SlideShare une entreprise Scribd logo
1  sur  41
Üz - çənə nahiyəsinin iltihabi xəstəlikləri :
periostit , osteomielit limfadentit .
MƏMMƏDOV KAZIM
MPF-2
218A6B
Periostit
 Kaskin irinli periostit –çana və ang sümüküstlüyünün iltihabi olub , xroniki
periodontitin və kəskin irinli zirvə periodontitinin tez – tez rast gəlinən
ağırlaşmasıdır . Kəskin irinli periostitda eksudatın müayinəsi zamanı va
stafilokokkların müxtəlif növləri , həmçinin qramm müsbət və streptokokk
gramm mənfi çöplərdən ibarət qarışıq mikroflora tapılır . Kəskin və ya
kəskinləşmiş xroniki periodontit zamanı irinli eksudat Havers sümük
kanalcıqları , Folkman kanalları ilə yayılaraq çənənin sümüküstlüyü və
sümüküstlüyüaltı absesləri əmələ gətirir . Kəskin irinli periostit infeksiyanın
dişin zirvəsindən , həmçinin periodontun kənarından keçməsi nəticəsində
baş verə bilər . Bəzi hallarda odontogen kistaların irinləməsi və dişlərin
çətinliklə çıxması iltihabi proseslə nəticələnir , periodontdan
mikroorqanizmlər limfa damarları vasitəsilə də yayıla bilər .
 Ilkin mərhələdə kəskin irinli periostitdə
sümüküstlüyü şişkinləşmiş va leykositlərlə
infiltratlaşmış olur , infiltrat
sümüküstlüyünün qan damarları ətrafında
toplanır . Bununla yanaşı , birləşdirici
toxuma va damar divari liflərinin şişməsi
müşahidə olunur , sümüküstlüyünün daxili
qatı ila sümük arasında seroz – irinli eksudat
toplanır , eksudat tez bir zamanda irinlayir ,
olmuş periost hissəcikləri qopub düşür va
irin kütlalari ağız boşluğunun selikli qişasına
daxil olur . Adətən , 5-6 gündən sonra irin
selikli qişadan ağız boşluğuna axır .
Toxumaların şişkinləşməsi , damar reaksiyası
, damarlarda doluqanlılıq və staz əmələ
gəlir .
 Kliniki cəhətdən periostitin özünü büruzə verməsi ,
onun gedişi xəstənin orqanizminin reaktivliyindən ,
infeksiyanın virulentliyindan , prosesin yerləşdiyi
nahiyəsindən asılı olur və müxtəlifliyi ilə seçilir .
Kəskin irinli periostit zamanı əmələ gəlmiş iltihabi
proses ağrı , üzün yümşaq toxumalarının şişkinliyi va
hiperemiyası , ümumi halsızlıq və yüksək
temperaturla müşayiət olunur . İlkin dövrdə ağrı və
şişkinlik az olur , sonra 2-3 gün ərzində artır . Ağrı
bəzən bütün çənə və əng nahiyələrinə yayılır . Üçlü
sinirin şaxələrinin gedişi boyunca ağrı qulağa , göz
qapaqlarına , göz almasına irradiasiya olunur . İsti
prosedurlar zamanı ağrı artır , soyuq isə bir müddət
sakitləşdirir . Obyektiv əlamətlər prosesin hansı
nahiyədə yerləşməsindən asılıdır . Periostit ang və
çənənin ağız dəhlizi tərəfində baş verdiyi zaman
yumşaq toxuma həmin nahiyədə şişkinləşdiyindən
üzdə asimmetriya əmələ gəlir . Əgar periostit
axırıncı azı dişin əng və çənədən çətinliklə çıxması
nəticəsində baş verirsə , onda ağızın açılması
məhdudlaşır və ya heç açılmır – trizm baş verir .
 Çənə ətrafındakı iltihabla əlaqədar əmələ gələn şişkinliyə görə , bəzən
diaqnoz səhvən fleqmonoz proses kimi qoyula bilər . Nəzərə almaq
lazımdır ki , fleqmonadan fərqli olaraq şişkinləşmiş toxuma keçid büküşdə
toplanır , palpasiya zamanı yumşaq olur , yalnız dərinlikdə sümüküstlüyü
nahiyəsində ağrılı infiltrat hiss olunur . Kəskin irinli periostitda regionar
limfa düyünlərinin iltihabi reaksiyası , onların böyüklüyü və ağrılı olması ilə
özünü göstərir . Kəskin irinli periostitdə selikli qişanın hiperemiya va
şişkinliyi nəinki « səbəbkar » diş ətrafında , həmçinin uzaq toxumada da
yaranır . Artan iltihabi infiltrat nəticəsində keçid büküş hamarlaşır və bu
hissədə şişkinlik əmələ qəlir . Adətən , 5-6 gündən sonra , bəzən də daha
tez , toxumanın mahvi və irinli prosesin yayılması nəticəsində periostun bu
hissəsi dağılır . Bundan sonra əvvəlki şiddətli ağrılar azalır .
Sümüküstlüyünün altından irin selikli qişanın altına keçir , diş ətində
şişkinlik yaranır . Bəzən onun altında sarımtıl rəngli irin görünür , daha
sonra irin ağız boşluğuna açılır . Bununla əlaqədar olaraq ağrı və iltihab
əlamətləri tezliklə azalmağa başlayır .
Periostitin diaqnozunu təyin edərkən onu kəskin periodontitlə , kəskin
osteomielitla diferensiasiya etmək lazım gəlir . Kəskin irinli periodontit
iltihab ocağının bir diş həddində yerləşməsi , keçid pərdəsində
şişkinliyin olması və şiddətli diş ağrısı ilə fərqlənir. Kəskin osteomielit
zamanı sumukustluyunun iltihabı eyni zamanda həm daxili , həm də
xarici, yeni dil-damaq və ağız dəhlizi tərəfindən başlayır.
 Periostitdə- iltihabi proses birtərəfli olur və yalnız xəstə diş laxlayır .
Osteomielitda isə həm xəstə diş , həm də ondan öndə və arxada yerləşən ,
tacları tamam sağlam olan dişlər tərpənir.Osteomielit zamanı xəstədə
ümumi intoksikasiya özünü qabarıq şəkildə büruzə verir. Periostitdə isə bu
zəif şəkildə və ya bəzi hallarda heç olmaya da bilər . Son illər mikrobların
dəyişməsinə , qarışıq floranın və anaerob bakteriyaların tez-tez təsadüf
olunmasına görə Periostitin klinik gedişi xeyli dəyişdiyi üçün diaqnozun
təyinində səhvə yol verilir. Rentgenoloji müayinədə diş zirvəsi ətrafı
sümükdə defekt görünür .
Müalicə
Xəstəliyin inkişaf fazası və xəstənin obyektiv vəziyyətindən asılıdır . Başlanğıc dövrdə
proses konservativ müalicə olunduqda geri dönəndir . Müalica kompleks şəkildə aparılır ,
poliklinika şəraitində də həyata keçirilir .
 Penisillin, streptomitsin, tetratsiklin, eritromisin
 Fuzidin-natrium
 A,C,P, nikotin turşusu, Pirogenal
 Konservativ müalicə kömək etmədikdə əksər xəstələrə cərrahi
müdaxilə edirlər . Bu həm iltihabi infiltrasiya , həm də irinli
mərhələdə olur . Bu zaman iltihab ocağı ambulator şəraitdə açılır .
Bunun üçün kəsik ediləcək nahiya tam keyfiyyətli
ağrısızlaşdırılmalıdır . Bu zaman an çox yerli , nəqledici və
infiltrasion anesteziyadan istifadə olunur . Bu məqsədlə 1-2 % -li
novokain , trimekain , yaxud 2 % -li lidokain işlədilir . Əgər
sümüküstlüyüaltı irinlik ağız dəhlizi nahiyəsindədirsə , bu zaman
kəsik keçid büküşünə paralel olaraq bütün infiltrasiya sahəsi üzrə
selikli qişa , selikaltı qat , sümüküstlüyü , sümüyə kimi aparılır .
Damaq absesində oprerativ müdaxilə nəqledici ağrısızlaşdırma ,
keyləş dirmə ilə aparılır . Keyləşdirici məhlul damağın böyük
dəliyinə sağ və soldan yeridilir . Damağın böyük arteriyasını
zədələnməmək üçün kəsik daha çox şişkinləşmiş toxumada ,
damağın orta xottino paralel aparılır . Sonra cərrah yaraya enli
rezin – drenaj salır ki , bu da yara kənarının birləşməsinin qarşısını
alır və irinin yaxşı axmasına şərait yaradır . Yaxşı nəticəni irinliyin
divarından üçbucaq şəklində selikli qişanın kəsilməsi verir . Bu da
irinin yaxşı axmasını təmin edir , çünki yara kənarı bitişmir . Cərrahi
müdaxilə zamanı infiltrasion anesteziya nazik iynə vasitəsilə
aparılır . Anestetik selikli qişaya və şərti kəsik üzrə aparılan
toxumalara yeridilir . İynəni irin boşluğuna keçirmək olmaz .
 Çənə şaxəsi sümüküstlüyünün daxili və xarici
səthində iltihab ocağını açmaq üçün xüsusi üsul tələb
edilir . Çənənin şaxəsi xarici səthi tərəfdə iltihab
ocağının kəsiyini vestibulyar olaraq ikinci və üçüncü
böyük azı dişi səviyyəsində çəp xətlə aparılır . Sonra
raspator ilə sümüküstlüyü altında çənə şaxəsinin
bucağı istiqamətində , xaricdən çeynəmə əzələsini
əhatə etməklə kəsik aparılır . Yaraya mütləq dərinə
doğru drenaj üçün rezin boru yeridilir . Belə
lokalizasiyalı yara mütləq drenaj edilməlidir . Çünki
çeynəmə əzələsi çənəyə sıxılaraq irinin axmasını
çətinləş dirir . İrinlik açıldıqdan sonra məqsədyönlü
olaraq xəstəyə kalium - permanqanat məhlulu və ya
1-2 % -li Na - hidrokarbonatla ağızı yaxalamaq təklif
edilir .
Yara kənarının bitişməsinin qarşısını almaq və irinin axmasını təmin etmək üçün
yaraya rezin zolaq yeridilir . Kəskin irinli periostit zamanı iltihabi prosesin daha tez
kəsilməsi üçün 2-3 –cü gün irinliyin açılmasından sonra isti proseduralar təyin
edilə bilinər . İsidici vannalar , antiseptik məhlul və məlhəmlər , fizioterapevtik
proseduralar UYTS , elektroforezlə dimeksid təyin edilir . Bu zaman Dubrovskinin
isidici məlhəm sarğısı çox vaxt infiltratin məhdudlaşmasına gətirib çıxarır , iltihab
ocağı nahiyəsində dari 4 % -li qurğuşun məlhəmi ilə silinir ,üzərinə bir neçə qat
0,5 % -li kalium – permanganat .məhlulunda isladılmış tənzif qoyulur və sarınır.
Məlhəm sarğısı 10-12 saat sonra dəyişdirilir. Dəri qıcıqlanarsa , sarğı götürülür və
ya yalnız gecələr goyulur . Gündüz isə guru isidicidən istifadə olunur . Əgər dəri
yodun spirtli məhlulu ilə və ya tərkibində yod olan məlhəm ilə silinibsə , onda
Dubrovski sarğısı qoymaq olmaz . Analgetik Ağrını azaltmaq üçün bir çox dərman
maddələrindən analgindən və polivitaminlərdən istifadə olunur . Xəstə diş çox
dağılıbsa , müalicə olunması mümkün deyilsə , kəsik aparılan zaman diş
çəkilməlidir . Əgər kosmetik , funksional göstərişlərə əsasən saxlanılmalıdırsa ,
onda – müalicə edilir .
Praqnoz
 Vaxtında başlanmış və düzgün aparılmış müalicə nəticəsində iltihab
əlamətləri 3-5 gün ərzində sönür və sağalma gedir . Müalicə düzgün
aparılmadıqda və iltihabi prosesin aqressivliyi sərt damaq nahiyəsindən
ikincili kortikal osteomielitin inkişafına səbəb ola bilər . Özbaşına açılan
irinliyin tam drenaj olunması nəticəsində damaqdakı iltihabi şişkinlik çox
vaxt çəkilmir , bir neçə həftə davam edir . Burada açılmış dəlikdən tədricən
irin xaric olur . Yarımkəskin gedişli proses zamanı abses boşluğunda az
miqdarda irin olur . Çox hissəsini qranulyasiya , qopmuş nekrotik sümük
hissələri – sekvestrlər təşkil edir .
 İrinin sümüküstlüyü altından damaq altına , oradan da ağız boşluğuna deyil
, əngi əhatə edən yumşaq toxumaya yayılması baş versə , abses və ya
fleqmona əmələ gəlir . Xəstənin vəziyyətindən asılı olaraq ayrı – ayrı
ixtisaslı həkimlər ilk yardım kimi yuxarıda qeyd olunan üsul ilə irinli
eksudati xaric etməyi bacarmalıdırlar .
Osteomielit
 Hematogen osteomielit infeksiyanin qan vasitəsilə sümük
iliyine düşməsi nəticəsinde baş verir.
 Travmatik osteomielitlər travmatik zədələnmələr nəticəsində
infeksiyanın xaricdən düşməsi hesabına əmələ gəlir .
 Odontogen osteomielit əng və çənənin sümük toxumalarının
infeksion allergik tobiətli irinli – nekrotik iltihabıdır . Daha çox
20-40 yaşlı şəxslərdə müşahidə olunur . Belə halda çənə
məruz qala bilir . 59,2 % , ang isa 40,8 % zədələnməyə məruz
qala biler.
 Xəstəliyin əmələ gəlməsi və gedişi xüsusiyyətləri orqanizmin reaktiv
liyindən asılıdır . Belə ki , immunoloji reaktivlik aşağı olduqca ,
osteomielitin destruktiv formasının inkişafetmə ehtimalı daha çox olur .
Buna görə də qripdən , tonzillitdən , pnevmoniyadan sonra , diabet və
alkoqolizm zamanı meydana çıxan kəskin odontogen infeksiya daha ağır
keçir . Həmçinin , ağız boşluğunda olan patoloji proseslər , mikrofloranın
virulentliyi və toksikliyi də iltihabın gedişinə təsir edir . Kəskin irinli –
nekrotik proses sümüyün məhdud sahəsində inkişaf edə bilər yaxud ang
və çənənin digər sahələrinə yayılıb diffuz osteomielit xarakteri ala bilar .
İrinli – nekrotik iltihabın parodontun bütün toxumalarına yayılması bu
forma üçün səciyyəvidir və belə halda iltihab periodonta , periosta ,
sümüyün sərt və süngəri maddələrinə , yaxında olan yumşaq toxumalara
yayılır . Bu vaxt zədələnmiş toxumaların qidalanması pozulur və nəticədə
onların nekrozu inkişaf edir . Nekrozlaşmış sümük sahələri tədricən
məhdudlaşır və onların ətrafında qranulyasiya toxuması inkişaf edir .
Prosesin xroniki gedişində sekvestrlər əmələ gəlir . Sonralar osteomielit
ocağı ətrafında sekvestr kapsulu inkişaf edir
 Çənə osteomieliti iltihabi
prosesə görə :
 1 ) məhdud ;
 2 ) diffuz ;
 Gedişinə görə :
 3 ) kəskin ;
 4 ) yarımkaskin ;
 5) xroniki olur .
Kəskin osteomielit
 Bakteriyanın virulentliyindən və orqanizmin ümumi vəziyyətindən asılı
olaraq osteomielit prosesi nisbatan zəif və ya sürətli inkişaf edir . İltihabi
xəstəlik inkişaf etdikdə ilk əlamət diş nahiyəsində olan ağrıdır . Perkussiya
zamanı ağrı artır . Diş əti hər iki tərəfdə ödemləşir və hiperemiyalaşır . Əllə
toxunduqda bu hissələrdə də ağrılar olur . Bodon temperaturu 37,5-38 ° C
– yə qədər yüksəlir . Xəstələr ümumi halsızlıqdan şikayətlənirlər .
Osteomielitin bela inkişafı periostita bənzəyir . Osteomielitin sakit və
məhdudlaşmış forması ilə bərabər , sürətlə inkişaf edən formalarına da rast
gəlinir . Adətən , prosesin kəskin fazasında regionar limfa düyünlərinin
böyüməsi və ağrılı olması müəyyən edilir . Kəskin osteomielitin
diaqnostikası xəstəliyin ilk günlərindən çətinlik törədir . Yayılmış
periodontit va periostitin olması diaqnozun düzgün qoyulmasına şübhə
yeri qoymur .
 Osteomielitin kəskin fazası 7 gündən 14 günə qədər davam edir . Yarımkəskin
fazaya keçid fistulanın əmələ gəlməsi nəticəsində eksudatin ilithabi ocaqdan
axması dövrünə düşür . Müalicə cərrahi və konservativ üsulladır . Bundan əlavə
ümumi möhkəmləndirici və fizioterapevtik müalicə də aparılır . İltihabın yerli
ocağının müalicəsində asas yer tutan cərrahi müdaxilə üsuludur . Müalicəyə nə
qədər tez başlanılsa , effekt de bir o qədər tez alınar . Cərrahi müalicənin
yerinə yetirilməsinin əsasında « səbəbkar » dişi çıxar maq durur . Bununla ,
əvvəlcə orqanizmin sensibilizasiya mənbəyi aradan qaldırılır . Odontogen
osteomielit infeksion – allergik xəstəlik olduğundan sensi bilizasiya ocağını
aradan qaldırmaq vacibdir . Həmçinin dişi çıxarmaqla infeksiyanın periapikal
toxumalara generalizasiya olunması azalır və ya tamamilə yox olur . Buna görə
də dişi istənilən dövrdə çıxarmaq məqsədə uyğundur , amma erkən dövrdə
çıxarmaq daha münasibdir . Dişin çıxarması ilə həm də iltihab ocağının
drenajlaşdırılması asanlaşdırılır . İstənilən infeksion iltihabi xarakterli xəstəlikdə
dezintoksikasiya müalicənin əsas hissəsini təşkil edir .
 Dişi çıxardıqda iltihab ocağında toxumaların
aerizasiyası baş verir , bu isə anaerob
infeksiyanın inkişafının qarşısını alır . Sonda
dişi çıxarmaqla iltihab ocağında gərginlik
aradan qaldırılır , bu isə ağrının artmasını
yox edir . Dişi çıxarmaqdan əlavə ağızdaxili
kəsiklə məhdud infiltratı açmaq olar . Kəsik
sümüyə qədər edilir . Amma
sümüküstlüyünün qatlanmasının qarşısı
alınmalıdır . Bütün operativ müdaxilələr
toxumaların tam ağrısızlaşdırılması şəraitində
aparılmalıdır . Toxumaların
ağrısızlaşdırılmasının özü də iltihabi prosesin
gedişinə müsbət təsir göstərir .
 Ümumi möhkəmləndirici terapiyanı orqanizmin müqavimətini yüksəltmək
üçün təyin edirlər . İltihabi proses normergik xarakterli olduqda
fizioterapiya təyin edilir . Hiperergik xarakterli proseslərdə isə ehtiyatla
təyin etmək lazımdır , çünki , bu xəstələrdə laxtalanma yüksək olur və
damarlarda tromboz baş verə bilər . Təcrübə göstərir ki , bu xəstələrə isti
proseduralar təyin etdikdə infeksiyanın generalizasiyası baş verə bilər .
Medikamentoz müalicədə kimyəvi və bioloji antiseptiklərdən ,
antihistaminlərdən , hormonal preparatlardan , antikoaqulyantlardan ,
hiposensibilizasiyaedici preparatlardan istifadə edilir . Müalicədən əvvəl
xəstənin antibiotika hassaslığı təyin olunmalıdır . Əks təqdirdə allergik
vaziyyat yaranaraq , hotta anafilaktik şok baş verə bilər . Antibiotik va
sulfanilamid preparatlarının istifadəsində , həmçinin disbakterioz da baş
verə bilər .
Yarımkəskin osteomielit
 Irinin iltihab ocağından axmağa başlaması ilə bərabər kəskin iltihab əlamətləri sakitləşir . İrinin
axma istiqaməti təkcə ağız boşluğuna doğru deyil , həmçinin , digər toxumalara da yayılaraq
kəskin iltihabi prosesin başlanmasına səbəb ola bilər . Yarımkəskin osteomielitdə ağrılar azalır ,
ağızın selikli qişasının iltihabı zəifləyir , bədən temperaturu subfebril olur , qanın və sidiyin
göstəriciləri normaya yaxınlaşır . Belə halda fistuladan çoxlu irin ifraz olunur . Patomorfoloji
olaraq yarımkəskin osteomielitde zaifləmiş ocağın get – gedə məhdudlaşması və sümükdə
sekvestrlərin formalaşması gedir . Bu dövrdə nekrotik proseslə bərabər regenerativ xarakterli
dəyişikliklər də müşahidə olunur . Kəskin osteomielitdən fərqli olaraq , burada rentgenoloji
olaraq osteoporoz əlamətləri sağlam və zədələnmiş toxuma arasında zəif fərqlərlə nəzərə çarpır
lakin sekvestrlərin qəti sərhədləri olmur . Mineral duzların sorulması rentgenoqrammada
struktursuz sümük toxuması kimi görünür . Xəstəliyin anamnezi , kəskin formanın fistula əmələ
gətirməsilə qurtarması va rentgenoqrammanın göstəriciləri düzgün diaqnoz qoymağa əsas verir .
Yarımkəskin osteomielit 4-8 hafta davam edərək , heç bir nəzərə çarpan dəyişikliklər olmadan
xronikiyə keçir . Yarımkəskin osteomielitdə müalicə kəskin formada təyin edilən kimi davam
etdirilir
Xroniki osteomielit
 Osteomielitin bu forması an uzun çəkən formadır . 4-6
həftədən bir neçə aya qədər davam edə bilər . Sağalma
fonunda proses yenidən aktivləşərək fistula əmələ qətirir .
Xroniki prosesdə nekrozlaşmış sümük toxuması tamamilə
ayrılır və sekvestrlər meydana çıxır . Bəzən bu proses uzanır və
sağalma daha gec baş verir . Sekvestralrin ətrafında iltihabi
proses başlayır ( demarkasion iltihab ) . Qranulyasiya toxuması
sekvestr kapsulunu əmələ gətirir və bu da sümük
fraqmentlərinin yayılmasını məhdudlaşdırır . Sümüyün süngəri
( spongioz ) qatı daha böyük sekvestrlərin əmələ gəlməsinə
və nəticədə çənənin total nekrtozuna gətirib çıxarır .
 Sekvestrlərin fistula kanalından tam çıxması nəticəsində öz – özüno
sağalma baş verir . Lakin bu proses çox uzun çəkir . Bununla bela
prosesin homisa sakit keçməsi və kəskinləşməsini inkar etmək olmaz
. Çox vaxt xoşgedişli xroniki osteomielit kəskinləşərək ağırlaşmalar
verir . Buna göra da xastaliyin an xoş keçon formalarında da belə
müalicə vacibdir . Bəzi hallarda aktinomikozun sümük formasını inkar
edə bilmək üçün xüsusi müayinə metodlarından istifadə etmək lazım
gəlir . İrində aktinomisetlərin tapılması , xüsusi seroloji və dəri
reaksiyalarının nəticələrinə əsasən diaqnoz qoymağa və müalicə
aparmağa imkan verir .
 Rentgenoqrammada isə sekvestr boşluğu və boşluğun içərisinin
müxtəlif ölçülü sekvestrlərlə dolu olması kimi səciyyəvi əlamətlər
müşahidə olunur .
 Müalicə cərrahi yolladır . Sekvestrlərin formalaşması sona çatandan sonra
cərrahi müdaxiləyə optimal vaxt təyin edilir . Sekvestrlərin yaradan
təmizlənməsi onların tam « < yetişdiyi » > zaman aparılır . Sekvestroektomiya
Sekvestroektomiya zədələnmə ocağından asılı olaraq yerli anesteziya və ya
ümumi narkoz altında aparılır . Sekvestr boşluğunu açmaq üçün , adətən ,
kəsik fistuladan aparılır . Kəsiyin ölçüsü o qədər böyük olmalıdır ki ,
sekvestral boşluğu tam müayinə etmək mümkün olsun . Tam öz – özünə
ayrılmamış sümük sekvestr lərini əllə ayırmaq məqsədəuyğun deyil . Sekvestr
boşluğu hidrogen – peroksidlə yuyulur və boşluğa yodoform tamponu
yerləşdirilir . Tampona qədər isə yaranın kənarlarına tikiş qoyulur .
Osteomielit nəticəsində çənənin sınıq defekti əmələ gəlibsə , onda defekt
yeri əvvəlcədən hazırlanmış sümüklə plastika edilir. Defek yeri sərbəst
qabirğadan və ya qalça sümüyü darağından hazırlanmış transplantatla bərpa
edilir . İlk yardım isa hos- pitalizasiyadan ibarət olur .
Limfadenit
 Limfadenit – limfa düyünlərində baş verən iltihabi prosesdir . Adenofleqmona isə
səbəbi limfadenit olan toxumanın irinli iltihabıdır . Üz – çənə nahiyəsi
limfadenitinin səbəbi odontogen infeksiya ola bilər . Kəskin periodontit və ya
xroniki prosesin kəskinləşməsi zamanı diş kökü kistasının irinləşməsi ,
sümüküstlüyündə , çənə sümüyündə , çənə ətrafı toxumada gedən odontogen
proses üz – çənə nahiyəsinin limfadeniti ila nəticələnir . Xəstələrin ən böyük
grupunu odontogen infeksiyanın yayılmış forması təşkil edir . Bundan başqa üz –
çənə nahiyəsinin limfadeniti iltihabı xəstəliklər və ağızın selikli qişasının
zədələnməsi ( stomatogen ) , badam cıqlardan ( tonzillogen ) , xarici , orta və
daxili qulağın toxumasından ( otogen ) infeksiya yayıldıqda inkişaf edə bilər .
Nadir hallarda üz – çənə nahiyəsinin limfa düyünlərinin zədələnməsi üzün va
başın dərisinin zədələnməsi xəstəlikləri ilə əlaqələndirilir . Adenovirus və
respirator xəstəliklər olduqda üz və boyun nahiyəsinin postinfeksion
limfadenitləri olur .
Kəskin və xroniki limfadenit
ayırd olunur . Kəskin
limfadenit seroz və irinli
formada ola bilər . Xroniki
limfadenit hiperplastik
formalı gedişə malikdir va o
da irinli formaya keçə bilər .
Həm birincili , həm də
ikincili irinli proses kliniki
olaraq məhdud iltihabi
proses şəklində olur –
absesləşmiş limfadenit va ya
qonşu limfa düyünləri ilə
birlikdə toxuma törəməsinin
cəlb olunması ilə gedən
yayılmış zədələnmə -
adenofleqmona adlanır .
 Kaskin irinli limfadenit ( lymphadenitis acuta purulenta ) – üz – çənə nahiyəsinin limfa düyünlərinin
kəskin irinli iltihabı xroniki iltihab ilə müqayisədə az rast gəlinir . Kəskin irinli limfadenitin başlanğıc
əlamətlərini bəzi hallarda tam əminliklə qeydə almaq mümkün olmur . Çünki absesləşmədən öncə
kəskin seroz limfadenit olur , irinli ərimə isə yavaş və tədricən gedir , aşkar ümumi dəyişikliklərlə
müşayiət olunmur . Temperatur reaksiyası vacib deyil . Qandakı dəyişikliyi ( zaif leykositoz ,
neytrofilyoz , EÇS artması ) çənə və çənəətrafı yumşaq toxuma nahiyəsində iltihabi ocaqla izah etmək
olar . Limfa düyünlərinin irinli əriməsi gələcəkdə onların ağrılı olacağını , şişin artacağını göstərir . Bu ,
əksər halda yavaş olur , bir neçə gün , bəzən isə bir neçə həftə ərzində inkişaf edir . Eyni zamanda ,
limfa düyününə yaxın yerləşən toxumanın proqresivləşən infiltrasiyası müşahidə oluna bilər . Bu da
onun hərəkətini məhdudlaşdırır , bir neçə düyün bir kisədə birləşir , yumşalma və flüktuasiya əhval –
ruhiyyənin dəyişməsi yaranır . Kəskin limfadenitdə ümumi əlamətlər baş verir , azginlik olmaya bilər
və ya az ola bilər . Tədricən iltihablaşmış limfa düyününün yerində irinlik formalaşır . Xəstələrin
ümumi vəziyyəti prosesin kəskinliyindən və zədələnmiş toxumanın həcmindən asılıdır . Bədən tempe
raturu qalxır , təxminən 37,6 ° -38 ° C olur . Ancaq belə hal heç də bütün xəstələrdə olmur .
Xroniki limfadenit ( lymphadenitis chronica ) . Xroniki limfadenit limfa düyünlərində gedən
kəskin prosesin nəticəsidir . Nadir hallarda xroniki limfadenit kəskin mərhələ olmadan
müşahidə olunur . Bir çox müəlliflər bunu mikrofloranın xüsusiyyəti ilə , onların
virulentliyinin azlığı ilə əlaqələndirirlər . Klinikada xroniki limfadenit düyünlərinin böyüməsi ,
oval yaxud dairavi formada , dəqiq və hamar konturlu olması , ətraf toxuma ilə bitişməməsi
ilə səciyyələnir . Limfa düyünləri palpasiyada sart – elastik konsistensiyada və ağrısız olur .
Xroniki hiperplastik limfadeniti odontogen dəri və dərialtı qranuloma aktinomikozun
dərialtı forması , skrofuloderma , şiş metastazları ilə
diferensiasiya etmək lazımdır . Tez – tez xroniki limfadenitin irinləməsi əhəmiyyətli
dərəcədə olur və bu klinikada özünü xroniki irinli limfadenit şəklində göstərir . Bəzən
xroniki limfadenitin irinləməsi adenofleqmonaya səbəb olur .
 Miqrasiya İltihabi prosesin geriyə inkişafı zamanı infiltratın geriyə sorulması ve
fistula yolunun bağlanması müşahidə olunur . Çapıqlaşma nəticəsində əng və onun
dərin toxumalarının dəriyə tərəf dartılması və çəkilməsi müşahidə olunur .
Müalicə
 Kəski limfadenitdə əvvəlcə ilkin iltihabi ocaqda üalicəyə başlamaq lazımdır ( periostit
zamanı dişin çıxarılması , alveolit zamanı yuvanın işlənməsi və s . ) . Nəticədə limfa
düyünlərinə mikroorqanizmlərin keçməsinin qarşısını almaq mümkün olur . Seroz
limfadenitdə konservativ müalicə aparılır . Fizioterapevtik proseduralar ( sollyuks , ITC –
terapiya və s . ) göstəriş sayılır . İsidici sarğılar ( kalium – yod mazı ilə ) həmçinin
Dubrovinin isidici mazlı sarğıları yaxşı terapevtik effekti verir . İltihabi ocağı əhatə edən
toxuma novokain və yaxud trimekain , antibiotik , fermentlərlə infiltasiya olunur . Daxilə
vitamin , analgetik desensibilizə edən preparatlar təyin olunur . Süst və zəif gedişli
proseslərdə , ən əsaslı aparılan müalicə belə effektsiz olduqda , stimullaşdırıcı terapiya
aparılır ( autohemoterapiya , vitaminoterapiya ) . Limfa düyününün absesləşməsi zamanı
kəsik aparılır . Bu cərrahi müdaxilə çətinlik törətmir . Kəsik nazilmiş dəri nahiyəsində kiçik
ölçüdə aparılır . İrinli ocaqdan dağılmış limfa düyünü qalıqlarının çıxarılması vacib sayılır .
İrinli ocağın açılmasından sonra ilk günlərdə yaraya drenaj qoyulması məqsədəuyğundur
. Yerli olaraq furasilin qrupunun , ferment preparatlarının , stafilokokk əleyhinə plazmanın
və s . İstifadəsi göstəriş sayılır .
 Xroniki limfadenit da kəskin limfadenitda olduğu kimi müalicə
infeksiya mənbəyinin ləğvi istiqamətində aparılmalıdır .
Böyümüş limfa düyününün sorulmasını sürətləndirmək
məqsədi ilə novokain , trimekainla blokada etmak həmçinin
ora furasilin , ferment əlavə etmək olar . Isidici mazlı sarğılar
qoymaq tələb olunur . Punksiya və histoloji müayinələr
nəticəsində limfadenit diaqnozu təsdiqləndikdən sonra
fizioterapevtik prosedurlar ( kalium – yodla , fermentlərlə
dimeksidlə elektroforez ) tayin olunur . Qranulyasiyanın
inkişafı zamanı dəriyə doğru böyümüş törəmələr , limfa
düyünlərinin qalıqları kəsilir , qranulyasiya qaşınır , toxumalar
qat – qat tikilir . Dərinin çapıq deformasiyası zamanı , onun
ang və çənə ilə dərin toxumalarla birləşmiş hissələri qaşınır .
Fistul kəsilir . Qranulyasiya təmizlənir , yara qat – qat tikilir .

Contenu connexe

En vedette

How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthThinkNow
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfmarketingartwork
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024Neil Kimberley
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)contently
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024Albert Qian
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsKurio // The Social Media Age(ncy)
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Search Engine Journal
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summarySpeakerHub
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next Tessa Mero
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentLily Ray
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best PracticesVit Horky
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project managementMindGenius
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...RachelPearson36
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Applitools
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at WorkGetSmarter
 

En vedette (20)

How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work
 
ChatGPT webinar slides
ChatGPT webinar slidesChatGPT webinar slides
ChatGPT webinar slides
 

Psikatris.

  • 1. Üz - çənə nahiyəsinin iltihabi xəstəlikləri : periostit , osteomielit limfadentit . MƏMMƏDOV KAZIM MPF-2 218A6B
  • 2. Periostit  Kaskin irinli periostit –çana və ang sümüküstlüyünün iltihabi olub , xroniki periodontitin və kəskin irinli zirvə periodontitinin tez – tez rast gəlinən ağırlaşmasıdır . Kəskin irinli periostitda eksudatın müayinəsi zamanı va stafilokokkların müxtəlif növləri , həmçinin qramm müsbət və streptokokk gramm mənfi çöplərdən ibarət qarışıq mikroflora tapılır . Kəskin və ya kəskinləşmiş xroniki periodontit zamanı irinli eksudat Havers sümük kanalcıqları , Folkman kanalları ilə yayılaraq çənənin sümüküstlüyü və sümüküstlüyüaltı absesləri əmələ gətirir . Kəskin irinli periostit infeksiyanın dişin zirvəsindən , həmçinin periodontun kənarından keçməsi nəticəsində baş verə bilər . Bəzi hallarda odontogen kistaların irinləməsi və dişlərin çətinliklə çıxması iltihabi proseslə nəticələnir , periodontdan mikroorqanizmlər limfa damarları vasitəsilə də yayıla bilər .
  • 3.
  • 4.  Ilkin mərhələdə kəskin irinli periostitdə sümüküstlüyü şişkinləşmiş va leykositlərlə infiltratlaşmış olur , infiltrat sümüküstlüyünün qan damarları ətrafında toplanır . Bununla yanaşı , birləşdirici toxuma va damar divari liflərinin şişməsi müşahidə olunur , sümüküstlüyünün daxili qatı ila sümük arasında seroz – irinli eksudat toplanır , eksudat tez bir zamanda irinlayir , olmuş periost hissəcikləri qopub düşür va irin kütlalari ağız boşluğunun selikli qişasına daxil olur . Adətən , 5-6 gündən sonra irin selikli qişadan ağız boşluğuna axır . Toxumaların şişkinləşməsi , damar reaksiyası , damarlarda doluqanlılıq və staz əmələ gəlir .
  • 5.  Kliniki cəhətdən periostitin özünü büruzə verməsi , onun gedişi xəstənin orqanizminin reaktivliyindən , infeksiyanın virulentliyindan , prosesin yerləşdiyi nahiyəsindən asılı olur və müxtəlifliyi ilə seçilir . Kəskin irinli periostit zamanı əmələ gəlmiş iltihabi proses ağrı , üzün yümşaq toxumalarının şişkinliyi va hiperemiyası , ümumi halsızlıq və yüksək temperaturla müşayiət olunur . İlkin dövrdə ağrı və şişkinlik az olur , sonra 2-3 gün ərzində artır . Ağrı bəzən bütün çənə və əng nahiyələrinə yayılır . Üçlü sinirin şaxələrinin gedişi boyunca ağrı qulağa , göz qapaqlarına , göz almasına irradiasiya olunur . İsti prosedurlar zamanı ağrı artır , soyuq isə bir müddət sakitləşdirir . Obyektiv əlamətlər prosesin hansı nahiyədə yerləşməsindən asılıdır . Periostit ang və çənənin ağız dəhlizi tərəfində baş verdiyi zaman yumşaq toxuma həmin nahiyədə şişkinləşdiyindən üzdə asimmetriya əmələ gəlir . Əgar periostit axırıncı azı dişin əng və çənədən çətinliklə çıxması nəticəsində baş verirsə , onda ağızın açılması məhdudlaşır və ya heç açılmır – trizm baş verir .
  • 6.
  • 7.  Çənə ətrafındakı iltihabla əlaqədar əmələ gələn şişkinliyə görə , bəzən diaqnoz səhvən fleqmonoz proses kimi qoyula bilər . Nəzərə almaq lazımdır ki , fleqmonadan fərqli olaraq şişkinləşmiş toxuma keçid büküşdə toplanır , palpasiya zamanı yumşaq olur , yalnız dərinlikdə sümüküstlüyü nahiyəsində ağrılı infiltrat hiss olunur . Kəskin irinli periostitda regionar limfa düyünlərinin iltihabi reaksiyası , onların böyüklüyü və ağrılı olması ilə özünü göstərir . Kəskin irinli periostitdə selikli qişanın hiperemiya va şişkinliyi nəinki « səbəbkar » diş ətrafında , həmçinin uzaq toxumada da yaranır . Artan iltihabi infiltrat nəticəsində keçid büküş hamarlaşır və bu hissədə şişkinlik əmələ qəlir . Adətən , 5-6 gündən sonra , bəzən də daha tez , toxumanın mahvi və irinli prosesin yayılması nəticəsində periostun bu hissəsi dağılır . Bundan sonra əvvəlki şiddətli ağrılar azalır . Sümüküstlüyünün altından irin selikli qişanın altına keçir , diş ətində şişkinlik yaranır . Bəzən onun altında sarımtıl rəngli irin görünür , daha sonra irin ağız boşluğuna açılır . Bununla əlaqədar olaraq ağrı və iltihab əlamətləri tezliklə azalmağa başlayır .
  • 8.
  • 9. Periostitin diaqnozunu təyin edərkən onu kəskin periodontitlə , kəskin osteomielitla diferensiasiya etmək lazım gəlir . Kəskin irinli periodontit iltihab ocağının bir diş həddində yerləşməsi , keçid pərdəsində şişkinliyin olması və şiddətli diş ağrısı ilə fərqlənir. Kəskin osteomielit zamanı sumukustluyunun iltihabı eyni zamanda həm daxili , həm də xarici, yeni dil-damaq və ağız dəhlizi tərəfindən başlayır.  Periostitdə- iltihabi proses birtərəfli olur və yalnız xəstə diş laxlayır . Osteomielitda isə həm xəstə diş , həm də ondan öndə və arxada yerləşən , tacları tamam sağlam olan dişlər tərpənir.Osteomielit zamanı xəstədə ümumi intoksikasiya özünü qabarıq şəkildə büruzə verir. Periostitdə isə bu zəif şəkildə və ya bəzi hallarda heç olmaya da bilər . Son illər mikrobların dəyişməsinə , qarışıq floranın və anaerob bakteriyaların tez-tez təsadüf olunmasına görə Periostitin klinik gedişi xeyli dəyişdiyi üçün diaqnozun təyinində səhvə yol verilir. Rentgenoloji müayinədə diş zirvəsi ətrafı sümükdə defekt görünür .
  • 10. Müalicə Xəstəliyin inkişaf fazası və xəstənin obyektiv vəziyyətindən asılıdır . Başlanğıc dövrdə proses konservativ müalicə olunduqda geri dönəndir . Müalica kompleks şəkildə aparılır , poliklinika şəraitində də həyata keçirilir .  Penisillin, streptomitsin, tetratsiklin, eritromisin  Fuzidin-natrium  A,C,P, nikotin turşusu, Pirogenal
  • 11.  Konservativ müalicə kömək etmədikdə əksər xəstələrə cərrahi müdaxilə edirlər . Bu həm iltihabi infiltrasiya , həm də irinli mərhələdə olur . Bu zaman iltihab ocağı ambulator şəraitdə açılır . Bunun üçün kəsik ediləcək nahiya tam keyfiyyətli ağrısızlaşdırılmalıdır . Bu zaman an çox yerli , nəqledici və infiltrasion anesteziyadan istifadə olunur . Bu məqsədlə 1-2 % -li novokain , trimekain , yaxud 2 % -li lidokain işlədilir . Əgər sümüküstlüyüaltı irinlik ağız dəhlizi nahiyəsindədirsə , bu zaman kəsik keçid büküşünə paralel olaraq bütün infiltrasiya sahəsi üzrə selikli qişa , selikaltı qat , sümüküstlüyü , sümüyə kimi aparılır . Damaq absesində oprerativ müdaxilə nəqledici ağrısızlaşdırma , keyləş dirmə ilə aparılır . Keyləşdirici məhlul damağın böyük dəliyinə sağ və soldan yeridilir . Damağın böyük arteriyasını zədələnməmək üçün kəsik daha çox şişkinləşmiş toxumada , damağın orta xottino paralel aparılır . Sonra cərrah yaraya enli rezin – drenaj salır ki , bu da yara kənarının birləşməsinin qarşısını alır və irinin yaxşı axmasına şərait yaradır . Yaxşı nəticəni irinliyin divarından üçbucaq şəklində selikli qişanın kəsilməsi verir . Bu da irinin yaxşı axmasını təmin edir , çünki yara kənarı bitişmir . Cərrahi müdaxilə zamanı infiltrasion anesteziya nazik iynə vasitəsilə aparılır . Anestetik selikli qişaya və şərti kəsik üzrə aparılan toxumalara yeridilir . İynəni irin boşluğuna keçirmək olmaz .
  • 12.
  • 13.  Çənə şaxəsi sümüküstlüyünün daxili və xarici səthində iltihab ocağını açmaq üçün xüsusi üsul tələb edilir . Çənənin şaxəsi xarici səthi tərəfdə iltihab ocağının kəsiyini vestibulyar olaraq ikinci və üçüncü böyük azı dişi səviyyəsində çəp xətlə aparılır . Sonra raspator ilə sümüküstlüyü altında çənə şaxəsinin bucağı istiqamətində , xaricdən çeynəmə əzələsini əhatə etməklə kəsik aparılır . Yaraya mütləq dərinə doğru drenaj üçün rezin boru yeridilir . Belə lokalizasiyalı yara mütləq drenaj edilməlidir . Çünki çeynəmə əzələsi çənəyə sıxılaraq irinin axmasını çətinləş dirir . İrinlik açıldıqdan sonra məqsədyönlü olaraq xəstəyə kalium - permanqanat məhlulu və ya 1-2 % -li Na - hidrokarbonatla ağızı yaxalamaq təklif edilir .
  • 14.
  • 15.
  • 16. Yara kənarının bitişməsinin qarşısını almaq və irinin axmasını təmin etmək üçün yaraya rezin zolaq yeridilir . Kəskin irinli periostit zamanı iltihabi prosesin daha tez kəsilməsi üçün 2-3 –cü gün irinliyin açılmasından sonra isti proseduralar təyin edilə bilinər . İsidici vannalar , antiseptik məhlul və məlhəmlər , fizioterapevtik proseduralar UYTS , elektroforezlə dimeksid təyin edilir . Bu zaman Dubrovskinin isidici məlhəm sarğısı çox vaxt infiltratin məhdudlaşmasına gətirib çıxarır , iltihab ocağı nahiyəsində dari 4 % -li qurğuşun məlhəmi ilə silinir ,üzərinə bir neçə qat 0,5 % -li kalium – permanganat .məhlulunda isladılmış tənzif qoyulur və sarınır. Məlhəm sarğısı 10-12 saat sonra dəyişdirilir. Dəri qıcıqlanarsa , sarğı götürülür və ya yalnız gecələr goyulur . Gündüz isə guru isidicidən istifadə olunur . Əgər dəri yodun spirtli məhlulu ilə və ya tərkibində yod olan məlhəm ilə silinibsə , onda Dubrovski sarğısı qoymaq olmaz . Analgetik Ağrını azaltmaq üçün bir çox dərman maddələrindən analgindən və polivitaminlərdən istifadə olunur . Xəstə diş çox dağılıbsa , müalicə olunması mümkün deyilsə , kəsik aparılan zaman diş çəkilməlidir . Əgər kosmetik , funksional göstərişlərə əsasən saxlanılmalıdırsa , onda – müalicə edilir .
  • 17. Praqnoz  Vaxtında başlanmış və düzgün aparılmış müalicə nəticəsində iltihab əlamətləri 3-5 gün ərzində sönür və sağalma gedir . Müalicə düzgün aparılmadıqda və iltihabi prosesin aqressivliyi sərt damaq nahiyəsindən ikincili kortikal osteomielitin inkişafına səbəb ola bilər . Özbaşına açılan irinliyin tam drenaj olunması nəticəsində damaqdakı iltihabi şişkinlik çox vaxt çəkilmir , bir neçə həftə davam edir . Burada açılmış dəlikdən tədricən irin xaric olur . Yarımkəskin gedişli proses zamanı abses boşluğunda az miqdarda irin olur . Çox hissəsini qranulyasiya , qopmuş nekrotik sümük hissələri – sekvestrlər təşkil edir .  İrinin sümüküstlüyü altından damaq altına , oradan da ağız boşluğuna deyil , əngi əhatə edən yumşaq toxumaya yayılması baş versə , abses və ya fleqmona əmələ gəlir . Xəstənin vəziyyətindən asılı olaraq ayrı – ayrı ixtisaslı həkimlər ilk yardım kimi yuxarıda qeyd olunan üsul ilə irinli eksudati xaric etməyi bacarmalıdırlar .
  • 18. Osteomielit  Hematogen osteomielit infeksiyanin qan vasitəsilə sümük iliyine düşməsi nəticəsinde baş verir.  Travmatik osteomielitlər travmatik zədələnmələr nəticəsində infeksiyanın xaricdən düşməsi hesabına əmələ gəlir .  Odontogen osteomielit əng və çənənin sümük toxumalarının infeksion allergik tobiətli irinli – nekrotik iltihabıdır . Daha çox 20-40 yaşlı şəxslərdə müşahidə olunur . Belə halda çənə məruz qala bilir . 59,2 % , ang isa 40,8 % zədələnməyə məruz qala biler.
  • 19.  Xəstəliyin əmələ gəlməsi və gedişi xüsusiyyətləri orqanizmin reaktiv liyindən asılıdır . Belə ki , immunoloji reaktivlik aşağı olduqca , osteomielitin destruktiv formasının inkişafetmə ehtimalı daha çox olur . Buna görə də qripdən , tonzillitdən , pnevmoniyadan sonra , diabet və alkoqolizm zamanı meydana çıxan kəskin odontogen infeksiya daha ağır keçir . Həmçinin , ağız boşluğunda olan patoloji proseslər , mikrofloranın virulentliyi və toksikliyi də iltihabın gedişinə təsir edir . Kəskin irinli – nekrotik proses sümüyün məhdud sahəsində inkişaf edə bilər yaxud ang və çənənin digər sahələrinə yayılıb diffuz osteomielit xarakteri ala bilar . İrinli – nekrotik iltihabın parodontun bütün toxumalarına yayılması bu forma üçün səciyyəvidir və belə halda iltihab periodonta , periosta , sümüyün sərt və süngəri maddələrinə , yaxında olan yumşaq toxumalara yayılır . Bu vaxt zədələnmiş toxumaların qidalanması pozulur və nəticədə onların nekrozu inkişaf edir . Nekrozlaşmış sümük sahələri tədricən məhdudlaşır və onların ətrafında qranulyasiya toxuması inkişaf edir . Prosesin xroniki gedişində sekvestrlər əmələ gəlir . Sonralar osteomielit ocağı ətrafında sekvestr kapsulu inkişaf edir
  • 20.  Çənə osteomieliti iltihabi prosesə görə :  1 ) məhdud ;  2 ) diffuz ;  Gedişinə görə :  3 ) kəskin ;  4 ) yarımkaskin ;  5) xroniki olur .
  • 21. Kəskin osteomielit  Bakteriyanın virulentliyindən və orqanizmin ümumi vəziyyətindən asılı olaraq osteomielit prosesi nisbatan zəif və ya sürətli inkişaf edir . İltihabi xəstəlik inkişaf etdikdə ilk əlamət diş nahiyəsində olan ağrıdır . Perkussiya zamanı ağrı artır . Diş əti hər iki tərəfdə ödemləşir və hiperemiyalaşır . Əllə toxunduqda bu hissələrdə də ağrılar olur . Bodon temperaturu 37,5-38 ° C – yə qədər yüksəlir . Xəstələr ümumi halsızlıqdan şikayətlənirlər . Osteomielitin bela inkişafı periostita bənzəyir . Osteomielitin sakit və məhdudlaşmış forması ilə bərabər , sürətlə inkişaf edən formalarına da rast gəlinir . Adətən , prosesin kəskin fazasında regionar limfa düyünlərinin böyüməsi və ağrılı olması müəyyən edilir . Kəskin osteomielitin diaqnostikası xəstəliyin ilk günlərindən çətinlik törədir . Yayılmış periodontit va periostitin olması diaqnozun düzgün qoyulmasına şübhə yeri qoymur .
  • 22.  Osteomielitin kəskin fazası 7 gündən 14 günə qədər davam edir . Yarımkəskin fazaya keçid fistulanın əmələ gəlməsi nəticəsində eksudatin ilithabi ocaqdan axması dövrünə düşür . Müalicə cərrahi və konservativ üsulladır . Bundan əlavə ümumi möhkəmləndirici və fizioterapevtik müalicə də aparılır . İltihabın yerli ocağının müalicəsində asas yer tutan cərrahi müdaxilə üsuludur . Müalicəyə nə qədər tez başlanılsa , effekt de bir o qədər tez alınar . Cərrahi müalicənin yerinə yetirilməsinin əsasında « səbəbkar » dişi çıxar maq durur . Bununla , əvvəlcə orqanizmin sensibilizasiya mənbəyi aradan qaldırılır . Odontogen osteomielit infeksion – allergik xəstəlik olduğundan sensi bilizasiya ocağını aradan qaldırmaq vacibdir . Həmçinin dişi çıxarmaqla infeksiyanın periapikal toxumalara generalizasiya olunması azalır və ya tamamilə yox olur . Buna görə də dişi istənilən dövrdə çıxarmaq məqsədə uyğundur , amma erkən dövrdə çıxarmaq daha münasibdir . Dişin çıxarması ilə həm də iltihab ocağının drenajlaşdırılması asanlaşdırılır . İstənilən infeksion iltihabi xarakterli xəstəlikdə dezintoksikasiya müalicənin əsas hissəsini təşkil edir .
  • 23.
  • 24.  Dişi çıxardıqda iltihab ocağında toxumaların aerizasiyası baş verir , bu isə anaerob infeksiyanın inkişafının qarşısını alır . Sonda dişi çıxarmaqla iltihab ocağında gərginlik aradan qaldırılır , bu isə ağrının artmasını yox edir . Dişi çıxarmaqdan əlavə ağızdaxili kəsiklə məhdud infiltratı açmaq olar . Kəsik sümüyə qədər edilir . Amma sümüküstlüyünün qatlanmasının qarşısı alınmalıdır . Bütün operativ müdaxilələr toxumaların tam ağrısızlaşdırılması şəraitində aparılmalıdır . Toxumaların ağrısızlaşdırılmasının özü də iltihabi prosesin gedişinə müsbət təsir göstərir .
  • 25.  Ümumi möhkəmləndirici terapiyanı orqanizmin müqavimətini yüksəltmək üçün təyin edirlər . İltihabi proses normergik xarakterli olduqda fizioterapiya təyin edilir . Hiperergik xarakterli proseslərdə isə ehtiyatla təyin etmək lazımdır , çünki , bu xəstələrdə laxtalanma yüksək olur və damarlarda tromboz baş verə bilər . Təcrübə göstərir ki , bu xəstələrə isti proseduralar təyin etdikdə infeksiyanın generalizasiyası baş verə bilər . Medikamentoz müalicədə kimyəvi və bioloji antiseptiklərdən , antihistaminlərdən , hormonal preparatlardan , antikoaqulyantlardan , hiposensibilizasiyaedici preparatlardan istifadə edilir . Müalicədən əvvəl xəstənin antibiotika hassaslığı təyin olunmalıdır . Əks təqdirdə allergik vaziyyat yaranaraq , hotta anafilaktik şok baş verə bilər . Antibiotik va sulfanilamid preparatlarının istifadəsində , həmçinin disbakterioz da baş verə bilər .
  • 26. Yarımkəskin osteomielit  Irinin iltihab ocağından axmağa başlaması ilə bərabər kəskin iltihab əlamətləri sakitləşir . İrinin axma istiqaməti təkcə ağız boşluğuna doğru deyil , həmçinin , digər toxumalara da yayılaraq kəskin iltihabi prosesin başlanmasına səbəb ola bilər . Yarımkəskin osteomielitdə ağrılar azalır , ağızın selikli qişasının iltihabı zəifləyir , bədən temperaturu subfebril olur , qanın və sidiyin göstəriciləri normaya yaxınlaşır . Belə halda fistuladan çoxlu irin ifraz olunur . Patomorfoloji olaraq yarımkəskin osteomielitde zaifləmiş ocağın get – gedə məhdudlaşması və sümükdə sekvestrlərin formalaşması gedir . Bu dövrdə nekrotik proseslə bərabər regenerativ xarakterli dəyişikliklər də müşahidə olunur . Kəskin osteomielitdən fərqli olaraq , burada rentgenoloji olaraq osteoporoz əlamətləri sağlam və zədələnmiş toxuma arasında zəif fərqlərlə nəzərə çarpır lakin sekvestrlərin qəti sərhədləri olmur . Mineral duzların sorulması rentgenoqrammada struktursuz sümük toxuması kimi görünür . Xəstəliyin anamnezi , kəskin formanın fistula əmələ gətirməsilə qurtarması va rentgenoqrammanın göstəriciləri düzgün diaqnoz qoymağa əsas verir . Yarımkəskin osteomielit 4-8 hafta davam edərək , heç bir nəzərə çarpan dəyişikliklər olmadan xronikiyə keçir . Yarımkəskin osteomielitdə müalicə kəskin formada təyin edilən kimi davam etdirilir
  • 27.
  • 28. Xroniki osteomielit  Osteomielitin bu forması an uzun çəkən formadır . 4-6 həftədən bir neçə aya qədər davam edə bilər . Sağalma fonunda proses yenidən aktivləşərək fistula əmələ qətirir . Xroniki prosesdə nekrozlaşmış sümük toxuması tamamilə ayrılır və sekvestrlər meydana çıxır . Bəzən bu proses uzanır və sağalma daha gec baş verir . Sekvestralrin ətrafında iltihabi proses başlayır ( demarkasion iltihab ) . Qranulyasiya toxuması sekvestr kapsulunu əmələ gətirir və bu da sümük fraqmentlərinin yayılmasını məhdudlaşdırır . Sümüyün süngəri ( spongioz ) qatı daha böyük sekvestrlərin əmələ gəlməsinə və nəticədə çənənin total nekrtozuna gətirib çıxarır .
  • 29.
  • 30.  Sekvestrlərin fistula kanalından tam çıxması nəticəsində öz – özüno sağalma baş verir . Lakin bu proses çox uzun çəkir . Bununla bela prosesin homisa sakit keçməsi və kəskinləşməsini inkar etmək olmaz . Çox vaxt xoşgedişli xroniki osteomielit kəskinləşərək ağırlaşmalar verir . Buna göra da xastaliyin an xoş keçon formalarında da belə müalicə vacibdir . Bəzi hallarda aktinomikozun sümük formasını inkar edə bilmək üçün xüsusi müayinə metodlarından istifadə etmək lazım gəlir . İrində aktinomisetlərin tapılması , xüsusi seroloji və dəri reaksiyalarının nəticələrinə əsasən diaqnoz qoymağa və müalicə aparmağa imkan verir .  Rentgenoqrammada isə sekvestr boşluğu və boşluğun içərisinin müxtəlif ölçülü sekvestrlərlə dolu olması kimi səciyyəvi əlamətlər müşahidə olunur .
  • 31.
  • 32.  Müalicə cərrahi yolladır . Sekvestrlərin formalaşması sona çatandan sonra cərrahi müdaxiləyə optimal vaxt təyin edilir . Sekvestrlərin yaradan təmizlənməsi onların tam « < yetişdiyi » > zaman aparılır . Sekvestroektomiya Sekvestroektomiya zədələnmə ocağından asılı olaraq yerli anesteziya və ya ümumi narkoz altında aparılır . Sekvestr boşluğunu açmaq üçün , adətən , kəsik fistuladan aparılır . Kəsiyin ölçüsü o qədər böyük olmalıdır ki , sekvestral boşluğu tam müayinə etmək mümkün olsun . Tam öz – özünə ayrılmamış sümük sekvestr lərini əllə ayırmaq məqsədəuyğun deyil . Sekvestr boşluğu hidrogen – peroksidlə yuyulur və boşluğa yodoform tamponu yerləşdirilir . Tampona qədər isə yaranın kənarlarına tikiş qoyulur . Osteomielit nəticəsində çənənin sınıq defekti əmələ gəlibsə , onda defekt yeri əvvəlcədən hazırlanmış sümüklə plastika edilir. Defek yeri sərbəst qabirğadan və ya qalça sümüyü darağından hazırlanmış transplantatla bərpa edilir . İlk yardım isa hos- pitalizasiyadan ibarət olur .
  • 33. Limfadenit  Limfadenit – limfa düyünlərində baş verən iltihabi prosesdir . Adenofleqmona isə səbəbi limfadenit olan toxumanın irinli iltihabıdır . Üz – çənə nahiyəsi limfadenitinin səbəbi odontogen infeksiya ola bilər . Kəskin periodontit və ya xroniki prosesin kəskinləşməsi zamanı diş kökü kistasının irinləşməsi , sümüküstlüyündə , çənə sümüyündə , çənə ətrafı toxumada gedən odontogen proses üz – çənə nahiyəsinin limfadeniti ila nəticələnir . Xəstələrin ən böyük grupunu odontogen infeksiyanın yayılmış forması təşkil edir . Bundan başqa üz – çənə nahiyəsinin limfadeniti iltihabı xəstəliklər və ağızın selikli qişasının zədələnməsi ( stomatogen ) , badam cıqlardan ( tonzillogen ) , xarici , orta və daxili qulağın toxumasından ( otogen ) infeksiya yayıldıqda inkişaf edə bilər . Nadir hallarda üz – çənə nahiyəsinin limfa düyünlərinin zədələnməsi üzün va başın dərisinin zədələnməsi xəstəlikləri ilə əlaqələndirilir . Adenovirus və respirator xəstəliklər olduqda üz və boyun nahiyəsinin postinfeksion limfadenitləri olur .
  • 34.
  • 35. Kəskin və xroniki limfadenit ayırd olunur . Kəskin limfadenit seroz və irinli formada ola bilər . Xroniki limfadenit hiperplastik formalı gedişə malikdir va o da irinli formaya keçə bilər . Həm birincili , həm də ikincili irinli proses kliniki olaraq məhdud iltihabi proses şəklində olur – absesləşmiş limfadenit va ya qonşu limfa düyünləri ilə birlikdə toxuma törəməsinin cəlb olunması ilə gedən yayılmış zədələnmə - adenofleqmona adlanır .
  • 36.  Kaskin irinli limfadenit ( lymphadenitis acuta purulenta ) – üz – çənə nahiyəsinin limfa düyünlərinin kəskin irinli iltihabı xroniki iltihab ilə müqayisədə az rast gəlinir . Kəskin irinli limfadenitin başlanğıc əlamətlərini bəzi hallarda tam əminliklə qeydə almaq mümkün olmur . Çünki absesləşmədən öncə kəskin seroz limfadenit olur , irinli ərimə isə yavaş və tədricən gedir , aşkar ümumi dəyişikliklərlə müşayiət olunmur . Temperatur reaksiyası vacib deyil . Qandakı dəyişikliyi ( zaif leykositoz , neytrofilyoz , EÇS artması ) çənə və çənəətrafı yumşaq toxuma nahiyəsində iltihabi ocaqla izah etmək olar . Limfa düyünlərinin irinli əriməsi gələcəkdə onların ağrılı olacağını , şişin artacağını göstərir . Bu , əksər halda yavaş olur , bir neçə gün , bəzən isə bir neçə həftə ərzində inkişaf edir . Eyni zamanda , limfa düyününə yaxın yerləşən toxumanın proqresivləşən infiltrasiyası müşahidə oluna bilər . Bu da onun hərəkətini məhdudlaşdırır , bir neçə düyün bir kisədə birləşir , yumşalma və flüktuasiya əhval – ruhiyyənin dəyişməsi yaranır . Kəskin limfadenitdə ümumi əlamətlər baş verir , azginlik olmaya bilər və ya az ola bilər . Tədricən iltihablaşmış limfa düyününün yerində irinlik formalaşır . Xəstələrin ümumi vəziyyəti prosesin kəskinliyindən və zədələnmiş toxumanın həcmindən asılıdır . Bədən tempe raturu qalxır , təxminən 37,6 ° -38 ° C olur . Ancaq belə hal heç də bütün xəstələrdə olmur .
  • 37.
  • 38. Xroniki limfadenit ( lymphadenitis chronica ) . Xroniki limfadenit limfa düyünlərində gedən kəskin prosesin nəticəsidir . Nadir hallarda xroniki limfadenit kəskin mərhələ olmadan müşahidə olunur . Bir çox müəlliflər bunu mikrofloranın xüsusiyyəti ilə , onların virulentliyinin azlığı ilə əlaqələndirirlər . Klinikada xroniki limfadenit düyünlərinin böyüməsi , oval yaxud dairavi formada , dəqiq və hamar konturlu olması , ətraf toxuma ilə bitişməməsi ilə səciyyələnir . Limfa düyünləri palpasiyada sart – elastik konsistensiyada və ağrısız olur . Xroniki hiperplastik limfadeniti odontogen dəri və dərialtı qranuloma aktinomikozun dərialtı forması , skrofuloderma , şiş metastazları ilə diferensiasiya etmək lazımdır . Tez – tez xroniki limfadenitin irinləməsi əhəmiyyətli dərəcədə olur və bu klinikada özünü xroniki irinli limfadenit şəklində göstərir . Bəzən xroniki limfadenitin irinləməsi adenofleqmonaya səbəb olur .  Miqrasiya İltihabi prosesin geriyə inkişafı zamanı infiltratın geriyə sorulması ve fistula yolunun bağlanması müşahidə olunur . Çapıqlaşma nəticəsində əng və onun dərin toxumalarının dəriyə tərəf dartılması və çəkilməsi müşahidə olunur .
  • 39.
  • 40. Müalicə  Kəski limfadenitdə əvvəlcə ilkin iltihabi ocaqda üalicəyə başlamaq lazımdır ( periostit zamanı dişin çıxarılması , alveolit zamanı yuvanın işlənməsi və s . ) . Nəticədə limfa düyünlərinə mikroorqanizmlərin keçməsinin qarşısını almaq mümkün olur . Seroz limfadenitdə konservativ müalicə aparılır . Fizioterapevtik proseduralar ( sollyuks , ITC – terapiya və s . ) göstəriş sayılır . İsidici sarğılar ( kalium – yod mazı ilə ) həmçinin Dubrovinin isidici mazlı sarğıları yaxşı terapevtik effekti verir . İltihabi ocağı əhatə edən toxuma novokain və yaxud trimekain , antibiotik , fermentlərlə infiltasiya olunur . Daxilə vitamin , analgetik desensibilizə edən preparatlar təyin olunur . Süst və zəif gedişli proseslərdə , ən əsaslı aparılan müalicə belə effektsiz olduqda , stimullaşdırıcı terapiya aparılır ( autohemoterapiya , vitaminoterapiya ) . Limfa düyününün absesləşməsi zamanı kəsik aparılır . Bu cərrahi müdaxilə çətinlik törətmir . Kəsik nazilmiş dəri nahiyəsində kiçik ölçüdə aparılır . İrinli ocaqdan dağılmış limfa düyünü qalıqlarının çıxarılması vacib sayılır . İrinli ocağın açılmasından sonra ilk günlərdə yaraya drenaj qoyulması məqsədəuyğundur . Yerli olaraq furasilin qrupunun , ferment preparatlarının , stafilokokk əleyhinə plazmanın və s . İstifadəsi göstəriş sayılır .
  • 41.  Xroniki limfadenit da kəskin limfadenitda olduğu kimi müalicə infeksiya mənbəyinin ləğvi istiqamətində aparılmalıdır . Böyümüş limfa düyününün sorulmasını sürətləndirmək məqsədi ilə novokain , trimekainla blokada etmak həmçinin ora furasilin , ferment əlavə etmək olar . Isidici mazlı sarğılar qoymaq tələb olunur . Punksiya və histoloji müayinələr nəticəsində limfadenit diaqnozu təsdiqləndikdən sonra fizioterapevtik prosedurlar ( kalium – yodla , fermentlərlə dimeksidlə elektroforez ) tayin olunur . Qranulyasiyanın inkişafı zamanı dəriyə doğru böyümüş törəmələr , limfa düyünlərinin qalıqları kəsilir , qranulyasiya qaşınır , toxumalar qat – qat tikilir . Dərinin çapıq deformasiyası zamanı , onun ang və çənə ilə dərin toxumalarla birləşmiş hissələri qaşınır . Fistul kəsilir . Qranulyasiya təmizlənir , yara qat – qat tikilir .