-piramidal çətirli ağacdır. Qabığı bozdur, cavan budaqları tikanlıdır. Yarpaqları uzunsov-yumurtavarı, uca doğru ensizləşən, kənarları hamar və ya az dişlidir; saplaqları zəif qanadlıdır. Çiçəkləri xırda, ağrəngli, ətirli olub, tək-tək və ya qoltuqlarda dəstə ilə yerləşmişdir. Kasayarpağı dəyirmi, bəzən kənarı kirpikciklidir, ləçəkləri ağdır. Erkəkciklər 20-25-i dəstə ilə birləşir, bəzi sortlarda erkəkciklər sterildir. May-iyun aylarında çiçəkləyir, noyabr-dekabrda meyvəsi yetişir. Meyvələrinin diametri 5-10 sm, qabığı hamar, yumru və ya başından basıq, sarı və ya qırmızımtıldır. Əsas məhsul yaz çiçəklərindən əmələ gəlir. Meyvəsi turşməzə olub, acılığı yoхdur.
  • 15. Mandalin Hündürlüyü 2–3 m-ə çatan, dağınıq çətirə malik kol bitkisidir. Budaqları tünd-yaşıl rəngli olub, çılpaqdır. Yarpaqları ellips və ya yumurtavari formada, tamkənarlı və ya sıх mişardişlidir, üstdən tünd-yaşıl, altdan isə açıq-yaşıldır. Yarpaq saplağı 2 sm- dir. Çiçəkləri ağ rəngli, ətirlidir, tək-tək və ya 2-5-i bir yerdə yerləşir. Subtropik və tropik iqlim qurşaqlarında ildə bir dəfə çiçəkləyir. Meyvələri çiçəkləmədən 6-10 ay sonra yetişir. Meyvələrinin diametri 6-8 sm-ə çatır, yumru, narıncı rəngdədir, ləti şirin, bəzən də bir az turş olur.
  • 16. Uzum Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağının tərkibində çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s. vardır. Üzümün giləsi və şirəsi ürək-qan damar sistemi xəstəliklərində, tənəffüs yolları iltihabında, mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək xəstəliklərində çox xeyirlidir. Blauer Portugieser Weinsberg 20080921.jpg Schoenburger Weinsberg 20080927.jpg Gelber Muskateller Weinsberg 20060908.jpg Üzümdən hazırlanan doşab qanazlığında, ümümi zəiflikdə çox faydalı qüvvətverici vasitədir. Üzüm qorasından hazırlanan "abqora" isə xəstəliyin ilk dövründə çox yaxşı təsir göstərir. O, susuzluğun qarşısını almaqla yanaşı, xəstənin tez sağalmasını tezləşdirir. Qurudulmuş üzüm gilələri isə qanazlığında çox xeyirlidir.
  • 17.
  • 18. Yerkoku Yerkökü (lat. Daucus)[3] – çətirkimilər fəsiləsinə aid bitki cinsi.[4] Yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. "Divanü Lüğat-it-Türk"də geşür adlandırılan bu bitkiyə hal-hazırda azərbaycanın bəzi bölgələrində xalq arasında keşir, türkmən türkcəsində kəşir, tatar və başqırd türkcəsində kişir, qaraqalpaq türkcəsində geşir deyilir. Həmçinin türkiyədə "keşir salatı" və "keşir dolması" şəklində bu kəlmədən istifadə edilir.
  • 19. Sogan Soğanın insan sağlığına çox böyük xeyri varmış. ABŞ-ın Kaliforniya Universitetinin əməkdaşı Dr.M.Lepinsky öz araşdırmaları nəticəsində bu qənaətə gəlmişdir ki, soğan istifadə olunması vacib olan qida məhsulları arasında mühüm yerlərdən birini tutur. Göy soğan Soğan qanda şəkərin miqdarını və təzyiqi aşağı salır Həzmi asanlaşdırır Bağırsağı təmizləyir Bədəndəki yaraların yaxşılaşmasını sürətləndirir Ürəyin funksiyasını gücləndirir Bütün bunlarla yanaşı soğanın antibakteriyal təsirindən istifadə edərək epidemik xəstəliklərin qarşısını almaq mümkündür. Bu zaman 300 qram soğanı əzdikdən sonra üzərinə 600 qram şərab əlavə edərək 100 qram balla qarışdırın və hər gün bir qaşıq istifadə edin[3].
  • 20. Kartof Kartof badımcançiçəklilər fəsiləsinin Solanum cinsindən çoxillik bitki növü. Əsasən, Cənubi və Mərkəzi Amerikada bitən 200-dək yabanı və mədəni növü məlumdur. Mədəni halda 2 növü – geniş yayılmış Çili kartofu (S. tuberosum) və And kartofu (S. andigenum) var. Çili kartofu 3-6 gövdədən ibarət, hündürlüyü 50-80 sm olan koldur. Yarpağı təklələkvarı bölümlüdür. Kök yumrularının forması girdə, oval, uzunsov, ləti ağ, sarı, çəhrayı, qırmızı və göydür. Üzərində spiral istiqamətində 3-4 tumurcuğu olan gözcüklər yerləşir. Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 1-2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və karotinoidlər var. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində də istifadə edilir.
  • 21. Xiyar Xiyarın sarılqan xüsusiyyətli incə quruluşlu, buğumlu 5 tinli gövdəsi, 3-5 loplu tüklü yarpaqları və yarpağın qoltuğundan çıxan tək eşeyli sarı çiçəkləri var. Bəzən tikanlı, parlaq yaşıl rəngli qabıqla örtülü incə uzun və silindir formasında meyvələrin içində çoxlu toxum olur. Bu bitki hər cürə iqlimdə yetişə bilər Lakin Tundrada yetişə bilməz. Bol su sevən bu bitki quraqlıq yerlərdə yetişmir. Gübrə vasitəsi ilə məhsuldarlığı daha da artırılır. Əgər aqrar dərman istifadəsi təbiət və bitki üçün zərərlidirsə, bu halda tövsiyə olunmur.
  • 22. Pomidor Pomidor (lat. Solanum lycopersicum; it. pomo d'oro – qızıl alma sözündən) — badımcankimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Birillik, yaxud çoxillik (tropiklərdə) ot və ya yarımkollardır. Vətəni Cənubi Amerikadır. Yabanı növləri Peru, Ekvador və Çilidə tapılmışdır. Avropada XVI əsrin ortalarında meydana gəlmişdir. Rusiyada 1780-ci ildən mövcuddur. Pomidor cinsi üç növə bölünür: adi pomidor (Lycopersicon esculentum), Peru pomidoru (L. peruvianum) və tüklü pomidor (L. hirsutum). Adi pomidorun üç yarımnövü, təxminən 2000 sort və forması var. Yarpaqları təklələkvarı bölümlü, çiçəyi sarıdır. Müxtəlif çalarlı qırmızı, çəhrayı, sarı və ağ meyvəsi yastı, yumru, uzunsov-oval, armudvarı və ellipsvarıdır. Diametri 3-dən 10 sm-dək, çəkisi 20–900 q-dək və daha çox olur. Tərkibində 4,5–8,1% quru maddə, o cümlədən 50% həllolan şəkərlər (monozlar), 3,5–8,5% üzvi turşular, natrium, kalium, kalsium, dəmir, fosfor, C, B1, B2, PP vitaminləri, karotin və s. var. Meyvəsi 80–140 günə yetişir. Pomidor istisevən bitkidir, 15 °C- dən aşağı temperaturda bitki, adətən, çiçəkləmir. Quraqlığa nisbətən davamlıdır. Pomidoru bütün torpaqlarda yetişdirmək olar.
  • 23. Sarimsaq Sarımsaq (lat. Allium sativum) — bitkilər aləminin quşqonmazçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir. Bunlardan ən mühümü "dusulfid" adlanan kükürdlü üzvü birləşmələrdir. Sarımsağın tərkibində olan efir yağında kükürd olduğu üçün, onun iyi çox kəskindir və yandırıcıdır.[2]
  • 24. Balqabaq Balqabağın dünyada 700-ə qədər növü vardır. Aşxana sortlu balqabaqlar dadlı və xoş ətirlidir. Tərkibində orta hesabla ətli hissədə 91,85% su, 0,95% sellüloza, 0,55% kül, 0,8% azotlu maddə, 0,1% yağ vardır. Qabıq hissəsində isə sellülozanın miqdarı 3,3%-dir. Yetişmiş balqabaqda şəkərin miqdarı orta hesabla 8%-dir. Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur. Toxumunun tərkibində 40% yağ, 28% zülal vardır. Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir. Geniş yayılmış sortlarından boz rəngli Volqa sortu orta gecyetişəndir. İri, yumru-yastı formada və açıq boz rəngdədir. Saxlanılma və daşınma üçün çox əlverişlidir. Sarı ətli hissəsi şirindir. Mozoleyev sortu çox yayılmış sortlardandır. Orta gecyetişəndir. Yumurtavari və ya uzunsov, rəngi sarıdır. Üzəri tünd yaşıl cizgilidir, orta irilikdədir. Ətli hissəsi dadlı, solğun çəhrayı rəngdədir. Ukrayna sortu çoxmeyvəli, zəif qabırğalıdır. Çəhrayı rəngdədir. Ətli hissəsi xırçıldayan çəhrayı rəngdə olur. Perexvatka-69 muskat ətirli və gecyetişən sortdur. Orta irilikdə və silindrik formada olub, ətli hissəsi dənəli, xırçıldayan və çəhrayı rəngdədir. Tərkibində 12 mq% karotin və C vitamini vardır. Biryuçekut, Başkir, Çərkəz, Altay sortları da var. Azərbaycanda Palov-Kadu-268, Perexvatka-69 və yerli balqabaq sortları yetişdirilir. Standart üzrə balqabaq təmiz, təzə, yetişmə dərəcəsinə görə birnövlü, sağlam, rəngi və forması təsərrüfat-botaniki sortuna müvafiq, bütöv saplaqlı olmalıdır. Balqabağın ən böyük en kəsiyinin diametri uzunsov formalılarda 12 smdən, yastı və dairəvi formalılarda isə 15 sm-dən az olmamalıdır.
  • 25. Kelem Kələmin elmi cəhətdən təsdiqlənmiş digər faydası da mədə və on iki barmaq bağırsaqda əmələ gələn yaralara müsbət təsir etməsidir. Bunun üçün 4-5 həftə ağ kələm suyunu içmək lazımdır. Kələm suyunu əldə etmək üçün təzə kələm yarpaqları yaxşıca yuyulur, suyu süzülür, nazik şəkildə doğranır və mətbəx robotundan keçirilir. Mədədə yaranan yanma və ağrı hissləri kələm suyunu içdikdən sonra demək olar ki, yox olacaq. Gündə bir litr kələm suyu yeməkdən sonra içilməlidir. Amma kələm suyunun təzə olmasına diqqət yetirilməlidir ki, tərkibindəki maddələr organizmə müsbət təsir göstərsin. Bəzi insanlarda kələm suyu qarında şişmə və köp əmələ gətirir. Buna görə də 1 fincan qaynar suya 1 çay qaşığı zirə qatmaq, üstünə qapaq örtmək və 10 dəqiqədən sonra içmək lazımdır. Antibiotiklərdən istifadə zamanı yaranan bağırsaq puzontusunu aradan qaldırmaq üçün kələm salatı yemək ya da kələm suyu içmək faydalıdır.
  • 26. Biber Faydaları İştahı açar, mədəni qüvvətləndirər və həzmi asanlaşdırar. Romatizmə yaxşı gəlir. Qanamaları önləyər. Cinsi arzunu artırar. Qırmızı bibər, insanı rahatladır və nəfəs yollarını açır. Bronxit və qrip kimi xəstəliklərdə faydalıdır. Ürək xəstəliklərinə qarşı qoruyucudur. Acı bibər, ağciyərləri təmizləyər və bəlğəm sökdürər. Oynaq iltihablanması, diş və boğaz ağrıları, romatizm, həzm sistemi pozuqluqları, soyuqdəymə kimi narahatlıqlarda faydalıdır. İstifadəsi Tərəvəz olaraq yeməklərdə və salatlarda istifadə edilir. Qızardılıb yeyilə bilir. Ayrıca, ədviyyatı da əldə edilər. Hər gün yaşıl bibər yemək arıqladır və immuniteti artırır. Buna görə də xəstəliklərdən qoruyur. Bibər mədə-bağırsaq sisteminin yaxşı işləməsinə kömək edir. Haqqında Amerika Kardiologiya Assosiasiyası tərəfindən aparılan araşdırmalara görə, acı bibərdən (çili) müntəzəm istifadə etmək ölüm riskini dörddə birə qədər azalda bilir.
  • 27. Aci biber Acı biber farklı türlerden, tadı acı olan biber çeşitlerine verilen ad. Uzun olanları sivri, ufak olanları cin biber olarak adlandırılır. Amerika kökenlidir. Bütün dünyada yiyecek ve ilaç malzemesi olarak kullanılmaktadır. Kırmızı biber, Amerika'da MÖ 7500'lü yıllardan beri insan beslenmesinin bir parçasıdır. Amerika'ya Avrupalıların gelmesiyle birlikte, önce İspanya ve Portekiz'de, daha sonra tüm Avrupa ve dünyada yayılmıştır.[1][2]
  • 28. Badimcan Badımcan (lat. Solanum melongena)[2] — quşüzümü cinsinə aid bitki növü.[3] Badımcançiçəklilər (Solanaceae) fəsiləsindən olub, tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər [3,2 %] olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır. Badımcan istisevən birillik bitkidir. Əsasən Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır. Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5–0,7% pektin maddəsi, 0,0044– 0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal badımcanın tərkibində 0,8–3,7% nişasta olur.