Bütün sahələrin inkişafına təsir göstərən təhsil cəmiyyətin uğurlu istiqamətə yönləndirilməsində və mütərəqqi ənənələr vasitəsilə yüksək nailiyyətlərə çatmasında ən vacib istiqamətlərdən biri hesab edilir. Müasir dünyada gedən qloballaşma və informasiya cəmiyyəti ictimai həyatın bütün sahələrində, xüsusən təhsil sahəsində əsaslı dəyişiklikləri, yeni strateji yanaşmaları zəruri etmişdir. Cəmiyyətin informasiyalaşdırılması
COVID-19 pandemiyası dövründə xüsusi aktuallıq kəsb
edən distant təhsil modelini formalaşdırır. Bu təhsilalma forması, kompüterlərin və rabitə texnologiyalarının köməyi ilə həyata keçirildiyindən
məsafədən təhsil almaq istəyənlərin sayının artması müəyyən çətinliklərə səbəb olur. Ona görə də müasir elm və təcrübə potensialının öyrənilməsi istiqamətində Azərbaycanda məsafədən təhsilin inkişafı, təhsilalanların motivasiyası, təhsilin keyfiyyəti, distant təhsil texnologiyalarının metodiki və informasiya təminatı məsələlərinin öyrənilməsi əsas vəzifələrdən biri hesab edilir.
Education, that affects the development of all areas, is considered one of the most important directions in the successful direction of society and the achievement of high results through progressive traditions. Globalization and the information society in the modern world have necessitated fundamental changes and new strategic approaches in all spheres of public life, especially in the field of education. Informatization of society forms a model of distance education, which is especially relevant during the COVID-19 pandemic. Distance education is a form of training conducted under the guidance of teachers in the form of a whole network, integrated into traditional education. This form of education is carried out with the help of computers and communication technologies. For this reason, the increase in the number of people who want to study at a distance causes certain difficulties. Therefore, one of the main tasks in the study of the potential of modern science and practice in Azerbaijan is the development of distance education, motivation of students, quality of education, methodological and information support of distance learning technologies.
AZƏRBAYCANDA DİSTANT TƏHSİL: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR / DISTANCE EDUCATION...AzerbaijanJournalofE1
Müasir zamanın tələblərinə uyğun olaraq distant təhsilin geniş tətbiqi daha çox insanın təhsilə cəlb olunmasına imkan verir. Distant təhsil sayəsində ucqar kəndlərdə yaşayanlar, əlilliyi olanlar, müəyyən səbəblərə görə təhsilini davam etdirə bilməyənlər də rahat təhsil alır. Dünyanın bir çox ali təhsil müəssisələrində olduğu kimi Azərbaycanda da bu təhsilalma forması tətbiq edilməkdədir. Xüsusilə son dövrlərdə bu təhsilalma formasına çox önəm verilir. Ümumi təhsil müəssisələrində və universitetlərdə tədris prosesi tələbata uyğun hazırlanmış müvafiq proqramlar üzrə həyata keçirilir. Professor-müəllim heyəti üçün distant təhsillə bağlı xarici mütəxəssislərin iştirakı ilə mütəmadi olaraq təlimlər təşkil edilir. Təlimlərdə xüsusi yaradılmış platforma haqqında məlumatlar verilir, distant təhsildə istifadə olunan metodlar və texnologiyalar nəzərdən keçirilir. Məqalədə distant təhsil sahəsində atılan addımlar, görülən işlərlə yanaşı, dünyanın aparıcı elm mərkəzlərinin təcrübələrindən, onların Azərbaycanın təhsil müəssisələrinə tətbiqi məsələlərindən söz açılır.
The widespread use of distance education in accordance with the requirements of modern times allows more people to be involved in education. Thanks to distance education, people living in remote villages, people with disabilities, or those who for some reason cannot continue their education, also get a comfortable education. As in many higher education institutions of the world this form of education is widely used in Azerbaijan. Specially in last year this form of education received much attention. The educational process in general educational institutions and universities is carried out according to the relevant programs, developed in accordance with the needs. There are regularly organized trainings for professors-teachers of distance education with the participation of foreign experts. In the trainings there are provided information on a specially created platform, the methods and technologies used in distance education are considered. The article discusses the steps taken in the field of distance education, the work done, as well as the experiences of leading world scientific centers and their application in educational institutions of Azerbaijan.
İNKLÜZİV TƏHSİLDƏ SİNFİN EFFEKTİV İDARƏ EDİLMƏSİNİN MƏQSƏDİ VƏ ƏHƏMİYYƏTİ / T...AzerbaijanJournalofE1
Məqalədə inklüziv təhsilin tətbiqi ilə əlaqədar müxtəlif tarixi dövrlərdə qəbul olunmuş qərarlar, layihələr, pedaqoji təcrübələr araşdırılır, empirik metodların köməyi ilə təhlillər aparılır, onların səciyyəvi xüsusiyyətləri qeyd olunur. “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın əsas istiqamətləri şərh olunur, proqramın məqsədi və gözlənilən nəticələr açıqlanır. Burada, həmçinin Azərbaycanda inklüziv təhsillə bağlı dövlət proqramının icrasına dəstək məqsədilə həyata keçirilən layihələrin məzmunu və sinfin idarə edilməsi zamanı istifadə edilən metodlar nəzəri cəhətdən ümumiləşdirilir. Qeyd edilir ki, inklüziv təhsil sosial birliyi stimullaşdırır, əlilliyi olan uşaqların yaşıdlarından təcrid olunmalarının qarşısını alır, onların intellektual inkişafına, cəmiyyətə inteqrasiyasına və hüquqlarının təmin olunmasına kömək edir. Əlilliyi olmayan uşaqlarda isə öz həmyaşıdlarına və eyni sinifdə oxuyan fiziki məhdudiyyəti olan şəxslərə qarşı düzgün yanaşmanın formalaşmasına səbəb olur. Bundan başqa, inklüziv təhsil demokratik dəyərlərə – inama, cəsarətə, mərhəmətə, bərabərliyə, zorakılıqdan imtina etməyə səsləyir. Belə ki, inklüziya bütün uşaqların məktəbə getmək, öz fikrini ifadə etmək, keyfiyyətli təhsil prosesində iştirak edərək müəyyən nəticələr əldə etmək hüquqlarının təmin edilməsini və sosial təcridə məruz qala bilən şagirdlərə mənəvi dəstəyin göstərilməsini nəzərdə tutur. İnklüziv təhsil prosesində müəllimlər şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almaqla onların intellektual inkişafına səmərəli kömək göstərilməsinə imkan verən pedaqoji metodikaları, strategiyaları mənimsəyirlər. Effektiv təlim mühiti yaradan müəllim proaktiv münasibət göstərir. Məqalədə həm də sinfin effektiv idarə edilməsi qaydalarının əhəmiyyəti vurğulanır.
Decisions, projects, pedagogical practices made in different historical periods in connection with the application of inclusive education were studied, analyzes were conducted with the help of empirical methods, and their specific features were noted. The main directions of the “State Program for the Development of Inclusive Education for Persons with Disabilities in the Republic of Azerbaijan in 2018-2024” are explained, the goals and expected results of the development of education directly from the program are announced, as well as the “Teacher Development Program” The content of the project implemented to support the implementation of the state program on inclusive education in Azerbaijan and the methods used in classroom management are theoretically generalized. Inclusive education stimulates social cohesion, frees children with disabilities from peers and social isolation, helps them develop, integrate into life and ensure their rights. Children with disabilities develop compassion and care for their peers or people with disabilities in their classrooms.
VİRTUAL UNİVERSİTET: UTOPİYADAN ZƏRURİ REALLIĞA DOĞRU / VIRTUAL UNIVERSITY: F...AzerbaijanJournalofE1
Kompüter və informasiya texnologiyaları sahəsindəki mütəmadi yeniliklər informasiya cəmiyyətinin transformasiyası ilə yanaşı, öz
mühafizəkarlığı ilə seçilən təhsil sisteminin sürətli inkişafına da zəmin yaradır. Məqalədə onlayn təhsilin hazırkı vəziyyəti və informasiya platformaları
bazasında virtual universitetlərin yaradılması perspektivləri təhlil edilir. Belə platforma kimi Azərbaycanın informasiya texnologiyaları
(İT) şirkəti olan SINAM Məhdud Məsuliyyətli Cəmiyyətinin yaratdığı EMPRO sistemi (təhsil prosesinin idarə olunması, monitorinqi, sənədləşdirilməsi, hesabatlılığın təmin olunması, təhsil kontentinin çatdırılması və təhsilə nəzarət vasitələrindən ibarət tətbiqi proqram təminatı) təklif edilir. Bu sistemin fəaliyyəti çərçivəsində onun bütün istifadəçilərinin info-kommunikasiyalarını dəstəkləmək üçün proqram
həlli kimi intellektual virtual köməkçidən istifadə edilməsi tövsiyə olunur. Tədris prosesinin operativ monitorinqi məqsədilə istifadəçi aktivliyinin dinamikasını izləyən və sistemli təlimi təşviq edən intellektual
akademik reytinq sisteminin tətbiqinin vacibliyi elmi cəhətdən əsaslandırılır.
The rapid development of computer and information technologies continues to transform the information society and, among other things, forces the education system to evolve, which has always been distinguished by its conservatism. The article analyses the current state of on-line learning and the prospects for creating virtual universities based on information platforms. The EMPRO system (application software consisting of tools for managing, monitoring, documenting, reporting, delivering educational content and controlling the educational process) created by the Azerbaijani IT company SINAM Ltd is proposed as such platform. As part of the
functioning of this system, it is to use an intelligent virtual assistant as a software solution to support info-communications of all users of the system. For the purpose of operational monitoring of the learning process, it is to use an intelligent academic rating system that tracks the dynamics of user activity and contributes to systematic education.

Məqalədə anadilli Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan, özündən sonrakı bədii fikirdə davamlı bir ədəbi ənənə yaradan, orta əsrlər Azərbaycan ədəbiyyatının ustad sənətkarlarından biri olan Məhəmməd Füzuli yaradıcılığının bədii məziyyətlərindən və janr xüsusiyyətlərindən bəhs olunur. Füzuli sənətində qəzəlin özünəməxsus yer tutduğu, onun Azərbaycan, fars və ərəb dillərində yüzdən çox qəsidə yazdığı bildirilir. “Leyli və Məcnun”, “Bəngü Badə”, “Söhbətüləsmar”, “Həft cam” adlı poemalarının dil və üslubi xüsusiyyətləri, mövzu dairəsi və süjet xətti barədə məlumat verilir. Şairin nəzm ustadı olmaqla bərabər, “Rindü Zahid”, “Səhhət və Mərəz”, “Beş nəsr məktubu” (“Şikayətnamə” də daxil olmaqla), “Hədiqətüs-süəda” kimi əsərlərinin timsalında müqtədir nasir kimi də klassik Azərbaycan nəsrinin inkişafında mühüm rol oynadığı vurğulanır.
The article discusses the literary achievements of Muhammad Fuzuli, who has made unparalleled contributions to the development of native Azerbaijani literature. He is recognized as one of the masterful artists of medieval Azerbaijani literature, having created a continuous literary tradition and unique characteristics in his creative works and genre. It is reported that in the art of Fuzuli, the ghazal holds a distinctive place, and he wrote more than a hundred odes in Azerbaijani, Persian, and Arabic languages. Information about the language and stylistic features, thematic scope, and plot of the poems titled “Leyli and Majnun”, “Bangu-Bade”, “Sohbet-ul Asmar”, and “Haft-jam” is provided. Alongside being a master of poetic form, it is emphasized that the poet played a significant role in the development of classical Azerbaijani prose as an exemplar of his works such as “Rindu-Zahid”, “Sahhat and Maraz”, “Five Prose Letters” (including “Shikayetname”), and “Hadigatus-Suada”.
TƏHSİLALANLARIN QRUP HALINDA İDRAKİ HƏRƏKƏT FORMASININ PLANLAŞDIRILMASI / PLA...AzerbaijanJournalofE1
Məqalədə təhsilalanların qrup halında idraki hərəkət formasının (qrupun hər bir üzvünün potensial idrakı imkanları səfərbər edilməklə) planlaşdırılmasının didaktik anlayış olaraq necə dərk olunmasından, başlıca əlamətlərinin fərqləndirilməsindən, metodik sistemin digər komponentləri ilə dialektik əlaqələrinin müəyyənləşdirilməsindən, komponenti olduğu təlim sisteminin emercent təbiətindən (tamın hissəsini və ya alt sistemini özünə tabe etməsi), təhsil məkanının formalaşmasına sənaye inqilabının çağırışlarından, idarəetmənin paradiqmasından, paylaşılan təcrübənin (bəşər mədəniyyətinin-təcrübəsinin zəruri hissəsinin) ehtiva etdiyi elementlərdən, gözlənilən nəticələrdən, standartlardan, layihələşdirilən prosesdə qarşılıqlı əlaqəyə daxil olanların (öyrədən və öyrənənin) məkan halından (bəlli koordinatlara malik və ya laməkan mövcudluğundan), təbii və süni intellektin imkan daşıyıcılıq yükündən asılılığına diqqət yönəldilir. Bildirilir ki, söylənilən arqumentlərin mövcudluğu sözügedən gerçək hadisənin (nəzərə alınır ki, mənimsənilməsi planlaşdırılan təlim materialı və hər bir öyrənənin potensialına uyğun idraki hərəkət forması (təlim metodu) vahid halda məzmun qismində çıxış edir) mənimsəmə subyektlərinin qrup halında idraki hərəkət forması olması ilə bağlıdır. Hərəkət forması kimi qəbul edilən bu mövcudluq üsulunun (bu, elmi mənbələrdə təlimin təşkilat forması kimi interpretasiya olunur, onların sırasından əsas forma – “dərs” termini ilə məxsusi olaraq fərqləndirilir) keyfiyyətliliyi onun standartların, normaların, ictimai-iqtisadi inkişafın tələblərinə, dövlətin, cəmiyyətin və əsas komponent funksiyalı şəxsin maraqlarına uyğunluğu ilə müəyyən olunur.
The article describes a method for planning the cognitive aspect of movement in a group of students (with the mobilization of each member of the group’s potential cognitive capabilities) is understood as a didactic concept, the differentiation of its main signs, the identification of dialectical connections with various components of the methodological system, the emergent nature of the training system, the challenges, and it was focused on the expected results, standards, and criteria. It is claimed that the existence of the stated arguments is because the actual phenomenon in question (it is assumed that the training material planned to be mastered and the form of cognitive movement corresponding to the potential of each learner (training method) act as a single content) is a form of cognitive movement of the subjects. The quality of the method of existence, which is regarded as a form of movement (in scientific sources it is interpreted as a form of organizational education, distinguished in particular by the term “lecture”, which is the main form), is determined by its compliance with the requirements of standards, norms, socio-economic development, and the interests of the state, society, and the individual as the main component function.
DIGITAL TRANSFORMATION Of UNIVERSITIES IN TÜRKİYE AND KAZAKHSTAN: COMPARATIVE...AzerbaijanJournalofE1
The article focuses on the study of the digital transformation processes of universities in Türkiye and Kazakhstan. The authors presented the results of a comparative analysis of the digitalization of higher education at a country level; the main stages of digitalization of higher education are considered; the principles of construction and operation of these systems, as well as their common and different features are outlined; current problems of digitalization of higher education in two countries are highlighted. A comparative analysis was carried out based on such criteria as the digital literacy of teachers, the organizational process of digitalization of higher education, and digital literacy among students. A graphical interpretation of the current state of the use of digital technologies in the higher education system at a country level is presented.
This research is funded by the Committee of Science of the Ministry of Science and Higher Education of the Republic of Kazakhstan (Grant №. BR21882302 Kazakhstan’s Society in the Context of digital transformation: prospects and Risks).
Azerbaijan Journal of Educational Studies is an academic journal founded by the Ministry of Science and Education of the Republic of Azerbaijan. The journal publishes original articles in the following areas of research: education management; educational philosophy and educational theory; education policy; curriculum; educational technologies; pedagogy; sociology of education; history of education; special education; teacher training; assessment, etc. The journal also includes reviews of books on education published in local and foreign publications.
Azerbaijan Journal of Educational Studies is published four times per year. The journal is among the publications recommended
by the Supreme Attestation Commission under the President of the Republic of Azerbaijan.
YAŞAYAN GELENEKSEL SANATLARA BİR ÖRNEK: KEÇECİLİK VE BİR USTA / AN EXAMPLE OF...AzerbaijanJournalofE1
Geleneksel el sanatları içerisinde keçeciliğin tarihi kökleri oldukça eskiye dayanır. Türklerin bu alanda Milattan önceki Orta Asya dönemlerine kadar uzanan üretimleri vardır. Günümüzde gelişen teknoloji ve
değişen yaşam biçimleri nedeniyle keçe üretimi azalmıştır. Ancak üretimi azalan geleneksel keçeyi bazı ustalar yeniden üretmeye başlamışlardır. Keçe fonksiyonel kullanım alanı olan ürünlere
dönüşmüştür. Geleneksel keçe üretimini özveriyle devam ettiren, Konya ilinde yaşayan Celalettin Berberoğlu bu konuda iyi bir örnek
oluşturmaktadır. Kendisi elbise, aksesuar vb. alanlarda keçe üretmektedir. Unutulan bu geleneksel sanatın gelecek kuşaklara aktarılması önemlidir, bu amaç doğrultusunda maddi kültür ögesi olarak keçe
okullardaki müfredata da eklenmelidir. Sanatın eğitime olan eşsiz katkıları göz önünde bulundurularak keçecilik el becerisi ve özgün düşünmeye katkısı vesilesiyle eğitim sürecinin bir parçası haline getirilmesinde fayda vardır. Çalışmamızda geçmişte geleneksel yaygı amaçlı olarak üretilmiş olan keçenin farklı fonksiyonel kullanım alanlarında yeniden üretimi ile ilgili örnekler üzerinde durulacaktır.
The historical roots of felt is based on quite old in traditional craft.
The Turks has production in this area dating back to the Central Asia
of before Christ. Today the production of felt is decreased due to
emerging technologies and changing lifestyles. However, some of the
masters began to reproduce declining production of traditional felt.
Felt became the products that have functional usage area. Celalettin
Berberoglu is a good example in this regard who continuing efforts in
the production of traditional felt and lives in Konya. He produces felt areas like clothes, accessories etc. It is important to pass on this forgotten traditional art to future generations. It should be added to the curriculum in schools as a forgotten material culture element. In this study will be focus on examples of reproduction in different functional areas of felt which produced for traditional ground cloth purposes in the past.
QARABAĞ REGİONUNDA TƏHSİLİN İNKİŞAFI TARİXİNDƏN / ON THE HISTORY OF EDUCATION...AzerbaijanJournalofE1
Məqalədə Azərbaycanın Qarabağ regionunun təhsil tarixinə nəzər salınır. Qeyd olunur ki, XIX əsrdə fəaliyyət göstərmiş yeni dünyəvi məktəblər, o cümlədən 1830-cu ilin sentyabrında Şuşa şəhərində açılan qəza məktəbi Şimali Azərbaycanın Qarabağ regionu əhalisinin maariflənməsində mühüm rol oynadı. Azərbaycanın şimal əraziləri işğal edildikdən sonra isə ənənəvi məktəblərin fəaliyyətinə son qoyuldu, çar məmurları yetişdirən məktəblər açıldı. Məktəb binalarının,
mədəni-maarif müəssisələrinin milliləşdirilməsi sahəsində çətinlikləri aradan qaldırmaq və bölgədə təhsili inkişaf etdirmək məqsədilə 1920-ci ilin oktyabrında N.Nərimanov bir qrup dövlət xadimi ilə birlikdə Şuşaya gəldi. O, siyasi iradə göstərərək, Yuxarı (Dağlıq) Qarabağda xalq maarifinin təşkil olunması sahəsində qarşıda duran vəzifələrin
həyata keçirilməsi yollarını göstərdi. Tarixi tədqiqatlar sübut edir ki, XIX əsrə qədər Yuxarı (Dağlıq) Qarabağda erməni etnik kütləsi olmamışdır. Onlar buraya XIX əsrin əvvəllərindən etibarən çar Rusiyası tərəfindən köçürülmüşdür. Ermənilər Qarabağda avtoxton (yerli) olmalarını sübut etməyə cəhd etmələrinə və Yuxarı (Dağlıq) Qarabağa əsassız ərazi iddiaları irəli sürmələrinə baxmayaraq, onların bu regiona dair heç bir mədəni yaradıcılıq nümunəsi yoxdur. Məqalədə həm də Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin cəmiyyətdə diqqət mərkəzində olması və beynəlxalq problemə çevrilməsi, Qarabağ regionu
haqqında daha ətraflı məlumatların gənclərə çatdırılmasının vacibliyi nəzərə alınaraq Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində “Qarabağ tarixi”nin tədrisinə dair qərarın mahiyyəti əsaslandırılır.
The formation of the Karabakh region of Azerbaijan is considered in the Article. It is noted that the new secular schools operating in the 19th century, including the county school opened in Shusha in September 1830, played an important role in the education of the population of the Karabakh region of Northern Azerbaijan. After the occupation of the northern territories of Azerbaijan, the activities of traditional schools were stopped, and schools for the training of tsarist officials were opened. In order to overcome difficulties in the field of nationalization of school buildings, cultural and educational institutions, and
in order to develop education in the region, in October 1920, N. Narimanov arrived in Shusha with a group of statesmen. Having shown political will, he showed the ways to implement the tasks set for organizing public education in Upper (Nagorno) Karabakh. Historical studies prove that there was no Armenian ethnos in Upper (Nagorno) Karabakh until the 19th century. They were resettled here by tsarist Russia at the beginning of the 19th century. Despite the fact that the Armenians are trying to prove their autochthonousness in Karabakh and present unsubstantiated territorial claims to Upper (Nagorno) Karabakh, they have no examples of cultural creativity in this region.
AZƏRBAYCAN MƏKTƏBİ / AZERBAIJAN JOURNAL OF EDUCATIONAL STUDIES, Volume 694, I...AzerbaijanJournalofE1
«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil
texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan
kitablar haqqında icmallara yer verilir. «Azərbaycan məktəbi» ildə dörd dəfə (rüblük) nəşr olunur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər
sırasındadır.
Azerbaijan Journal of Educational Studies is an academic journal founded by the Ministry of Education of the Republic of Azerbaijan. The journal publishes original articles in the following areas of research: education management; educational philosophy and educational theory; education policy; curriculum; educational technologies; pedagogy; sociology of education; history of education; special education; teacher training; assessment, etc. The journal also includes reviews of books on education published in local and foreign publications.
Azerbaijan Journal of Educational Studies is published four times per year. The journal is among the publications recommended by the Supreme Attestation Commission under the President of the Republic of Azerbaijan.
NİZAMİ GƏNCƏVİ VƏ AZƏRBAYCAN DİLİ / NIZAMI GANJAVI AND THE AZERBAIJANI LANGUAGEAzerbaijanJournalofE1
Dahi Azərbaycan şairi Nizami Gəncəvi əsərlərini fars dilində yazsa da, milli mənsubiyyətini heç vaxt unutmamışdır. O bunu əsərlərində dönə-dönə vurğulamış, mənsub olduğu xalqdan, onun mənəvi, mədəni dünyasından, tarixi qəhrəmanlığından söz açmışdır. Xüsusilə epik əsərlərində işlətdiyi türk-Azərbaycan sözləri, o cümlədən xalqımızın bədii düşüncəsini təcəssüm etdirən və yalnız bizə aid olan atalar sözləri, hikmətli sözlər və məsəllər onun azərbaycanlı olduğunun ən bariz sübutudur. Müşahidələr göstərir ki, çox böyük ehtimalla şairin əsərlərində canlı danışıq dilindən götürülmüş yüzdən artıq kəlmənin işlədilməsi təsadüfi hadisə, yaxud söz ustadının sadəcə sinonimlik yaratmaq istəyi olmamışdır. Nizami dövrünün “gərək fars dilində yazsın sənətkar” stereotipini sındırmaq, türk-Azərbaycan sözləri ilə də mükəmməl əsərlər yazmağın mümkünlüyünü göstərmək istəmişdir. Bu həm bir ilk, həm də böyük missiya idi. Təsadüfi deyil ki, Nizamidən az sonra yaranan türkdilli bədii ədəbiyyat məhz onun təsiri ilə formalaşmış və inkişaf etmişdir. Nizami düşüncəsi, Nizami sözü bu ədəbiyyatın əsas leytmotivi olmuşdur. Buna görə də Nizaminin həyatını və yaşadığı tarixi dövrü dərindən öyrənmək, poetikasını təhlil etmək, dünyagörüşünün hüdudlarını müəyyənləşdirmək, onun haqqında müfəssəl təsəvvür yaratmaq baxımından şairin əsərlərindəki milli sözlərin öyrənilməsinin böyük əhəmiyyəti vardır.
Although the great Azerbaijani poet Nizami Ganjavi wrote his works in Persian, he never forgot his nationality. He repeatedly emphasized this in his works, spoke about the people to which he belonged, its spiritual, cultural world, and his historical heroism. Especially the Turkish-Azerbaijani words used in his epic works, as well as proverbs, and sayings that embody the artistic thinking of our people and belong only to us, are the most obvious proof that he is Azerbaijani. Observations show that it is probably not a coincidence or the master’s desire to create synonyms that more than a hundred words from the living language are used in the poet’s works. We think that Nizami wanted to break the stereotype of the period “an artist should write in Persian” and show the possibility of writing excellent works with Turkish-Azerbaijani words. This was both a first and a great mission. It is not a coincidence that the Turkish language fiction, which emerged shortly after Nizami, was formed and developed under his influence. Nizami’s thought and word were the main leitmotif of this literature. The study of national words in the works of the poet has great importance in terms of in-depth study of Nizami’s life and historical period, analysis of his poetics, defining the boundaries of his worldview, creating a detailed impression of him.
XVI-XIX ƏSRLƏRDƏ QARABAĞIN ƏNƏNƏVİ TƏHSİL OCAQLARI / TRADITIONAL EDUCATIONAL ...AzerbaijanJournalofE1
XIX əsrdə Rusiyanın nəzarəti altındakı bütün müsəlman-türk ölkələrində olduğu kimi Qarabağ bölgəsində də mərhələli müasirləşmə prosesi başlandı. Bu özünü, ilk növbədə təhsil sahəsində göstərirdi. Çar
Rusiyasının işğalından sonra Azərbaycanda açılan rus-tatar məktəbləri ilə başlayan müasirləşmə prosesi daha sonra cədidçilərin açdıqları milli xarakterli məktəblərlə davam etdirildi. Nəticədə, XX əsrin əvvəllərində Qarabağda kifayət qədər təsirli intellektual kütlə formalaşdı ki, onlar da Azərbaycanın mədəni-ictimai həyatında mühüm rol oynadılar. Tarix boyu Qarabağ bölgəsi təlim-tərbiyə mərkəzlərinə sahib olub. XVI-XIX əsrlərdə fəaliyyət göstərən bu mərkəzlər Qarabağın elmi-mədəni, sosial-ictimai inkişafında böyük rol oynayıblar. Rus işğalından
sonra da mövcudluğunu davam etdirən həmin ənənəvi təhsil ocaqları Qarabağda elm adamları və ədiblərlə birlikdə çoxlu sayda sənətkar da yetişdirib.
In the 19th century, the Garabagh region, like all Muslim-Turkish countries
under Russian control, underwent a gradual process of modernization. This process manifested itself primarily in the field of education This process, which began with the Russian-Tatar schools opened in Azerbaijan after the occupation of Tsarist Russia, was continued with the national schools opened by the Jadids. As a result, at the beginning of the twentieth century, a highly influential intellectual group was formed in Garabagh, which made its presence felt in the cultural and social life of Azerbaijan. Throughout history, there have been training centers in the Garabagh region. These centers, operating in the XVI-XIX centuries, played an important role in the scientific, cultural, social and public development of Garabagh. These traditional educational institutions, which continued to exist even after the Russian occupation, trained many artists in Garabagh along with scientists and writers.
AZƏRBAYCAN MƏKTƏBİ / AZERBAIJAN JOURNAL OF EDUCATIONAL STUDIES, Volume 695, I...AzerbaijanJournalofE1
«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan

Azerbaijan Journal of Educational Studies is an academic journal founded by the Ministry of Education of the Republic of Azerbaijan. The journal publishes original articles in the following areas of research: education management; educational philosophy and educational theory; education policy; curriculum; educational technologies; pedagogy; sociology of education; history of education; special education; teacher training; assessment, etc. The journal also includes reviews of books on education published in local and foreign publications. Azerbaijan Journal of Educational Studies is published four times per year. The journal is among the publications recommended by the Supreme Attestation Commission under the President of the Republic of Azerbaijan.
PROFESSOR ƏHMƏD SEYİDOVUN PEDAQOJİ FİKRİN FORMALAŞMASINA DAİR ARAŞDIRMALARI “...AzerbaijanJournalofE1
Azərbaycanda pedaqoji fikrin inkişaf tarixində xüsusi yeri olan pedaqoji elmlər doktoru, əməkdar elm xadimi, professor Əhməd Seyidovun elmi-pedaqoji fəaliyyətində əsas məqsəd xalqımızın zəngin pedaqoji ideyalar tarixinin araşdırılması, onun sistemli şəkildə öyrənilməsi olmuşdur. O, pedaqoji fikrimizin bütöv bir mərhələsini tədqiq edərək milli-mənəvi xəzinəmizə əvəzsiz töhfələr vermişdir. Böyük alim Azərbaycan maarifçiləri A.Bakıxanov, M.F.Axundov, M.Ş.Vazeh, S.Ə.Şirvani, H.Zərdabi, M.Füzuli, F.Köçərli, M.Ə.Sabir, C.Məmmədquluzadə haqqında fundamental tədqiqatlar aparmışdır. Ə.Seyidov pedaqogikanın tarixi ilə bərabər, nəzəriyyəsi ilə də məşğul olaraq bu problemlərə dair öz əhəmiyyətini itirməyən 100-dən artıq əsər və məqalə yazmışdır. Ə.Seyidovun elmi-pedaqoji fikirlərinin təbliğində “Azərbaycan məktəbi” jurnalı mərkəzi yerlərdən birini tutur. Azərbaycanın bir çox görkəmli alimləri kimi onun da ən yaxşı araşdırmaları məhz bu jurnalda çap olunmuşdur. Bu faktlar jurnalın pedaqogika elminin və pedaqoji fikrin formalaşmasındakı rolunun böyüklüyünü bir daha aydın göstərir.
The main purpose of the scientific and pedagogical activity of Doctor of Pedagogical Sciences, Honored Scientist, Professor Ahmad Seyidov, who has a special place in the history of development of pedagogical thought in Azerbaijan, was to study the history of rich pedagogical ideas of our people. He studied an entire stage of our pedagogical thought and made invaluable contributions to our national and spiritual treasury. The great scientist conducted fundamental researches on Azerbaijani enlighteners: A.Bakikhanov, M.F.Akhundov, M.Sh.Vauzeh, S.Shirvani, H.Zardabi, M.Fuzuli, F.Kocharli, M.A.Sabir, J.Mammadguluzade.
A.Seyidov, dealing with the history of pedagogy as well as his theory, has written more than 100 works and articles on these problems, which are still relevant today. “Azerbaijan Journal of Educational Studies” occupies one of the central places in the promotion of A.Seyidov’s scientific and pedagogical ideas. As many prominent scientists of Azerbaijan, his best researches were published in this journal. These facts once again shed light on the great role of the journal in the formation of pedagogical science and pedagogical thought.
LÜTFİ ZADƏNİN İRSİ VƏ QEYRİ-SƏLİS MƏNTİQİN HUMANİSTİK SİSTEMLƏRİN DAVRANIŞLAR...AzerbaijanJournalofE1
2017-ci il sentyabrın 6-da Berkli şəhərində (ABŞ, Kaliforniya) zəmanəmizin böyük alimi Lütfi Əsgər Zadə 97 yaşında vəfat etdi. Tətbiqi riyaziyyat və süni intellekt nəzəriyyəsinin bir sıra əsas elmi istiqamətlərinin banisi olan L.Zadənin şəxsiyyətində dünya elmi əvəzolunmaz itki ilə üzləşdi. Professor L.Zadə ətraf mühit haqqında mövcud təsəvvürləri sürətlə dəyişən yeni fundamental elmi paradiqmaları yaratmağa qadir
olan azsaylı alimlərdən biri idi. Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və linqvistik dəyişənlərin əsaslarının təməlini qoyan elmi tədqiqatları alimə dünya şöhrəti qazandırmışdır. L.Zadə qeyri-səlis məntiqin və təqribi mühakimə nəzəriyyəsinin tək banisi, eyni zamanda mümkünlük nəzəriyyəsinin və ümumi qeyri-müəyyənlik nəzəriyyəsinin, Z-ədədləri və ümumiləşdirilmiş məhdudiyyətlər nəzəriyyəsinin, dənəvər (qranulyar) və yumşaq hesablamaların müəllifidir.
September 6, 2017 in Berkeley (USA, California) at the 97-th year, the Great scientist of modernity Lotfi Askar Zadeh passed away. In the person of L.Zade, who is the founder of a number of major scientific directions in applied mathematics and the theory of artificial intelligence, world science has suffered an irreparable loss. Professor
L.Zadeh was one of those few scientists whose original ideas are capable of generating new fundamental scientific paradigms that are rapidly changing notions about the environment. The world-famous scientist was brought by his scientific research, which laid the foundations of the theory of fuzzy sets and linguistic variables. L.Zadeh is the personal founder of fuzzy logic and the theory of approximate reasoning, the author of the theory of possibility and the general theory of uncertainty, the developer of the theory of Z-numbers and generalized constraints, the founder of granular and soft computing.
AZƏRBAYCAN MƏKTƏBİ / AZERBAIJAN JOURNAL OF EDUCATIONAL STUDIES, Volume 696, I...AzerbaijanJournalofE1

kitablar haqqında icmallara yer verilir. «Azərbaycan məktəbi» ildə dörd dəfə (rüblük) nəşr olunur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MOBBİNQ / MOBBING IN EDUCATIONAL INSTITUTIONSAzerbaijanJournalofE1
Mobbinq iş yerində stress yaradan bir faktordur. Onun digər stress amillərindən fərqi insanda mənfi təsirlərinin uzun müddət qalmasıdır. Məqalədə müasir iş dünyasında daha çox rast gəlinən mobbinqin ümumi izahı verilmiş, onun təsir dairəsi, nəticələri, təhsil müəssisələrində mobbinq tətbiq olunan və onu tətbiq edənlərin xarakterik
xüsusiyyətlərinin izahı verilmişdir. Eyni zamanda təhsil müəssisələrində mobbinqin necə təsir yaratdığı və ona nə üçün müraciət edildiyi
müəyyən edilməyə çalışılmışdır. Keyfiyyət araşdırması olan sənəd analizi metodundan istifadə edilmiş və belə nəticəyə gəlinmişdir ki, mobbinq tətbiq olunan təhsil müəssisələrində müəllimlər dərsə maraqlı olmur, işə sədaqət prinsipi pozulur, ruh düşkünlüyü yaranır, bu neqativ hallar isə təhsilin keyfiyyətində əks olunur.
Mobbing is a factor which causes stress at work. Difference from other stress factors is that side effects of mobbing are long-lasting. The article gives a general explanation of mobbing, which is more common in the modern business world, its scope, results, the characteristics of those who use mobbing in educational institutions and those who use it. At the same time, an attempt was made to determine how mobbing affects educational institutions and why it is used. The method of document analysis, which is a qualitative research, was used and it was concluded that in educational institutions where mobbing is used, teachers are not interested in lessons, the principle of loyalty to work is violated, depression develops, and these negative situations are reflected in the quality of education.
MÜTALİƏ PEDAQOJİ PROBLEM KİMİ / READING AS A PEDAGOGICAL PROBLEMAzerbaijanJournalofE1
Araşdırmanın məqsədi mütaliənin pedaqoji problem olduğunu və məktəblilərin
mədəniyyətinin formalaşmasında oynadığı rolu müəyyənləşdirməkdir. Bu sahədə apardığımız tədqiqatın dayanıqlığına nail olmaq üçün Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin 2015-2019-cu illərdə ümumtəhsil məktəblərinin VIII-XI sinif
şagirdlərinin iştirakı ilə təşkil etdiyi “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb,
rayon (şəhər) və ölkə mərhələsinin imkanlarından istifadə etdik. Məktəb mərhələsi,
bədii əsər oxumağa meyil və maraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən şagirdlərin aşkara çıxarılmasına həsr edilmişdir. Şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları (oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s.) yazılı cavablandırmışdırlar. VIII-IX siniflər üzrə 10-dan, X-XI siniflər üzrə 15-dən artıq mütaliə etmiş şagirdlərin adlı siyahısı hazırlanmışdır. Hər məktəbdən ən çoxu 3 şagird seçilmiş, onların adlı siyahısı (adı, soyadı, atasının adı, oxuduğu məktəb, sinif) rayon (şəhər) mərhələsində iştirak etmək üçün təhsil şöbəsinə (idarəsinə) təqdim edilmişdir. Müsabiqənin rayon (şəhər) mərhələsi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatı (klassik ədəbiyyat, XX əsr ədəbiyyatı, müasir dövr ədəbiyyatı, görkəmli ədəbi şəxsiyyətlər və onların əsərləri, yaradıcılıq istiqamətlərinə görə onların müqayisəsi və s.) haqqında biliklərinin aşkara çıxarılmasına, oxuduqları bədii əsərlərin ictimai mahiyyətinin, insanların mənəvi tərbiyəsində rolunun, ədəbiyyat tarixində tutduğu yerin hansı səviyyədə dərk olunmasına yönəlmiş, həmin əsərlər və onlarda əks etdirilmiş surətlər barədə müstəqil fikirlərinin öyrənilməsini əhatə edən tapşırıqlar hazırlanmışdır. Tapşırıqlar 15 sual olmaqla 2 və daha artıq variantda hazırlanmış, hər bir sual yazılı cavablandırılmışdır. Tapşırıqların müvafiq meyarlar əsasında qiymətləndirilməsi başa çatdıqdan sonra hər iki şifrə tutuşdurulmaqla şagirdlərin nəticəsi müəyyən edilmiş, həmin nəticələr əsasında reytinq cədvəli tərtib olunmuş və qaliblər ölkə mərhələsinə göndərilmişdir. Ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə ölkə mərhələsi Bakı şəhərində təşkil olunmuş, bu mərhələdə 2016-cı ildə 93, 2017-ci ildə 111, 2018-ci ildə 110, 2019-cu ildə isə 125 nəfər iştirak etmişdir. Apardığımız araşdırma göstərir ki, son vaxtlar təhsil sahəsində həyata keçirilən məqsədyönlü islahatlar uşaqların mütaliə mədəniyyətinin inkişafına da təsir göstərmişdir. Bu işdə inkişafa nail olmağın səbəbi mütaliəninoxunun fəlsəfəsinin və metodikasının dəyişməsidir.
The aim of the research is to determine the role of reading in the formation of school culture. In 2015-2019, the Ministry of Education of the Republic of Azerbaijan held a competition “Literature connoisseurs” with the participation of students of 8 to 11 grades of secondary schools. The competition was organized at the school, district (city) and country levels.
AZƏRBAYCAN MƏKTƏBİ / AZERBAIJAN JOURNAL OF EDUCATIONAL STUDIES, Volume 697, I...AzerbaijanJournalofE1
“Azərbaycan məktəbi” Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil

kitablar haqqında icmallara yer verilir. “Azərbaycan məktəbi” ildə dörd dəfə (rüblük) nəşr olunur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

AZƏRBAYCANLI MÜƏLLİM KADRLARI HAZIRLIĞINDA İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASININ ...AzerbaijanJournalofE1
İrəvan şəhəri tarixən azərbaycanlıların yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri olub. İrəvan xanlığı 1390-cı ildən
1828-ci ilədək azərbaycanlılar tərəfindən idarə olunub. Azərbaycanı işğal edən çar Rusiyası xanlığı ləğv edərək burada erməni vilayəti təşkil etmiş, İrandan 40 min və Osmanlı dövlətindən 84600 ermənini bu torpaqlarda yerləşdirmişdi. Bunlara baxmayaraq İrəvan şəhəri həmişə öz milli kaloritini qoruyub saxlayıb. Məqalədə 1881-ci ildə təşkil edilən İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı müəllim kadrları hazırlığındakı rolundan bəhs olunur. Seminariya 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük
təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərib, pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazıb. Seminariyanın məzunları azərbaycanlıların yaşadığı
bölgələrdə dünyəvi məktəblərin açılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsində fəal iştirak etmiş, İrəvanda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində maarifin yayılmasında böyük fədakarlıq
göstərmişdilər. Bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 dekabr 2021-ci il tarixində “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bu sərəncam İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla tarixi yaddaşımızı bərpa etməyə və strateji hədəflərə nail olmağa hədəflənib.
The city of Iravan, historically inhabited by Azerbaijanis, was one of the major centers of science, education and culture. The Iravan Khanate was under the rule of the Azerbaijanis from 1390 to 1828. Tsarist Russia occupied Azerbaijan and created an Armenian province here, settling 40,000 Armenians from Iran and 84,600 Armenians from the Ottoman Empire. Despite this, the city of Iravan has always maintained its national identity where it played an important role in the development of education. The article discusses the role of the Iravan Teachers Seminary, founded in 1881, in the training of Azerbaijani teachers. The seminary has exceptional merits in the development of the literary, social, scientific and cultural life of the Azerbaijani population of Iravan with its highly qualified national teachers, modern worldview and thinking, and has written glorious pages in our chronicle of pedagogical ideas. The seminary graduates took an active part in the opening secular schools in the areas inhabited by Azerbaijanis, and involving school-age children in education, and played a huge role in the dissemination of education in Iravan, Nakhchivan and other regions of Azerbaijan. On December 29, 2021, the President of the Republic of Azerbaijan Ilham Aliyev signed the Decree “On the celebration of the 140th anniversary of the Iravan Teachers Seminary”.
EV MÜHİTİNİN ŞAGİRDİN AKADEMİK NAİLİYYƏTLƏRİNƏ TƏSİRİ — PISA 2018 / THE IMPAC...AzerbaijanJournalofE1
Tarix boyu şagirdlərin akademik nailiyyətlərinə hansı amillərin təsir etdiyi tədqiqatçıların diqqət mərkəzində olub. Bəziləri məktəb mühitinin şagird nailiyyətinə təsirini araşdırıb, bəziləri isə ev mühitinin şagirdin akademik göstəricilərinə böyük təsirinin olduğunu aşkar edib. Azərbaycanda da aparılan müxtəlif yerli və beynəlxalq qiymətləndirmələr çərçivəsində bu amillərin təsir səviyyəsi müəyyənləşdirilib. Ölkəmizin iştirak etdiyi beynəlxalq şagird qiymətləndirmələrindən biri də PISA tədqiqatıdır. PISA – Beynəlxalq Şagird Nailiyyətlərinin Qiymətləndirilməsi Proqramı (Programme for International Student Assessment) tədqiqatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) (Organisation for
Economic Co-operation and Development) tərəfindən 2000-ci ildən bəri hər 3 ildən bir təşkil olunaraq, 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət fənləri sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmə bacarığını yoxlayır. Bu məqalədə ev mühitinin PISA 2018 çərçivəsində şagirdlərin oxu, riyaziyyat, təbiət fənləri üzrə nəticələrinə necə təsir göstərdiyi araşdırılıb. Müəyyən olunub ki, ev mühitinin şagirdlərin akademik nəticələrinə təsir etməsi, istər İƏİT səviyyəsində, istərsə də Azərbaycan səviyyəsində özünü doğruldur. Həmçinin yekunda təhsildə ədalətin təmin olunması üçün atıla biləcək addımlara nümunələr göstərilib.
The factors influencing the academic achievement of students have always been the focus of researchers throughout history. Some have studied the impact of the school environment on student achievement, while others have found that the home environment has a major impact on student achievement. The level of impact of these factors is determined within the framework of various national and international assessments. One of these assessments in which our country takes part in is PISA assessment. PISA – Programme for International Student Assessment is implemented by the Organization for Economic Co-operation and Development since 2000 and once in 3 years. PISA measures 15-year-olds’ ability to use their reading, mathematics and science knowledge and skills to meet real-life challenges. This article examines how the home environment affects students' reading, math, and science results in PISA 2018. It was found that the impact of the home environment on students' academic results is justified both at the OECD level and at the Azerbaijani level. It also concludes with examples of steps that can be taken to ensure equity in education.
Refleksiya özünü şəxsi və peşəkar tərəfdən təhlil etmək üçün mühüm bir vasitə kimi uzun müddətdir ki, təbliğ olunur. Hesab edilir ki,
müəllimin inkişafı həmkarlarının müşahidəsi ilə idarə edilərsə və strukturlaşdırılmış müzakirələr ilə müşayiət olunarsa, daha səmərəli ola bilər. Bu tədqiqatın məqsədi müəllimlərin həmkarların müşahidərəy
modelinə münasibətini araşdırmaqdır. Güman edilir ki, müəllimlərin həmkarlarının müşahidəsinə və onların fəaliyyəti barədə rəy bildirməsinə cəlb olunması, təhsilverənlərin öz tədris üslublarını və metodologiyalarını təkmilləşdirməsinə imkan verəcək.
Reflection has long been advocated in the literature as a vital means of investigating the personal and professional self. It is believed that teacher development might be more efficient if driven by peer
observation and accompanied by a structured follow-up discussion. The purpose of this study is to investigate the attitudes of instructors towards a peer observation-feedback model. It is hypothesized that when involved in peer observation and feedback, instructors will report improvement on their teaching styles and methodology.
FASİLƏSİZ PEDAQOJİ TƏHSİLİN MƏZMUN VƏ TEXNOLOGİYALARININ BAŞLICA XÜSUSİYYƏTLƏ...AzerbaijanJournalofE1
Tədqiqatda fasiləsiz pedaqoji təhsilin məzmun və texnologiyalarının özünütəyin, özünütəşkil, elmi-pedaqoji təşəkkül, pedaqoji cəhətdən
özünütəkmilləşdirmə və özünürealizə kimi mərhələlərini səciyyələndirən xüsusiyyətlər fundamental tədqiqatlara və qabaqcıl təcrübələrə əsasən müəyyənləşdirilmişdir. Qeyd edilən mərhələlərin xüsusiyyətlərinin öyrənilməsi pedaqoji təhsilin məzmun və texnologiyalarının elmi-nəzəri əsasa söykənən modelinin tərtibinə xidmət göstərir. Pedaqoji təhsilin hər pillə və səviyyəsində məzmun və texnologiyaların mərhələli təşkilini ehtiva edən model, pedaqoji ixtisaslar üzrə
təhsilalanların peşəkar təhsil işçisi kimi formalaşmasına nail olmaq baxımından əlverişli hesab edilir.
The research identifies the features that characterize the stages of content and technology of continuous pedagogical education, such as self-determination, self-organization, scientific and pedagogical formation, pedagogical self-improvement and self-realization, based
on fundamental research and best practices. The study of the features of these stages serves to develop a model based on the scientific and theoretical basis of the content and technology of pedagogical education. The model, which includes the gradual organization of content and technology at each stage and level of pedagogical education, is considered suitable in terms of achieving the formation of students in pedagogical specialties as professional educators.

FASİLƏSİZ PEDAQOJİ TƏHSİLİN MƏZMUN VƏ TEXNOLOGİYALARININ BAŞLICA XÜSUSİYYƏTLƏ...
AZƏRBAYCANDA DİSTANT TƏHSİLİN TƏŞKİLİ / ORGANIZATION OF DISTANCE EDUCATION IN AZERBAIJAN
1. Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021. №4
105
http://as-journal.edu.az
AZƏRBAYCANDA DİSTANT TƏHSİLİN
TƏŞKİLİ
SƏBİNƏ CƏFƏROVA
Bakı Slavyan Universitetinin pedaqogika və psixologiya kafedrasının
doktorantı. e-mail: sabina_16_86@mail.ru
https://orcid.org/0000-0003-4083-9495
Bütün sahələrin inkişafına təsir göstərən təhsil cəmiyyətin uğurlu
istiqamətə yönləndirilməsində və mütərəqqi ənənələr vasitəsilə yüksək
nailiyyətlərə çatmasında ən vacib istiqamətlərdən biri hesab edilir.
Müasir dünyada gedən qloballaşma və informasiya cəmiyyəti ictimai
həyatın bütün sahələrində, xüsusən təhsil sahəsində əsaslı dəyişiklikləri,
yeni strateji yanaşmaları zəruri etmişdir. Cəmiyyətin informasiya-
laşdırılması COVID-19 pandemiyası dövründə xüsusi aktuallıq kəsb
edən distant təhsil modelini formalaşdırır. Bu təhsilalma forması,
kompüterlərin və rabitə texnologiyalarının köməyi ilə həyata keçiril-
diyindən məsafədən təhsil almaq istəyənlərin sayının artması müəyyən
çətinliklərə səbəb olur. Ona görə də müasir elm və təcrübə potensialının
öyrənilməsi istiqamətində Azərbaycanda məsafədən təhsilin inkişafı,
təhsilalanların motivasiyası, təhsilin keyfiyyəti, distant təhsil texnolo-
giyalarının metodiki və informasiya təminatı məsələlərinin öyrənilməsi
əsas vəzifələrdən biri hesab edilir.
Açar sözlər: Təhsil, distant, kompüter, təhsilalma forması, metod.
Məqaləyə istinad:
Cəfərova S. (2021). Azərbaycanda
distant təhsilin təşkili. Azərbaycan
məktəbi. № 4 (697), səh. 105–110
Məqalə tarixçəsi
Göndərilib: 24.05.2021
Qəbul edilib: 04.08.2021
ANNOTASİYA
2. Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021. №4
106 http://as-journal.edu.az
ORGANIZATION OF DISTANCE EDUCATION
IN AZERBAIJAN
SABINA JAFAROVA
Baku Slavic University, Department of Pedagogy and Psychology, Doctoral
student. e-mail: sabina_16_86@mail.ru
https://orcid.org/0000-0003-4083-9495
Education, that affects the development of all areas, is considered
one of the most important directions in the successful direction of
society and the achievement of high results through progressive tra-
ditions. Globalization and the information society in the modern world
have necessitated fundamental changes and new strategic ap-
proaches in all spheres of public life, especially in the field of education.
Informatization of society forms a model of distance education, which
is especially relevant during the COVID-19 pandemic. Distance edu-
cation is a form of training conducted under the guidance of teachers
in the form of a whole network, integrated into traditional education.
This form of education is carried out with the help of computers and
communication technologies. For this reason, the increase in the
number of people who want to study at a distance causes certain
difficulties. Therefore, one of the main tasks in the study of the potential
of modern science and practice in Azerbaijan is the development of
distance education, motivation of students, quality of education,
methodological and information support of distance learning tech-
nologies.
Keywords: Education, distance, computer, form of education, method.
To cite this article:
Jafarova S. (2021). Organization of
distance education in Azerbaijan.
Azerbaijan Journal of Educational
Studies. Vol. 697, Issue IV,
pp. 105–110
Article history
Received: 24.05.2021
Accepted: 04.08.2021
ABSTRACT
3. GİRİŞ
Təhsil cəmiyyətin həyatında mühüm, gərəkli
sahələrdən biri, insan hüquqlarının həyata ke-
çirilməsinin birbaşa asılı olduğu əsas nailiyyət-
lərin ən güclü hərəkətverici qüvvəsidir. Dövlətin,
millətin tərəqqi yolu təhsildən, elmdən keçir:
heç bir millət qılıncla, tüfənglə irəli getmir, han-
sı millət tərəqqi edirsə, bu ancaq təhsilin, elmin
gücünə baş verir (Quliyev, İsmixanov, 2020).
Təhsilin inkişafı cəmiyyətin tələbatından,
sosial-iqtisadi uğurlarından asılı olduğu kimi,
cəmiyyətin sosial-iqtisadi və mənəvi tərəqqisində
də təhsil həlledici rol oynayır. Təhsil insanlara
texnologiyaları çevik mənimsəmək, əmək
bazarında layiqli yer tutmaq, sağlam həyat tərzi,
ətraf mühitə münasibətdə düzgün mövqe seçmək
imkanı verir. Məhz buna görə də müasir təhsil
sisteminin qarşısında duran vacib vəzifələrdən
biri ömür boyu təhsil almaq imkanını təmin
etməkdən ibarətdir. Sürətli texnoloji tərəqqi
insandan öz bilik və bacarıqlarını daim
yeniləməyi, ehtiyac olduqda ixtisasını dəyişməyi,
həyatın tələblərinə çevik şəkildə uyğunlaşmağı
tələb edir.
Müasir dövrdə təhsil sisteminin qarşısında
duran mühüm vəzifələrdən bir də qloballaşma
və inteqrasiya ilə bağlıdır. Təhsilin qloballaşma
şəraitində beynəlxalq təcrübəni nəzərə almaqla
və mütərəqqi metodlardan, vasitələrdən istifadə
etməklə dünya təhsil sisteminə inteqrasiyası
onu daha da inkişaf etdirməyə, rəqabətəqabil-
liyini yüksəltməyə imkan verir. Bu vasitələrin
müvəffəqiyyətlə yerinə yetirilməsində distant
təhsilalma formasının rolu böyükdür. Təsadüfi
deyil ki, Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyasının IV strateji
istiqamətinin 4.3, 4.7 və 4.8-ci bəndlərində
Azərbaycanda distant təhsilin inkişaf etdirilməsi,
rəqəmsal təhsil resurslarından istifadə imkan-
larının genişləndirilməsi, təhsillə bağlı media
və internet resurslarının təmin edilməsi tələbi
irəli sürülür. Distant təhsil dedikdə, informasiya-
telekommunikasiya infrastrukturundan infor-
masiyanın ötürülməsi üçün istifadə olunması,
təhsilalanların və pedaqoji işçilərin sinxron və
ya asinxron qarşılıqlı əlaqəsini nəzərdə tutan
distant təhsil texnologiyalarının tətbiqi ilə təhsil
fəaliyyətinin təşkili başa düşülür (Tsyrenova,
2020).
Təhsilin informasiyalaşdırılması və elektron
idarəsi demokratik idarəetmədə mühüm yer-
lərdən birini tutur. Elektron idarəolunma sistemi
təhsil müəssisələrində rəhbərlik-təhsilalanlar,
təhsilverənlər-təhsilalanlar, təhsilverənlər-
valideynlər və rəhbərlik-pedaqoji kollektiv
münasibətlərində qarşılıqlı pedaqoji əlaqələri
düzgün formalaşdırır.
Dünyada gedən qloballaşma və informasiya
cəmiyyəti ictimai həyatın bütün sahələrində,
xüsusən təhsil sahəsində əsaslı dəyişikliklər,
yeni istiqamətlər yaratmışdır (Fərzanə, 2011;
Məmmədova, Səttarova, Bəşirova, 2014).
Ənənəvi təhsil formaları qlobal prosesləri, iqti-
sadi inkişafı, insan kapitalının formalaşması
üçün zəruri olan tələbləri və əhalinin artan
təhsil ehtiyaclarını tam şəkildə təmin edə bilmir,
bu səbəbdən də məsafədən təhsilə ehtiyac duyu-
lur, eyni zamanda distant təhsil modelinə tələbat
daha da artır. İnsanların ənənəvi formalar üzrə
təhsil alması, hətta təhsil sahəsində inkişaf
etmiş ölkələr üçün də çox mürəkkəbdir.
Məsafədən təhsilin tarixinə nəzər yetirsək
məlum olur ki, təhsіl tarіxən іkі іstіqamətdə
həyata keçіrіlіb: bіrtərəflі və іkіtərəflі. Bіrtərəflі
təhsіl dedikdə, öyrənənə təhsіlverən tərəfіndən
məsafəlі şəkіldə mövzu іlə bağlı materіalların
çatdırılması nəzərdə tutulur. İkіtərəflі dіstant
təhsіl іsə öyrədən və öyrənənіn məsafəlі şəkіldə
qarşılıqlı fіkіr mübadіləsі іlə həyata keçіrіlən
təhsіl forması kіmі qəbul edіlіb (Məmmədova,
Səttarova, Bəşirova, 2014; Azərbaycan Respub-
lіkasının Təhsіl Qanunu, 2009).
Müasir cəmiyyətin əsas xüsusiyyətlərindən
biri ondan ibarətdir ki, bilik, informasiya və
fikir mübadiləsini şəbəkələrdən istifadə etməklə
ali səviyyəyə çatdırır. Burada isə internetdən
istifadə etməklə məsafədən təhsil mühüm rol
oynayır. Dünya təhsil sistemində geniş yayılmış,
mütərəqqi və səmərəli olan bu təhsilalma
forması іkі subyektі: həm tələbə və onu dəs-
təkləyən təhsіl müəssіsəsіnі, həm də müəllim-
tələbə arasında müntəzəm dialoq, əks-əlaqəni
özündə bіrləşdіrir.
Azərbaycanda distant təhsilin təşkili
107
http://as-journal.edu.az
4. DİSTANT TƏHSİLİN TARİXİ VƏ
AZƏRBAYCANDA TƏŞKİLİ
Distant təhsilin tətbiqi ilə bağlı ilk məlumata
çex alіmі Yan Amos Komenskіnіn 1632-ci ildə
yazdığı “Böyük dіdaktіka” əsərіndə rast gəlirik.
Bu əsərdə öyrədənlə öyrənən arasındakı qar-
şılıqlı mübadіlə genіş şəkildə şərh edilmişdir.
Lakin dіstant təhsіl konsepsіyasının 1728-cі
іldən formalaşdığını qəbul edənlər də az deyіl.
Belə ki, həmin ildə Kaleb Fillips ölkənin hər
yerindən məktublar mübadiləsi yolu ilə steno-
qrafiya sənətini öyrənmək məqsədilə tələbə
toplamaq üçün Boston qəzetinə müraciət etmiş-
di. Bu, distant təhsilin başlanğıcı hesab edilirdi.
1892-ci ildə Amerikada “Poçt xidməti” vasitəsi
ilə Vilyam Reyni Harper Çikaqo Universitetində
ilk dəfə olaraq distant təhsil mərkəzi açmışdır.
1906-cı ildə bu təcrübədən Amerikanın Viskon-
sin Universitetində (University of Wisconsin)
də tətbiq edilmişdir.
XIX əsrin 50-ci illərində Berlin Universitetinin
fransız dili müəllimi C.Tusen və müasir dillər
üzrə Berlin Cəmiyyətinin üzvü Q.Lanqenşeydt
tərəfindən Berlində xarici dilləri qiyabi yolla
öyrənmək forması təşkil olunmuşdur (Fərzanə,
2011). XX əsrin əvvəllərində isə bu sahədə işlər
daha da intensivləşdirilmiş, Fransa, Kanada,
Rusiya və başqa ölkələrdə tətbiq edilməyə baş-
lanmışdır. Formalaşdığı tarixdən bu günə qədər
dіstant təhsіl konsepsіyası olduğu kіmі qalsa
da, dəyіşən təkcə kommunіkasіya kanalları
olub.
1969-cu ildə Böyük Britaniyada Açıq Uni-
versitetin əsasının qoyulması distant təhsilin
inkişaf etməsinə güclü təsir göstərmişdir. Belə
təhsil müəssisələri Türkiyədə, Avstriyada,
İsveçdə indi də fəaliyyət göstərməkdədir. 1972-
1985-ci illərdə dünyanın bir çox ölkələrində
(İspaniya, Koreya, Tayland, Kanada və s.)
məsafədən təlim üzrə ixtisaslaşmış təhsil
müəssisələri meydana gəlmişdir.
Hazırda ali təhsil insanların daha çoxu üçün
zərurətə çevrilir. Amma çox sayda insanın
ənənəvi formalar üzrə təhsil alması, hətta təhsil
sahəsində inkişaf etmiş ölkələr üçün də çətindir.
Ona görə də qloballaşma şəraitində təhsilin ən
yeni və effektiv texnologiyalarına, o cümlədən
distant təhsil texnologiyalarına tələbat artır.
Distant təhsil xarakterik olaraq çeviklik,
modulluq, təhsilin keyfiyyətinə xüsusi nəzarət,
müasir texnologiyalardan istifadə və digər
xüsusiyyətləri ilə fərqlənir. Bu xüsusiyyətləri
nəzərə almaqla təlim əhatəli, məqsədyönlü,
faydalı şəkildə təşkil edilir, virtuallıq qorunur,
məsafədən təhsilin daha səmərəli təşkil olunması
ilə biliklərin mənimsənilməsi asanlaşır. Distant
təhsilin həyata keçirilməsində metodik cəhətdən
müxtəlif audio-video, multimedia texnologiyaları
vasitələrindən istifadə olunur. Bu gün Azərbaycan
Respublikasının təhsil müəssisələrində məsa-
fədən təlim zamanı ən çox elektron dərsliklərdən,
internetdən, avtomatik layihələşdirmə sistem-
lərindən, elektron poçtlardan, elektron lövhə-
lərdən, telekonfranslardan istifadə olunur. Bu
da təhsilin daha keyfiyyətli olmasına şərait
yaradır. Ənənəvi təhsil prosesində təsdiq olun-
muş didaktik sistem yeddi əsas elementdən
(təhsilin məqsədi, təhsilin məzmunu, öyrədən,
öyrənən, təhsil metodu, təhsil vasitələri, təhsil
formaları) təşkil olunursa, məsafədən təhsil
zamanı didaktik pedaqoji sistem özündə 12
əsas elementi birləşdirir. Buraya da məqsəd,
məzmun, təlim verən, təlim edilən, təlim
metodları, təlim vasitələri, təlim formaları,
tədris-maddi, maliyyə-iqtisadi, normativ-hüquqi,
nəzarət və marketinq daxildir.
Distant təhsil zamanı həm də insan amili,
texnoloji, pedaqoji, iqtisadi amillər və mədəni-
milli dəyər amilləri nəzərə alınmalıdır. İnsan
amili dedikdə, müəllimlər, texniki işçilər,
proqramçı və digər işçi heyət, texnoloji amil
dedikdə, informasiya vasitələri və sistemləri,
internet şəbəkəsi, sistemlərin əhatəsi, pedaqoji
amil dedikdə, öyrənən və öyrədənlər, öyrənmə
prosesi, təlim üsulları, qiymətləndirmə, iqtisadi
amillər – gəlirgətirmə, ticarət, sərmayə qoyuluşu,
internet şəbəkəsinin sürətli təminatı, mədəni-
milli dəyər amilləri dedikdə isə milli dəyərlərin
qorunması, mədəniyyət anlayışı, pedaqoji mədə-
niyyətin virtual aləmdə də formalaşdırılması
və digər məsələlər nəzərdə tutulur.
COVID-19 PANDEMİYASI ZAMANI
DİSTANT TƏHSİLƏ TƏLƏBAT
COVID-19 pandemiyası təhsilin məzmunu
və formatına yenidən nəzər salmaq zərurətini
Səbinə Cəfərova
108 Azərbaycan məktəbi. 2021. №4
5. meydana çıxarmışdır. Dünyada yeni növ koro-
navirus infeksiyasının (COVID-19) sürətlə
yayıldığı bir dönəmdə demək olar ki, bütün
inkişaf etmiş ölkələrdə təhsil müəssisələrinin
müvəqqəti olaraq bağlanması təhsilin inkişafını
bir qədər zəiflətdi. Bu məhdudlaşdırma, təhsilin
bütün pillə və səviyyələrinə öz təsirini göstər-
mişdir. Təhsil müəssisələrinin fəaliyyətində
durğunluq, ilk növbədə əhali arasında çaşqınlığa
səbəb olsa da, daha sonra bu böhrandan alter-
nativ vasitələrlə çıxış yolunun axtarılmasına
şərait yaratdı. Ənənəvi təhsil formasının
dayandırılması ilə onlayn təhsilə zərurət yarandı
və distant təhsil texnologiyalarına tələbat artdı.
Tədris prosesinin təşkili rəqəmsal texno-
logiyaların müasir səviyyəsinə uyğunlaşdırıldı.
Bu da Azərbaycanda təhsіl sahəsində onlayn
dərslərin, semіnarların, vebіnarların keçіrіl-
məsіnə іmkan yaratmaqla dіstant təhsіlіn daha
genіş mіqyasda yayılmasına səbəb oldu. Xüsusi
karantin, özünütəcrid dövründə təhsіlalanlar
ixtisas sahələri üzrə іnternet vasіtəsіlə müxtəlіf
onlayn vebіnarlara qoşulmaq іmkanına, eləcə
də vebіnarlar, seminar və konfranslar vasіtəsіlə
bіlіk və іntellektual səvіyyələrinin artırılması
imkanına naіl oldular.
Distant təhsil ənənəvi təhsilalma forması ilə
müqayisədə şagird və tələbələrin müstəqilliyini,
şüurlu düşünməsini, yaradıcılıq qabiliyyətlərini
daha yaxşı inkişaf etdirir, eyni zamanda infor-
masiya mübadiləsində təhsilverənlər və
təhsilalanlar arasında münasibətlərin strateji
səmərəliliyini yüksəldir. Qeyd etmək lazımdır
ki, ənənəvi təhsil zamanı əyani vasitələrlə təlimə
marağın artırılması daha asandır. Məsələn,
ənənəvi dərslərdə təhsilverənlər əsasən
dərsliklər, dərs vəsaitləri, əyani vəsaitlər, tədris-
texniki vasitələr və s. istifadə edərək şagirdlərin
diqqətini təlimə yönəldə bilirlər. Distant təhsil
zamanı isə təlim prosesini daha keyfiyyətli
təşkil etmək üçün rəqəmsal texnologiyaların
imkanlarından sistemli və məqsədyönlü istifadə
olunması lazım gəlir. Şübhəsiz, müəllimlər
distant təhsil zamanı da ənənəvi vasitələrdən
istifədə edə bilərlər, lakin nəzərə almaq lazımdır
ki, onlayn təhsil prosesində təlim vasitələri,
əsasən, elektron xarakter daşımalı və təhsil-
alanların bu vasitələri əldə etmələri üçün əlve-
rişli şərait yaradılmalıdır. Buraya elektron
dərslikləri, elektron metodik vəsaitləri, audio-
video tədris-informasiya vasitələrini və digər
elektron vəsaitləri aid etmək olar. Materialların
tədrisi zamanı öyrənmə prosesində geniş
təlimatlar verilməli, materialın quruluşu və
hazırlanmasında modul prinsipindən istifadə
edilməlidir. Distant təhsil zamanı təhsilverənlər
pedaqoji prosesi təşkil edərkən mövcud şəraiti
də nəzərə almalıdırlar. Bundan başqa, texno-
logiyalar, təlim metodları öyrənənlərin və
öyrədənlərin məqsəd və imkanlarına cavab
verərsə, distant təhsil əyani təhsilalma forması
qədər səmərəli ola bilər.
DİSTANT TƏHSİLİN MÜSBƏT VƏ MƏNFİ
TƏRƏFLƏRİ
Beynəlxalq statistikaya görə, distant təhsildə
öyrənənlərin əksəriyyəti yaşı 25-i ötmüş, işləyən
və işdən ayrılmadan peşəkar biliklərini geniş-
ləndirmək istəyən şəxslərdir (Tsyrenova, 2020).
Deməli, illər ötdükcə daha çox inkişaf etmək
perspektivi olan bu təhsilalma forması hamı
üçün münasibdir. Amma digər təhsilalma
formaları kimi distant təhsilin də həm müsbət,
həm də mənfi cəhətləri var.
Distant təhsil müasir dövrdə ənənəvi təhsillə
müqayisədə bir sıra üstünlüklərə malikdir:
• Əvvəllər təhsіl almaq іmkanı olmayan
şəxslər üçün əvəzedіlməzliyi və ikinci dəfə
təhsil almaq imkanının təmin edilməsi;
• Təhsilalanlarla qrup və ya fərdi qaydada
işləmək, habelə vaxt itkisinin qarşısının
alınması;
• Şagird, müəllim və valideynlər arasında
dialoqların aparılması;
• Utancaqlıq və auditoriya qarşısında çıxış
etmək fobiyası kimi kommunikasiya
keyfiyyətləri ilə bağlı psixoloji maneələrin
dəf edilməsi;
• Xarici tələbələrin sayının artırılması;
• İnklüziv təhsilə dəstək;
• Geniş kütlələr üçün məlumat və təhsil
kampaniyalarının həyata keçirilməsi.
Ənənəvі metodіkaya və ya müasіr pedaqojі
təlіm texnologіyalarından іstіfadəyə baxmayaraq,
tədrіs prosesіnіn faktіkі olaraq adі təlіm prose-
sіnі təkrarlaması onun əsas mənfі cəhətlərіndən
sayılır. Elə bu səbəbdən də distant təhsilin
müsbət cəhətləri kimi mənfi cəhətləri də vardır:
Azərbaycanda distant təhsilin təşkili
109
http://as-journal.edu.az
6. • Təhsilalanların təhsil səviyyəsi və peşəkar
təcrübəsindəki fərqləri, bilik səviyyələrini
tam nəzərə almağa imkan vermir;
• Sonda qazanılmış diplom və ya sertifikatın
keyfiyyətli təhsilin göstəricisi kimi qəbul
olunmaması və bir çox ölkələrdə
tanınmama halları;
• Təhsilalanlarla müəllimlərin arasında
əyani ünsiyyətin itməsi;
• Təhsilalanların praktik dərslərdən kənarda
qalması;
• Dərslərdə interaktivliyin azlığı;
• İnternet resursları zəif olduğu halda dərsin
keyfiyyətinin azalması;
• İntensiv nəzarətin zəifliyi.
Distant təhsilin özəlliklərindən biri də in-
klüziv təhsil və xüsusi təhsil sahəsində bu
təhsilə ehtiyacın daha çox olmasıdır. Aydındır
ki, fiziki qüsurlu insanların təhsil müəssisələrinə
get-mələri bir çox səbəblərdən çətinlik törədir,
avtobuslarda, məktəblərdə pantusların, liftlərin
olmaması onlara təhsil alması istiqamətində
müəyyən maneələr yaradır. Distant təhsilalma
formasında isə sağlamlıq imkanları məhdud
şəxslər (fiziki qüsurlu, əqli qüsurlu, autizm və
daun sindiromlu insanlar) yaşayış yerlərini tərk
etmədən onlayn dərslərə qoşularaq, bilik və
bacarıqlarını artıra bilərlər.
NƏTİCƏ
“Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun 1.0.9., 10.5 və 13.1.3 bəndlərində
distant təhsil haqqında məlumat verilir. Son
illərdə təhsil sahəsində texnoloji inqilab sayılan
distant təhsil intensiv surətdə inkişaf etmişdir.
Bu cür təhsilin tarixi əyani şəkildə göstərir ki,
o, dünyanın müxtəlif ölkələrində cəmiyyətin
yeni tələblərinə adekvat təhsil formasıdır. Dis-
tant təhsil mobil virtual təhsil mühiti yaradıl-
ması və hər bir müdavim üçün çəkilən xərclərin
ənənəvi təhsil formaları ilə müqayisədə 2-3
dəfə azaldılması hesabına keyfiyyəti saxlamaq-
la təhsil xidmətlərinin əlçatan olmasını təmin
etməyə imkan verir. WEB texnologiyaların
potensialı bütün dünyanın təhsil resurslarını
akkumulyasiya etməyə şərait yaradır. Qlobal-
laşma, inteqrasiya, mobillik və operativliyin
təmin edilməsi şəraitində bu resursların bir
yerdə cəmlənməsi xüsusi əhəmiyyət kəsb edir.
Distant təhsilin açıqlığı, yəni qəbul imtahanları
vermədən ali təhsil almağın mümkün-lüyünə
təminat verilməsi də şəbəkə təhsil xidmətlərinin
potensial istifadəçiləri üçün mühüm amildir.
Qeyd edilən bəzi çatışmazlıqlara baxmayaraq,
distant təhsilin əhəmiyyəti Azərbaycanda da
yüksək qiymətləndirilir və onun inkişaf etdi-
rilməsi istiqamətində lazımi işlər aparılır.
Qeyd: Məqalə Təhsil İnstitutunun dəstəyi, Təhsil
İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin
təcrübə və kommunikasiya platformasının təşkilatçılığı
ilə 22-25 aprel 2021-ci ildə keçirilən Təhsil İdarəçiliyi
Beynəlxalq Konfransında təqdim edilib.
İstifadə edilmiş ədəbiyyat
1
Azərbaycan Respublіkasının Təhsіl Qanunu.
Bakı, Hüquq ədəbіyyatı. (2009). 80 s.
2
Fərzanə, C.Ç. (2011). Ali məktəbdə təlim
prosesinin təkmilləşdirilməsi istiqamətində
məsafədən təhsilin sistemi və imkanları. Bakı.
142 s.
3
http://www.anl.az/down/meqale/az_muellimi/
2010/dekabr/145271.htm
4
http://www.anl.az/down/meqale/az_muellimi/
2011/aprel/170477.htm
5
Məmmədov, F.M., İmamverdiyeva, N.B.,
Şıxəliyeva, İ.V. (2015). Pedaqogika (Nəzəri və
əyləncəli pedaqogika). Bakı, “Sabah”. 935 s.
6
Məmmədova, Ü.M., Səttarova, Ü.E., Bəşirova, Z.Y.
(2014). Distant təhsilin üstünlükləri,
çatışmazlıqları və Azərbaycanda inkişaf
səviyyəsi, Transaction of Azerbaijan National
Academy of Sciences, Series of Physical-
Technical and Mathematical Sciences:
Informatics and Control Problems, Vol. XXXIV,
No.3.
7
Quliyev, S., İsmixanov, M. (2015). Müəllimlik
ixtisasına giriş. Bakı, ADPU.
8
Tsyrenova, M.İ. (2020). Opyt ispol’zovaniya
massovykh otkrytykh onlayn-kursov v
distantsionnom obuchenii kitayskikh studentov
v period epidemii Covid-19 // Uspekhi
sovremennykh gumanitarnykh nauk / Uspekhi
gumanitarnykh nauk. c. 31.
Səbinə Cəfərova
110 Azərbaycan məktəbi. 2021. №4